Vaşinqton və Moskva kompromis axtarışında olsa da...
03.02.2022 [10:17]
Mövqelərindən geri çəkilmək niyyətində deyillər
P.SADAYOĞLU
Rusiya-ABŞ təmasları yenidən aktiv fazaya qədəm qoymaqdadır. Belə ki, bir neçə gün öncə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Entoni Blinken arasında telefon danışığı olub. Dövlət rəsmiləri əsasən, ABŞ-ın Rusiya Xarici İşlər Nazirliyinə ünvanladığı təhlükəsizlik təminatı ilə bağlı məktub ətrafında müzakirələr aparıblar. Bundan başqa, iki ölkənin dövlət başçılarının da mümkün görüşləri ilə əlaqədar fikir mübadiləsi olub. Telefon danışığı zamanı ABŞ dövlət katibi Entoni Blinken Amerika tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb. Bildirib ki, hər bir dövlət öz xarici siyasətini, o cümlədən təmsil olunmaq istədiyi ittifaqı müstəqil şəkildə müəyyən etmək hüququna malikdir. Xatırladaq ki, tərəflər təxminən ay yarımdır müzakirəsi gedən təhlükəsizlik təminatı məsələsində ortaq məxrəcə gələ bilmirlər. ABŞ-ın Kremlin tələblərinə verdiyi cavab geniş ictimaiyyətə açıqlanmasa da, rəsmi Moskva cavabı qənaətbəxş saymayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, onların əsas tələblərinə müsbət cavab verilməyib.
Fevralın 1-də Macarıstanın baş naziri Viktor Orbanla görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin də ABŞ-ın və NATO-nun təhlükəsizlik zəmanətləri mövzusuna toxunub. O vurğulayıb ki, qəbul edilmiş heç bir sənəddə NATO-nun “açıq qapı” siyasəti ilə bağlı məqam yer almır. Rusiya lideri xatırladıb ki, 1949-cu ildə imzalanmış müqavilədə yalnız hərbi-siyasi blokun ölkələri öz sıralarına qəbul edə biləcəyi ilə bağlı qeyd var: “Bu isə ola bilər şəklindədir, məcburi deyil”.
V.Putinin sözlərinə görə, həm ABŞ rəhbərliyi, həm də NATO deyə bilərdi ki, onlar Ukraynanın təhlükəsizliyini təmin etmək istəyirlər, lakin onu alyansa qəbul edə bilməzlər. Çünki artıq götürülmüş başqa beynəlxalq öhdəliklər var.
Bunun qarşılığında rəsmi Vaşinqton hələ də Rusiya ilə təhlükəsizlik zəmanəti dialoqunu davam etdirilməsində maraqlı olduğunu dilə gətirib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib ki, ABŞ-ın Rusiyaya ünvanladığı məktuba cavab verildikdən sonra təmasların şərtləri müəyyənləşəcək. “Biz dialoqa açığıq. Prezident Bayden ilə Prezident Putin arasında əlaqələr də mümkündür. Amma bu, növbəti addımdan sonra hansı nəticəyə nail olunacağından asılıdır”.
Yaranmış bu qeyri-müəyyən mənzərə isə ABŞ-Rusiya gərginliyinin yaxın müddətdə səngiməsinə şübhə yaradır. Hər iki tərəfin öz marağından geri çəkilmədiyi nəzərə alınsa, kompromisin baş tutma ehtimalı olduqca zəifdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi İbrahim Babayev bildirib ki, Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərlərinin telefon danışığı iki ölkə arasındakı problemin hərbi müstəviyə keçə bilmə ehtimalını istisna edir. Onun fikrincə, həm Rusiya, həm də ABŞ məsələni dialoq yolu ilə tənzimləmək arzusundadır. Bununla belə, hər iki dövlət öz maraqlarından geri çəkilmək istəmir: “Əsas müzakirə predmeti olan Ukraynanın Avroatlantik alyansa üzvlüyü məsələsində ortaq məxrəcin tapılmaması qarşılıqlı maraqların üst-üstə düşməməsi ilə əlaqədardır. Bu danışıqlar bir məsələni tam şəkildə açdı - son bir ildə aktiv fazaya keçmiş ABŞ-Rusiya gərginliyi 2022-ci ildə də eyni templə davam edəcək. Daha doğrusu, müzakirələr davam edəcək, heç bir nəticə isə əldə olunmayacaq. Çünki dünyanın aparıcı dövlətlərindən sayılan ABŞ və Rusiyanın öz mövqelərindən geri çəkilməsi mümkünsüz görünür. ABŞ-ın NATO-nun timsalında Şərqə doğru genişlənmə planı özündə mühüm hədəfləri birləşdirir. Bu baxımdan, rəsmi Vaşinqton mümkün qədər tez bir zamanda problemi həll etmək niyyətindədir. Hətta bir müddət öncə Ukraynanın silahlandırılması görüntüsünü yaratmaq niyyəti də buradan qaynaqlanmışdı. Rusiyanın Alyansın Şərqə doğru genişlənməsini özü üçün təhlükə hesab etməsi isə təbii haldır”.
İ.Babayev bildirib ki, ABŞ regionda yeni təsir imkanları əldə etmək üçün Rusiyanı Şərqi Avropadan sıxışdırmaq istəyir. Bunun üçün isə NATO faktorundan istifadə etmək ən uyğun variantdır. “Əslində, Ukraynada baş verənlər ABŞ üçün iddia etdiyi qədər strateji məsələ deyil. Biz eyni mənzərəni 2008-ci ildə Gürcüstanın timsalında müşahidə etmişdik. Həmin dövrdə də ABŞ yüksək səslə hədələr yağdırırdı. Nəticə isə hər kəsə bəllidir. Sadəcə, Ukrayna məsələsi ABŞ üçün yeni bir fürsətdir. O cümlədən Rusiyanın gücünü, hərbi potensialını bu yolla yoxlamaq niyyətindədir. ABŞ-ın Kremlə ünvanladığı məktubu gizli saxlaması da onu göstərir ki, Ağ Ev kompromis axtarışındadır. Amma bu kompromis ABŞ-ın gələcək planları ilə uyğunluq təşkil etməlidir”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

