Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İşsizliyin və yoxsulluğun ləğvi sosial siyasətin əsas məqsədidir

İşsizliyin və yoxsulluğun ləğvi sosial siyasətin əsas məqsədidir

11.06.2010 [02:16]

Prezident İlham Əliyev: Əminəm ki, yaxın zamanlarda bu iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə silinəcəkdir
Azərbaycan ümumbəşəri dəyərlərə malik demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində sosial siyasəti daim ön plana çəkərək insanların hüquq və azadlıqlarının qorunması, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində çox mühüm və əhəmiyyətli tədbirlər həyata keçirib. ölkəmizdə dövlət başçısının uğurlu daxili və xarici siyasətindən qaynaqlanan sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Dövlətimizin bu istiqamətdə daim sadiq qaldığı strateji xətt üç mühüm prinsipi əhatə edir: sosial müdafiə, sosial təhlükəsizlik və sosial rifah. Bir-biri ilə sıx bağlı olan və uzun gələcəyə hesablanmış bu strateji hədəflər zaman keçdikcə Azərbaycanın düzgün yolda olduğunu bir daha təsdiq edir. ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.
Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir.
Sosial siyasətdə qayğıkeşlik xətti
2001-ci ilin yanvarında Avropa Şurasının tamhüquqlu üzvü olduqdan sonra Azərbaycan “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında konvensiya”nı, “Avropa Sosial Xartiyası”nı və bir sıra başqa konvensiyaları ratifikasiya edib. Respublikamızın bu Xartiyaya qoşulması sosial siyasətin Avropa dəyərlərinə uyğunlaşdırılması istiqamətində atılan uğurlu addımdır.
Hər kəs bir həqiqəti qəbul edir ki, müstəqil Azərbaycanda xalqın yaşayış səviyyəsinin yüksəldilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, aztəminatlı vətəndaşlara dövlət qayğısının artırılmasına xidmət edən sosial siyasət ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu strateji xəttdən qaynaqlanır.
ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr ərzində, o cümlədən, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən edib. Ulu öndər ölkəmizdə ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük tarixi nailiyyətlərin memarı olub. ümummilli liderimiz bütün bu illər ərzində respublika əhalisinin maddi rifahının yaxşılaşdırılması, aztəminatlı əhali qruplarının sosial ehtiyaclarının ödənilməsi, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini təmin edib.
Ulu öndərin yaradıcısı olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hər bir Azərbaycan vətəndaşı üçün təsbit olunmuş sosial təminat hüququnun həyata keçirilməsinin qarantı kimi qarşıya qoyulan həlli vacib məsələlərdən biri də sosial ədalət prinsipinin bərqərar olması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsidir.
Böyük öndərimizin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə pensiya və müavinətlərin məbləğləri dəfələrlə artırılıb, pensiyaçıların, o cümlədən, ahıl vətəndaşların, əlillərin, şəhid ailələrinin, habelə, uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mütəmadi olaraq qanunlar, fərmanlar, sərəncamlar, mühüm dövlət proqramları imzalanıb, eyni zamanda, onların icra mexanizmi təmin edilib.
ümummilli liderin rəhbərliyi altında müstəqil Azərbaycanın iqtisadiyyatında aparılan uğurlu islahatlar sosial sahədən də yan keçməyib. Dövlətimizin ilbəil təkmilləşən sosial siyasəti, ilk növbədə, yoxsulluğun aradan qaldırılmasına və xalqın rifah halının yüksəldilməsinə yönəldilib. Əhalinin aztəminatlı təbəqəsinin, xüsusilə pensiyaçı və əlillərin sosial müdafiəsi dövlətin daim diqqət mərkəzində olub. Belə ki, 1997-ci ilin avqust ayında ölkə üzrə pensiyaçıların yarıdan çoxunun pensiyasının məbləği 2,2 dəfə qaldırılıb, eləcə də, əlillərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiya və müavinətlərinə əlavələr müəyyən edilib. Bu siyasət sonrakı dövrdə də davam etdirilib, 1998-ci ilin avqust ayından şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin müavinətlərinin məbləği 2 dəfədən çox artırılıb. 2000-ci il yanvarın 1-dən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi 50 min manata çatdırılıb. Həmin ilin sonundan - noyabr ayından isə sosial pensiyaçıların pensiyalarına əlavə olaraq 10 min manat aylıq müavinət müəyyən edilib. Növbəti il yanvarın 1-dən isə 20 Yanvar əlillərinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlərin məbləğində artım edilib. Belə ki, bu rəqəm orta hesabla 1,5 dəfə, aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət orta hesabla 1,8 dəfə artırılıb. Pensiyaçıların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəfələrlə pensiya qanunvericiliyində pensiyaların məbləğlərinin artırılmasını nəzərdə tutan dəyişikliklər edilib.
