Azərbaycanın ABŞ-la əməkdaşlığında müəyyən gözləntiləri var
07.07.2010 [09:43]
Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Media forum” saytına müsahibəsi:
- ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin yekunlarını necə qiymətləndirirsiniz? Rəsmi Bakının bu səfərdən gözləntiləri özünü doğrultdumu?
- ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana yenicə səfər edib. Dərhal sonra səfərin nəticələri haqda nəsə demək düzgün olmur və reallığa da cavab vermir. Bilirsiniz, Azərbaycanla ABŞ arasında əməkdaşlıq əlaqələri onsuz da yüksək səviyyədədir. Müstəqillik qazanandan sonra bu istiqamətdə çox böyük naliyyətlər əldə etmişik. Hətta, bir sıra məsələlərdə Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq edir. Azərbaycanın ABŞ-la əməkdaşlığında bizim müəyyən gözləntilərimiz var. Biz bu gözləntilərimizi açıq formada ifadə edirik - Dağlıq Qarabağ münaqişəsinin həlli. ABŞ dövlət katibinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə geniş, ətraflı müzakirələri imkan verəcək ki, Birləşmiş Ştatlar bu istiqamətdə adekvat addımlar atsın. Bizim ABŞ-dan gözləntilərimiz bu istiqamətdədir. Hesab edirəm ki, bir neçə ay ərzində səfərin hansı nəticələr verəcəyini görəcəyik. ümid edirəm ki, Hillari Klintonun səfəri müsbət addımların atılmasına imkan yaradacaq.
- Siyasi müşahidəçilər hesab edir ki, Barak Obama hakimiyyətə gələndən sonra ABŞ-Azərbaycan münasibətlərinin xarakteri dəyişib və əlaqələrdə problemlər yaranıb. ABŞ müdafiə naziri Robert Qeytsin, ardınca dövlət katibi Hillari Klintonun Azərbaycana səfərini iki ölkə arasında olan əlaqələrdə yaranan suallara aydınlıq gətirilməsi və münasibətlərin yenidən strateji əməkdaşlıq səviyyəsinə qayıtması kimi qiymətləndirmək olarmı?
- Əvvəla, mən deyilən fikirlərlə o qədər də razı deyiləm. Məsələ ondadır ki, Azərbaycan xarici siyasət kursunu açıq, normal və hamının başa düşdüyü, gördüyü real formada qurur. Azərbaycanla ABŞ arasında əlaqələr Barak Obama administrasiyasında da çox yüksək qiymətləndirilir. Bu münasibətlərdə problemlərin olduğunu deyənləri bir tərəfə qoyaq. Təxminən bir ay əvvəl ABŞ özünün ən mühüm sənədi olan Milli Təhlükəsizlik Strategiyasını qəbul edib. İlk dəfə Milli Təhlükəsizlik Strategiyasında Cənubi Qafqaz haqqında fikirlərə yer ayrılıb. Sənəddə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. ABŞ-ın dövlət başçısı Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubda da bu münaqişənin həlli, Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik Birləşmiş Ştatların proriteti hesab olunur. ABŞ-ın müdafiə naziri və dövlət katibinin səfərlərinin hamısı bu münasibətlərin göstəricisidir. Bir sıra başqa səfərlər də oldu.
Sadəcə olaraq, ABŞ-ın özündə də belə fikirlər vardı ki, son bir il, il yarımda Cənubi Qafqazda ABŞ-ın mövqeyi bir qədər zəif idi, istənilən səviyyədə deyildi. Ona görə də bu səfərlər edilir ki, həmin boşluq doldurulsun. “Wall Street Journal”ın 5 iyul sayında da bu haqda yazılmışdı. Biz bunların heç birini nəzərə almadan deyirik ki, Azərbaycanın ABŞ-dan gözləntiləri bir qədər başqa cürdür. ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllində daha qətiyyətli, daha ədalətli və daha konkret mövqe gözləyirik. Bizim buna haqqımız var. Strateji tərəfdaşlıq səviyyəsində olan əməkdaşlığımızın əvəzi, ona adekvat qiymət olaraq istəyirik ki, Minsk qrupunun həmsədrləri özlərinin hazırladıqları yenilənmiş Madrid təkliflərinə münasibət bildirmək üçün konkret, qəti mövqe ortaya qoysunlar, Ermənistana təzyiq göstərsinlər. Bunu görməyəndə, Ermənistana daha çox yardım edildiyini görəndə biz öz narazılığımızı bildiririk. Bu da təbiidir.
