İgidlik və mübarizlik Azərbaycan əsgərinin qan yaddaşına yazılıb
13.08.2010 [09:28]
Erməni əsgərinin öz ali baş komandanına müraciətindən götürülmüş bu cümlələrin qəzetlərimizin manşetinə çıxdığı vaxtdan çox az zaman keçib. Hər gün Ermənistan ordusundan özbaşınalıq və erməni əsgərinin döyüş ruhunun olmaması ilə bağlı istənilən qədər faktlar gətirməklə, Azərbaycan sərhədlərinin o üzündəki vəziyyəti olduğu kimi sərgiləmək mümkündür.
Bu günlərdə təkrar Azərbaycan KİV-lərinə açıqlama verən, ilin əvvəlində sərhəd zolağını keçərək ölkəmizə sığınmış erməni ailəsinin də fikirləri bütün toplumun arzusunu əks etdirir: “Hara olsa getməyə hazırıq, təkcə Ermənistandan başqa”. Bu sözləri deyən ailə başçısı həyat yoldaşı və üç uşağı ilə Azərbaycana qaçıb. Onların nəinki döyüş xəttini, hətta minalanmış əraziləri belə sağ-salamat keçib gəlməsi möcüzədir. Amma fakt faktdır: erməni özünün və övladlarının xilasını Ermənistandan qaçmaqda görür və bunun üçün bütün ölüm təhlükələrini göz önünə alır. Təki vətəni hesab olunan Ermənistandan uzaq olsun. Hesab olunan ifadəsini əbəs yerə işlətmədik. çünki Ermənistan deyilib də erməniyə verilmiş bu torpağa o qan yaddaşı ilə bağlı deyil. Bu torpaq Azərbaycanındır və Azərbaycanın da olacaq.
Ermənistan vətəndaşının, erməni əsgərinin ölkəsinə bu münasibəti, ölkəsini “həbsxana” kimi görməsinin sədası davam edərkən Azərbaycan ordusunun giziri Mübariz İbrahimov isə bütün dünyaya Azərbaycan oğlunun qəhrəmanlığını bir daha nümayiş etdirdi. O sərhədlərimizi pozmağa cəhd edən erməni ordusunun əsgərlərini yerinə oturtdu, mərdliklə döyüşdü və ŞƏHİD oldu. Bu Azərbaycan oğlunun qan yaddaşının diqtəsi idi. “Torpaq əgər uğrunda ölən varsa vətəndir” deyiminin mininci, milyonuncu təsdiqi və təsbiti idi. İgid əsgərimiz bu torpağın bizim olduğunu bir daha xatırlatdı. Bizə yox, düşmənə və bütün dünyaya!
...Qonşu ölkələrin mətbuatı erməni hökumətinin Mübariz İbrahimovun igidliyi faktı ilə bağlı çox böyük qorxu keçirdiyini yazır. Azərbaycan gizirinin göstərdiyi igidliyin sorağının Ermənistana yayılmasının qarşısını ciddi-cəhdlə əngəlləməyə çalışan hökumət qəhrəman oğlumuzun adının çəkilməsini, onun igidliyi haqqında söhbətləri belə qadağan edib, ordusunun daha da “möhkəmlənməsi üçün islahatlara” başlayıb, 2 general, 12 zabiti istefaya göndərib. Kütləvi həbslərin də başlanacağı istisna deyil. Hadisə ilə bağlı erməni mətbuatı da yazır. Təbii ki, itkilərinin sayını xeyli azaldır və Azərbaycan əsgərinin qəhrəmanlığına kölgə salacaq versiyalar uydurur. Amma bütün təbliğatlara baxmayaraq, erməni Ermənistan adlandırılmış torpağı qorumaq istəmir. Kütləvi fərarilik, baş alıb gedən qanunsuzluqlar, Ermənistan ordusunun dağılmaq, toplumunun isə məhv olmaq ərəfəsində olduğundan xəbər verir. Ermənistanın öz təhlükəsizlik sisteminin ekspertləri də hesab edirlər ki, Ermənistan ordusu artıq tənəzzülə uğrayır. İşğalçı ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu uçuruma aparır və belə bir orduya malik dövlət heç vaxt uğur əldə edə bilməz. Adi hala çevrilən fərarilik, ölüm, zorlama, təcavüz, korrupsiya, intihar faktlarının adi hala çevrildiyi bu ordu ilə nəyəsə nail olmaq mümkün deyil.
...Bir Azərbaycan oğlunun qəhrəmanlığı 9 milyonluq bir xalqın içində minlərlə MüBARİZLƏR yetirdi. O mübarizlərin yeni doğulanı da var, hələ məktəb partası arxasında oturanı da, əlində silah Vətənin keşiyini çəkəni də. Mübariz qəhrəmanlığının hər an təkrarlanma qorxusunu yaşayır Ermənistan. Maraqlıdır, Mübariz qəhrəmanlığının hər təkrarından sonra Ermənistan ordusundan iki general, 12 zabit qovulsa, cəmi bir neçə aydan sonra erməni əsgəri kimə hərbi salam verəcək?
...“Yaşamaq gözəldir, amma gözəl yaşamağa haqqın olsa. Bu sözlərdə həqiqətin olduğunu hər kəs təsdiq edər. Və sonda bir el misalını xatırlatmaq istəyirəm: “Sərdiyin palazın üstündə oturmaq məcburiyyətindəsən”. Təsvir etdiyim o cəhənnəmi ermənilər özləri özləri üçün yaradıblar. Bununla belə, düşünməyin ki, əlimizi əlimizin üstünə qoyub ermənilərin Qarabağdan, işğal olunmuş Azərbaycan torpaqlarından geri dönəcəyi zamanı gözləməliyik. Azərbaycan oğulları o torpaqlarda qan töküblər və yenə də qan tökməyə hazır olmalıdırlar. O torpaqların Vətən olduğunu təkrar-təkrar bütün dünyaya sübut etmək üçün”.
Bu cümlələri cəmi bir neçə ay əvvəl-erməni əsgəri öz ordusundan qaçıb Azərbaycan əsgərinin himayəsinə sığınanda yazmışdım.
Azərbaycan əsgəri bütün dünayaya sübut etdi ki, Vətəni üçün nəinki qan tökə bilir, canına qıyır, üstəlik igidlik və mübarizlik məktəbinin estafetini özündən sonra gələnlərə də ötürə bilir.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