“Pensiyaların artırılması haqqında” Fərmanla 2003-cü il avqustun 1-dən işləməyən əlil pensiyaçıların pensiya və müavinətlərinin ümumi məbləğinin minimum həddi 70 min manatdan 100 min manata çatdırılıb. Həmin fərmana uyğun olaraq, pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir ayda 40,8 milyard manat əlavə vəsait ayrılıb. Həmin Fərmanla sosial pensiyaların minimum məbləği də artırılıb. Belə ki, 16 yaşına çatmamış əlil uşaqların və 1-ci qrup əlillərin sosial pensiyalarının minimum məbləği 100 min manata, 2-ci qrup əlillərin, yaşa, ailə başçısını itirməyə görə sosial pensiyaların məbləği 90 min manata, 3-cü qrup əlillərin sosial pensiyalarının məbləği isə 65 min manata çatdırılıb. Bu sənədlə Prezident hökumətə tapşırıb ki, pensiya hesablanması üçün respublika üzrə təsdiq edilən orta aylıq əməkhaqqının məbləğinin 60 min manatdan 85 min manata çatdırılması haqqında qərar qəbul etsin. Bununla əlaqədar Nazirlər Kabineti 2003-cü il 21 avqust tarixli xüsusi qərar da qəbul edib. Qərarla pensiya hesablanması üçün nəzərə alınan orta aylıq əməkhaqqı 180 min manatdan 255 min manata qədər qaldırılıb. Ekspertlər hesab edir ki, bu da pensiya məbləği ilə ödənilən məcburi dövlət sosial sığorta haqları arasındakı əlaqənin yaxşılaşdırılması sahəsində uğurlu addım idi.
Qərara əsasən, yaşa görə pensiyanın minimum məbləği də 18 min manatdan 25500 manata qədər artırılıb. Məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə əsasən, pensiyaların üzərinə çoxsaylı əlavələr hesablanır ki, həmin əlavələr də yaşa görə minimum pensiyanın müxtəlif faizləri ilə müəyyən edilir. Beləliklə, edilən əlavələrin də məbləği həmin tarixdən artırılıb. Bütövlükdə Fərmanın icrası ilə əlaqədar 1 milyon 276 min nəfər pensiyaçıdan 1 milyon 185 min nəfərinin pensiyası yenidən hesablanmaqla orta aylıq pensiya məbləği orta hesabla 40 faiz artırılıb. Məhz görülən tədbirlər nəticəsində 2003-cü ildə orta aylıq pensiya məbləği 1997-ci ilin 1 yanvar vəziyyəti ilə müqayisədə təxminən 5 dəfə artırılmaqla 25500 manatdan 124,5 min manata çatdırılıb.
Ulu öndər Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nda vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və bu sistemin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması kimi mühüm vəzifələr müəyyənləşdirilib. Bu Konsepsiya və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu hüquqi və fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqlarının toplanması, əhaliyə ödənilən pensiya və müavinətlərin etibarlı maliyyə təminatının yaradılması sahəsində mühüm rol oynayıb.
1998-ci ildə Ulu öndərin növbəti dəfə xalqın böyük dəstəyi ilə ölkə rəhbəri seçilməsindən sonra bütün qüvvələr əhalinin sosial müdafiəsinin getdikcə daha da yaxşılaşdırılmasına yönəldildi. Real iqtisadi baza yarandıqca pensiyaların da minimal məbləği artırıldı. Bunun əyani təzahürü kimi, Ulu öndər Heydər Əliyevin 4 avqust 2003-cü il tarixli üç Fərmanını xüsusi qeyd etmək olar. “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” və “Pensiyaların artırılması haqqında” Prezident fərmanları əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə, onun həssas qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərilən qayğının bariz nümunəsi oldu. Bu fərmanlar ölkədə dövlət sosial sığorta islahatının sürətləndirilməsinə, minimum əməkhaqqının aylıq məbləğinin mövcud 27500 manatdan 2003-cü il sentyabrın 1-dən 45000 manata, 2004-cü il yanvarın 1-dən isə 60000 manata çatdırılmasına, sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləğinin artmasına, nəticədə pensiya və müavinətlərin ödənilməsində maliyyə imkanlarının çoxalmasına səbəb oldu.