- Novruz müəllim, ABŞ-ın Cənubi Qafqaza marağının artması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər? ABŞ-ın münaqişənin həllində maraqlı olması haqda mövqe bildirdiyini qeyd etdiniz. Necə hesab edirsiz, Cənubi Qafqazda maraqları olan digər böyük ölkələr də münaqişənin həllində maraqlıdırlarmı?
- Birincisi, artıq müəyyən müddətdir ki, Cənubi Qafqaz regionuna diqqətin artmasını müşahidə edirik. Regiona diqqətin artması, regionla bağlı proseslərin intensivləşməsi, daha konkret desək, bu yaxınlarda Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadada birgə bəyanat vermələri, heç şübhəsiz ki, müsbət hadisədir. Hesab edirəm ki, bu proseslərin hamısı münaqişənin həllinə müsbət təsir göstərə bilər və göstərməlidir.
Sualın ikincisi hissəsinə gəlincə, əlbəttə, hər dövlətin öz marağı var. Amma bununla belə, Madrid təkliflərinin üç dövlətin nümayəndələrinin iştirakı ilə hazırlanması faktdır. Bu təklifləri Azərbaycan deyil, ABŞ, Rusiya və Fransa hazırlayıb. Ona görə də, üç dövlət özlərinin hazırladıqları təkliflərin qəbul edilməsi üçün Ermənistana güclü təzyiq göstərməlidir. Belə bir təzyiqin olması təbii, normal və qanunauyğun haldır. Bunu etmək lazımdır.
- Madrid prinsiplərini qəbul etmək üçün Ermənistana təzyiq varmı?
- Hesab edirəm ki, həmin dövlətlər bu təzyiqi etməlidirlər. Mənim mesajım bundan ibarətdir.
- ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatında qeyd edilib ki, Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ əhalisinin iradəsini bildirməsi yolu ilə müəyyən olunmalıdır. Ekspertlər isə hesab edirlər ki, prezidentlər referendumu nəzərdə tutur. Azərbaycanın Dağlıq Qarabağın statusunun referendumla müəyyənləşdirilməsinə razılıq verməsi mümkündürmü?
- Azərbaycanın bu məsələylə bağlı mövqeyi dəyişməz qalır. Dağlıq Qarabağın statusunun referendum və ya başqa bir tədbirlə müəyyənləşəcəksə, bu, Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir. Biz bundan başqa variantla razılaşmayacağıq. Kimsə özündən yeni qanunvericilik çıxarıb tətbiq edə bilməz. Mən sadəcə olaraq, bununla bağlı mübahisə etmək istəmirəm. çünki, bu sahədə mübahisələr Ermənistanın mövqeyinin dəyişməsinə, müxtəlif məsələlərin yenidən qoyulmasına, etirazların yaranmasına səbəb olur. Siz də, biz də çalışmalıyıq ki, sülh prosesinə yardım edək.
- Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, bu il iyunun 8-də, prezidentlərin Sankt-Peterburq görüşündə tərəflərə Madrid prinsiplərinin yenilənmiş variantı təqdim olunub...
- Madrid prinsiplərinin yenilənmiş variantı tərəflərə çoxdan təqdim olunub. Ermənistan tərəfi hər dəfə bir bəhanə axtarıb tapır və sonra başlayır onun üzərində vaxt aparmağa. Sankt-Peterburqda tərəflərə Madrid prinsiplərinin yenilənmiş variantının təqdim olunması haqda deyilənlər həqiqət deyil. Bunlar hamısı vaxt uzatmaq, münaqişənin həllinə mane olmaq üçündür. Madrid prinsiplərinin yenilənmiş variantı bir dəfə təqdim olunub. Ermənistan tərəfi özündən yeni təklif verə bilməz. Madrid prinsiplərinin yenilənmiş variantında bizi də qane etməyən bəzi məsələlər var. Amma münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunması üçün bu addımı atmağa razılıq veririk. Ermənistan tərəfi də necə aydır ki, bunun üzərində çalışır və öz mövqeyini bildirmir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

