Siyasi əxlaqdan və siyasi mədəniyyətdən uzaq qüvvələr
14.08.2010 [09:04]
Bu gün siyasi mədəniyyət, siyasi etika və davranış aktual mövzulardan biridir. Əslində ölkəmizdə çoxpartiyalı sistem yaranandan, vətəndaş cəmiyyəti quruculuğu prosesi başlanandan bu mövzu həmişə gündəmdə olub. Hazırda Azərbaycanın siyasi spektrində müəyyən sayda partiyalar olsa da, onların heç də hamısını təmsilçilərinin yuxarıdakı kriteriyalara əməl etdiklərinə söyləmək olmaz. Xüsusilə, müxalifətin radikal qanadını təmsil edən partiyalar və onların təmsilçiləri qeyd etdiyimiz keyfiyyətlərdən məhrumdurlar.
Siyasi etika və siyasi mədəniyyət məfhumu adətən ölkələrdə iqtidar-müxalifət münasibətlərinin formalaşmasında sivil davranış qaydalarını özündə əks etdirir. Hər bir ölkədə istər iqtidar, istərsə də müxalifət düşərgələrində təmsil olunanlar bir-birilərinə qarşı münasibətdə həmin kriteriyanı qorumağı əsas sayırlar. Azərbaycan müxalifətinin yuxarıda bəhs etdiyimiz kəsimi isə belə məfhumlardan tamamilə uzaqdır. özü də burada söhbət belələrinin nəinki iqtidara, eyni zamanda, bir-birilərinə qarşı münasibətindən gedir. çünki bu gün bir-birilərini “əqidədaş” sayan belələri sabah çox asan şəkildə öz müttəfiqlərinin şərəf və ləyaqətinə dil, əl uzada bilir.
Min bir oyundan çıxdıqdan, ermənilərlə işbirliyinə girdikdən, torpaqlarımızı işğal altında saxlayan qüvvələrə açıq-aşkar öz rəğbətini ortaya qoyduqdan sonra müxalifətin radikal qanadına sığınan Eynulla Fətullayevin davranışının da heç bir etik çərçivəyə sığmadığını söyləmək olar. Hər halda onun nə özünün iddia etdiyi “siyasi fəaliyəti”, nə də “jurnalist” kimi yazıları siyasi etika və siyasi mədəniyyətdən kriteriyalarına heç bir halda cavab vermir. Heç kəsə sirr deyil ki, bu gün özünü cəmiyyətə ziyalı kimi sırımağa çalışan E.Fətullayev, əslində, reallıqda öz fəaliyyəti ilə ermənilərə olan simpatiyasını nümayiş etdirib. Təbii ki, onun bu davranışı, xüsusilə, Xocalı faciəsi haqqında yazdıqları damarlarında azərbaycanlı qanı axan əsil ziyalılarda, o cümlədən, sadə vətəndaşlarda nifrət hissi oyadır. Axı, özünü azərbaycanlı hesab edən şəxs guya Xocalıdakı insanların özümüzünkülər tərəfindən qırğına məruz qalmasını necə iddia edə bilər?
Nəzərə almaq lazımdır ki, bu gün erməni canilər, qatillər məhz həmin yazını əldə əsas tutaraq dünyaya dinc insanları öldürmədiklərini iddia edirlər. Təbii ki, Eynullanın bu “xidməti” işğalçıların işinə yarayıb. E.Fətullayev ciddi-cəhdlə bunu inkar etməyə çalışsa da, onun Şuşaya ilk daxil olan erməni tankının yanında fotosu, separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri ilə gülərüz “portreti” erməni məhəbbətindən açıq-aydın xəbər verir. Məhz buna görə də, öz torpağından didərgin düşmüş, şəhid vermiş soydaşlarımız, ata-analarını, övladlarını, bacı və qardaşlarını Xocalı qətliamında itirmiş azərbaycanlılar E.Fətullayevi bu millətdən saymırlar. Təkcə bu hərəkəti ona bu xalqın nümayəndəsi kimi danışmağa haqq vermir.
Bütün bunlar, eyni zamanda, ondan xəbər verir ki, maliyyə vəsaitindən ötrü xarici qüvvələrin maraqlarına xidmət etməyi özünə şərəf bilən Fətullayev onların əlində alətə çevrilib. Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün ermənilərlə işbirliyində olduğu kimsədə şübhə doğurmayan, Eynulla Fətullayev məhz müxalifətin radikal qanadına sığınıb. öz növbəsində, həmin qanadda təmsil olunan partiyaların rəhbərlərinin və bu partiyalara yaxın mətbu orqanların E.Fətullayevə qucaq açması da diqqətdən yayınmır. Təbii ki, ötən müddət ərzində baş verən bütün prosesləri diqqətlə izləyərək hadisələrin gedişindən lazımi nəticəni çıxaran hər bir azərbaycanlı bu qucaqaçma kampaniyasının arxasında hansı maraqların dayandığını yaxşı bilir. Daha doğrusu, bu gün erməni maraqlarına xidmət edən birisinin müxalifətin radikal qanadından imdad diləməsi və qarşı tərəfin də bu çağırışa müsbət reaksiya verərək, Eynullaya qucaq açması bəzi qaranlıq məqamlardan xəbər verir. Burada haqlı olaraq “erməniyə rəğbəti ilə seçilən birinə sahib çıxmaq, elə erməniyə işləmək deyilmi” sualı ortaya çıxır.
Eynullanın radikal müxalifətə üz tutmasının digər səbəbi isə onun kimi məlum düşərgə təmsilçilərinin də xaricdəki qüvvələrin əlində siyasi vasitəyə çevrilməsidir. Əslində, bunu onların özləri də etiraf edirlər. ölkəsində həyata keçirilən siyasi proseslərə, həmçinin, seçkilərə münasibətdə yalnız xaricdən verilən göstərişlər əsasında yanaşan radikal müxalifətin rəhbərləri xalq arasında zərrə qədər də etimada malik olmadıqlarını yaxşı bilirlər. çünki ölkəmizdə keçirilən hər bir seçkinin ardından aldığı səslərə nəzər salan radikal müxalifət dərk edir ki, xalq onlardan birdəfəlik imtina edib. Bu qısqanclıq, paxıllıq hissi isə onları sağa-sola böhtan yağdırmağa, rahat şəkildə təhqirlərə əl atmasına və xarici qüvvələrlə, o cümlədən, ermənipərəstlərlə əməkdaşlığa sövq edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