Əlillərin, xüsusən Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda fiziki sağlamlıqlarını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yeni mənzillərin tikilib istifadəyə verilməsi işlərinə məhz ümummilli liderimizin ölkəyə yenidən rəhbərliyə qayıdışından sonra başlanılıb. ötən illər ərzində bu təbəqədən olan xeyli sayda insan dövlət hesabına yeni mənzillərlə təmin edilib.
1993-cü ildən başlayaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatına, əlillərin bərpa-müalicəsi sahəsində dövlət tədbirləri start götürüb. ölkənin ayrı-ayrı bölgələrində müasir tibbi-bərpa avadanlıqları ilə təchiz edilmiş regional reabilitasiya müəssisələri yaradılıb, əlillərin xaricə müalicəyə göndərilməsi, onlar üçün yaradıcılıq müsabiqələrinin keçirilməsi və s. kimi tədbirlər ənənəyə çevrilib.
Rifah halının yaxşılaşdırılmasında əsas götürülən istiqamət: Biz bundan sonra da güclü sosial siyasət aparacağıq
ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılmasının konkret istiqamətləri müəyyən edilib. Bunlar, əsasən əməkhaqqının minimum hissəsinin yaşayış minimumuna uyğunlaşdırılması, ölkədə işsizliyin faizinin aşağı salınması və yeni iş yerlərinin açılması, inflyasiyanın qarşısının alınması, başqa sözlə, real gəlirlərin artan qiymətlərlə tənzimlənməsi kimi vacib məsələləri əhatə edir.
ölkəmizdə insanların rifah halının yaxşılaşdırılmasına birbaşa olmasa da, dolayı yol ilə təsir göstərən başqa bir istiqamət isə sosial obyektlərin, o cümlədən, təhsil, səhiyyə, rabitə müəssisələrinin tikilməsi, yolların, park və xiyabanların salınması və digər infrastruktur layihələrinin gerçəkləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərdir. Ulu öndərin başladığı bu iş hazırda çox böyük sürətlə davam etdirilir.
2003-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev dövlətin daim artan maliyyə resurslarından səmərəli istifadə edilməklə çətin şəraitdə yaşayan vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq üçün bütün tədbirlərin görüləcəyini, beləliklə, Azərbaycanda sosial məsələlərin həllinin prioritet məsələ olacağını bəyan etmişdi. ötən illər göstərdi ki, deyilənlər, sadəcə, vəd deyildi. Dövlətin sosial məsələlərin həlli ilə bağlı tədbirləri ilbəil gücləndi. Bir tərəfdən uğurlu iqtisadi islahatlar və bu islahatlarda sosialyönümlülüyün gücləndirilməsi, regionların tərəqqisi və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi nəticəsində sosial rifahın mütəmadi yüksəlməsinə şərait yarandı, digər tərəfdən, əməkhaqları, pensiya və müavinətlər, digər sosial ödənişlərin məbləği ardıcıl olaraq qaldırıldı. Ulu öndər siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev bəyan edib ki, “Biz iqtisadi sahədə siyasətimizi davam etdirəcəyik. Bu, bizə imkanlar verir ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək, güclü sosial siyasət aparaq. Baxmayaraq ki, keçən il müəyyən maliyyə daxilolmaları azaldı, heç bir sosial proqram təxirə salınmadı, bütün sosial proqramlar vaxtında icra edildi, manatın məzənnəsi sabit olaraq qaldı. Bu, çox sevindirici haldır, bizim düşünülmüş siyasətimizin nəticəsidir. Beləliklə, Azərbaycan vətəndaşları bu böhrandan ən az əziyyət çəkən insanlar olmuşlar. Biz bundan sonra da güclü sosial siyasət aparacağıq, iqtisadi imkanlarımızı genişləndirəcəyik. Bizim artıq çox böyük maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız və düşünülmüş strateji xəttimiz vardır. Bir sözlə, ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf edir”.
RUHİYYƏ
Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30