Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə ilə Ermənistan arasında aviareyslərin açılması...

Türkiyə ilə Ermənistan arasında aviareyslərin açılması...

03.02.2022 [10:28]

Münasibətlərin normallaşmasına necə təsir edə bilər?

Nardar BAYRAMLI

Fevralın 2-dən etibarən Türkiyə ilə Ermənistan arasında aviareys­lərin həyata keçirilməsinə başlanıb. Bu barədə razılıq bir müddət əvvəl Türkiyə və Ermənistan nümayəndələrinin keçirdiyi görüşlər nəticəsində əldə olunmuşdu. Birbaşa uçuşların bərpası üçün Türkiyənin “Pegasus” və Ermənistanın “FlyOne” şirkətləri iki ölkənin mülki aviasiya qurumlarına müraciət edib. Dünən Türkiyənin “Pegasus” Hava Yolları və Ermənistanın “FlyOne” şirkəti qarşılıqlı olaraq İstanbul-İrəvan reyslərinə başlayıb.

Aviareyslərin bərpa edilməsi iki ölkə arasında münasibətlərin normallaşmasına necə təsir edə bilər?  Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov  bildirib ki, iki ölkə arasında aviareyslərin açılması münasibətlərin normallaşması üçün vasitələrdən biri ola bilər. Onun sözlərinə görə, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşması üçün müzakirələr aparırlar: “Xüsusi nümayəndələrin təyin edilməsi tərəflərin qarşılıqlı əlaqələrinin bərpasında maraqlı olmasından xəbər verir. Ermənistanın baş naziri Nikol Paşinyanın da hazırda ən  çox arzuladığı məsələ Türkiyə ilə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılmasıdır. Bunun iqtisadi və siyasi səbəbləri var. İqtisadi səbəblər Ermənistanı təcrid vəziyyətdən çıxarmaqdır. Bu ölkə həmişə xarici ianələr hesabına ayaqda qalıb, lakin Paşinyanın hakimiyyətə gəlişindən, xüsusilə İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra hazırkı hakimiyyətlə diaspor arasında dərin çatlar yaranıb. Bu da xarici ianələrin azalması ilə nəticələnir. Erməni diasporunun özü də müharibədən sonra ikiyə bölünmüş vəziyyətdədir. Bununla yanaşı, Rusiyadan daşımalarda hava şəraitinə görə zaman-zaman problemlər yaranır, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində gömrük-keçid məntəqəsinin qurulması İranla daşımalara da təsir edir. Ermənistanın müharibədən əvvəlki dövrlə müqayisədə indi təcrid vəziyyətində yaşaya bilməsi daha da çətinləşib və Paşinyan anlayır ki, Türkiyə ilə sərhədlərin açılması iqtisadiyyata yeni nəfəs verə bilər. Siyasi səbəblər isə Paşinyan hakimiyyətinin oriyentasiyasıdır. Ermənistanın mövcud hakimiyyəti Qərb­yönümlü xəttə üstünlük verir və Qərbə çıxış üçün yeganə yol Türkiyədir”.

Millət vəkili qeyd edib ki, bütün bunların fonunda münasibətlərin qurulması daha çox Ermənistana lazımdır: “Bu baxımdan, iki ölkə arasında təyyarə uçuşlarının həyata keçirilməsi insanlar arasında təmasların artmasına, əlaqələrin qurulmasına səbəb olacaq. Bu kimi amillər iki dövlətin münasibətlərinin qurulması istiqamətində atılan addımlara dəstəkdir.

Bəzi ekspertlər qeyd edirlər ki, gələcəkdə iki ölkənin başqa şəhərlərinə də aviareyslər açıla bilər. Belə olarsa, Türkiyə və Ermənistan vətəndaşları arasında gediş-gəliş intensivləşəcək. Ermənistan Türkiyənin bu xoşməramlı jestlərini dəyərləndirməlidir. Rəsmi İrəvan Türkiyə və Azərbaycanın regionun tərəqqisi naminə irəli sürdüyü təşəbbüslərə qoşulmalı, sülh çağırışlarına cavab verməlidir. Məlumdur ki, işğalçı siyasəti nəticəsində regionda təcrid vəziyyətinə düşən, qonşuları ilə münasibətlərini pozan bu ölkə dərin böhran içərisindədir. Türkiyə Cümhuriyyəti  Ermənistanla sərhədi 1993-cü ildə bu ölkənin Azərbaycana qarşı işğalçı siyasətinə görə bağlayıb. 44 günlük Vətən müharibəsindən sonra rəsmi İrəvan başa düşməlidir ki, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək bu ölkəyə ancaq fəlakət vəd edə bilər. Ona görə də Ermənistanın iflasdan yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31