Paşinyan siyasi ikiləşmədən əziyyət çəkir
27.11.2021 [16:57]
Dünənki görüş onun siyasi intiharı kimi qarşılana bilər
Bu və digər kadrları çox diqqətlə izləmişəm. Fikir vermisinizsə, Nikol Paşinyan Prezident İlham Əliyevlə keçirdiyi bütün görüşlərdə, müzakirələrdə bir narahatlıq və diskomfort hiss edir, hərdən hətta özünü itirir, bəzən dili də dolaşır. Qarabağ məsələsi ilə bağlı məşhur debatda onun "Kokeyşn Büro (?!)" ifadəsi, qeyri-iradi olaraq, "Qarabağ Azərbaycanın bir hissəsidir" ifadəsini dilə gətirməsi hər kəsin çox yaxşı yadındadır. Səbəb bəllidir: Nikol Paşinyan yaxın çevrəsinin, bir sıra hallarda erməni ictimai rəyinin təsiri altında bilərəkdən yalan danışır, vəzifə, hakimiyyət, baş nazirlik postu naminə faktları təhrif etməli olur. Siyasi-psixoloji tədqiqatlar göstərir ki, yalan danışan siyasətçilər, liderlər heç vaxt özlərini rahat, inamlı hiss etmirlər. Hər an ifşa edilə biləcəklərini, yalanlarının dərhal seziləcəyini, üzə çıxa biləcəyini anlayaraq, daxili narahatlıq, gərginlik yaşayırlar. Yalanı ikinci bir yalanla sığortalamaq cəhdi adətən, nitqdə, ünsiyyətdə rabitə qırıqlığı yaradır, fikirlər arasında məntiqi əlaqənin pozulmasına səbəb olur. Yalan danışan, işğala, hərbi-siyasi cinayətlərə haqq qazandırmağa çalışan insanlar çox vaxt qarşısında günahkar olduqları şəxsin gözlərinə dik baxa bilmirlər, çox tez-tez baxışlarını yayındırırlar. Paşinyanın Prezident İlham Əliyevlə görüşü bağlı yayılan fotolardan biri də bu reallığı birbaşa əks etdirir. Soçi görüşündə isə Nikol Paşinyanın həddən artıq gərgin olması, Prezident İlham Əliyevin sərt, soyuq, qətiyyətli davranışı müqabilində ona narahatlıq dolu bir heyrətlə baxması (Azərbaycan Prezidenti ona heç dönüb də baxmır, qəti əhəmiyyət vermir) Ermənistan liderinin öz ambisiyaları müqabilində üzləşdiyi kəskin siyasi-psixoloji təzyiqin nəticəsidir. O, bir tərəfdən, növbədənkənar seçkiləri qazanmasına baxmayaraq, məğlub tərəfin təmsilçisi kimi, zorən imza atdığı sənədlərə, məcburən cəlb edildiyi üçtərəfli görüşlərə görə narahatdır. Qərbin, erməni diasporunun, Rusiyanın fərqli istiqamətlərdə təzyiqləri, Azərbaycanın haqlı tələbləri Ermənistanın populist baş nazirini uğursuz manipulyasiyalara sövq edir. Digər tərəfdən, ciddi siyasətçiyə xas olmayan bu tipli anormal jestlər onun şəxsiyyətində siyasi-psixoloji ikiləşmənin yaşandığını birbaşa təsdiqləyir. Bu, bir yarımaffekt vəziyyətidir. Başqa sözlə, Ermənistan lideri nə etdiyinin fərqində olsa belə, vəziyyəti heç bir halda geriyə döndərmək gücündə deyil. Açıq etiraf etməsələr belə, bütün dünya onların vəhşiliyindən, vandalizmindən, uzun müddət işğalda saxladıqları əraziləri dağıtmalarından, yerlə bir etmələrindən, 2 milyon ədəd mina basdırmalarından xəbərdardır. Bu, aşkar cinayətkar tövrün, davranışın təzahürüdür. Belə bir toplumun, cəmiyyətin təmsilçisi kimi o, kütlənin təsirinə qapılaraq, eyni cinayətkar, irqçi təfəkkürün daşıyıcısı kimi çıxış edir. Bu səbəbdən, hətta sərhədlərin, ərazi bütövlüyünün tanınmasını sözdə qəbul etsə də, bunu çox kəskin və ağrılı, az qala, siyasi intihar kimi qarşılayır.
Naib Niftəliyev
Ekspert
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20

