Ermənistanla sərhəddə yeni hərbi infrastruktur
21.01.2022 [23:46]
Düşməni məğlub etməyimiz arxayınlaşmağa əsas vermir
Nardar BAYRAMLI
Azərbaycanda ordu quruculuğu prosesi uğurla davam edir. 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından sonra da ordunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Xüsusilə, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılır, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur.
Bugünlərdə Kəlbəcərdə yeni hərbi obyektlərin istifadəyə verilməsi də bu reallığın göstəricisidir. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir: “Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub. Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb”.
Ermənistanla dövlət sərhədində yeni hərbi hissələrin açılmasının əhəmiyyəti ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, 2020-ci ildə düşməni məğlub etməyimiz bizə arxayınlaşmağa əsas vermir: “Dövlətin özünün təhlükəsizliyinin təmini məqsədilə tədbirlər görülməsi üçün müharibədən sonra - 2021-ci ilin dövlət büdcəsində hərbi xərclərə kifayət qədər üstünlük verdik. Ordumuzun müharibədə istifadə etdiyi hərbi texnika və sursatların yenilənməsi ilə kifayətlənmək olmaz. Müasir dövrlə ayaqlaşmaq, modern silahlanma tempinə uyğun hərəkət etmək lazımdır. Ali Baş Komandan bu sahəyə həmişə diqqət yetirir. Prezident İlham Əliyev xüsusi qeyd edib ki, biz hərbi məqsədlər üçün bir çox silah istehsalçıları ilə yeni müqavilələr bağlamışıq, ordumuzu gücləndirmək üçün xeyli sayda daha müasir silahlar almışıq. Eyni zamanda, Müdafiə Nazirliyi sistemində struktur dəyişikliyi, islahatlar baş verdi. Bir sıra yerlərdə, xüsusilə Ermənistanla sərhəd bölgələrimizdə yeni sərhəd zastavaları, hərbi hissələr yaradılıb. Onların təminatı çox vacib idi. Ötən ilin sonlarında Hadrut qəsəbəsində komando tipli hərbi hissənin açılışı oldu. Bunların hamısının icrası üçün bizim kifayət qədər ehtiyat vəsaitimiz var idi. Bu da Prezident İlham Əliyevin uzaqgörən tədbirlərinin nəticəsi idi”.
Komitə üzvünün sözlərinə görə, müharibədən sonra ordumuzu möhkəmləndirmək, döyüş qabiliyyətinin daha da yüksəldilməsi üçün ciddi tədbirlər görülməli idi və Azərbaycan bunu edə bildi: “Ordunun daha da güclənməsi məqsədilə 2022-ci ilin dövlət büdcəsində müdafiə xərclərinə əvvəlki ildən daha artıq vəsait ayrılıb. Yəni ordu quruculuğu, müdafiəmiz həmişə ön planda olmalıdır. Dövlət onda güclü olur və dövlətçiliyini qoruyub saxlaya bilir ki, onun müdafiə qüdrəti yüksək səviyyədədir. Ali Baş Komandan da bunu etmək üçün bütün tədbirləri görür, o cümlədən dövlət büdcəmizdə bu prinsip həmişə qorunub saxlanılır və hərbi sahəyə ildən-ilə daha çox vəsait ayrılır. Hazırda Ermənistanla sərhəddə yeni hərbi hissələrin yaradılması, onların təminatının yüksək səviyyədə təmin edilməsi də bu məqsədə xidmət edir”.
Hərbi ekspert Emin Həsənli də bildirib ki, yeni hərbi hissələrin yaradılması Azərbaycan ordusunun gücündən xəbər verir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə hərbi infrastrukturun yaradılması dövlətin qarşısında duran əsas məsələlərdəndir: “Artıq işğaldan azad edilən ərazilərdə hərbi infrastruktur əsasən qurulub. Bu gün Ermənistanla sərhədlərimiz yüksək səviyyədə qorunur, işğaldan azad edilən ərazilərdə yeni hərbi hissələr yaradılır, Silahlı Qüvvələrin strukturuna yenidən baxılır, Azərbaycan üçün yeni olan Komando qüvvələri briqadaları yaradılır. İşğaldan azad edilən ərazilərdə yaradılan hərbi infrastrukturu daha da təkmilləşdirmək, onu yüksək səviyyəyə qaldırmaq üçün qarşıya böyük vəzifələr qoyulur. Bu məsələlər dövlətin, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir. Dövlət başçısının regionlara, xüsusilə də işğaldan azad edilən ərazilərə səfərləri zamanı hərbi hissələrin açılışında iştirak etməsi, yeni texnikalarla tanış olması onu göstərir ki, Azərbaycan özünün hərbi təhlükəsizliyini həmişə diqqətdə saxlayacaq. Bunun üçün Azərbaycanın kifayət qədər imkanları, dövlətin, dövlət başçısının siyasi iradəsi var. Hərbi quruculuğu prioritet istiqamət hesab edən dövlət başçısının bu sahənin inkişafına böyük əhəmiyyət verməsi, dünya hərb sahəsindəki bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün göstərdiyi səylər ordumuzun güclənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin artmasına təkan verir. Bütün bunlar Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsinə imkan yaradır”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

