Ermənistanla Belarus arasında nə baş verir, yaxud Ermənistanın Belarus dramı
10.02.2022 [11:24]
“Nəzərlərini çox uzağa dikənlər yaxını görə bilmirlər” (Əbu Turxan)
Taleh AĞAVERDİYEV
Ruslarda belə bir məşhur deyim var: “Həqiqət gözləri sancır”. Onun mənası ondan qaynaqlanır ki, insanın özü haqqında acı həqiqəti eşitməsi ona xoş gəlmir və buna görə də o, gözlərini aşağı salır, düz baxa bilmir, sanki həqiqi, amma xoşagəlməz sözlər onun gözlərini sancır. Bu ifadəni Ermənistana aid etmək olar. Lakin orada da gözlərini çəkib və nəticə çıxarmaq əvəzinə, acı həqiqətə tam yalan və təhqirlə cavab verməyə üstünlük verirlər.
Ötən gün yazdığımız kimi Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində Rusiya və Belarusun İttifaq Dövlətinin gələcəyi ilə bağlı sualı cavablandırarkən ehtimal edib ki, keçmiş SSRİ-nin bəzi ölkələri yaxın illərdə bu birliyə qoşulacaq. O cümlədən Ermənistan, çünki onun “başqa çarəsi yoxdur” və “o, heç kimə lazım deyil”. Lukaşenko düzgün fikir bildirib, çünki Ermənistan müttəfiq kimi heç kimə, heç nə təklif edə bilməz - ölkədə təbii sərvətlər demək olar ki, yoxdur, İrəvanın işğalçı siyasəti ucbatından isə iqtisadiyyatı 30 ilə yaxındır ki, komadadır. Lakin Belarus prezidentinin bu sözləri qonşu ölkədə bir çoxlarının isterikasına səbəb olub. Sanki onların gözlərini həqiqi mənada çıxarıblar. Ölkənin hər keçən gün daha da dərinləşən real problemlərini bir kənara atıb, tənbəllik etməyən hər kəs fikir bildirməyə başladı.
Lukaşenkonun “linç edilməsində” hakim “Vətəndaş müqaviləsi” partiyası xüsusilə fəal idi. Lakin partiya üzvlərinin kiçik söz ehtiyatı və aşağı intellekti səbəbindən, bu cəhdlər komik görünürdü və fikir bildirənlər yalnız özlərini gülünc vəziyyətə saldı. Məsələn, Ermənistan parlamentinin deputatı Vaqarşak Akopyan Belarus prezidentinin sözlərini “yolverilməz” adlandıraraq nədənsə Qazaxıstanda baş vermiş və guya “Ermənistanın kimə lazım olduğunu göstərən” hadisələri xatırlatmaq qərarına gəlib. “Ermənistanın kimə lazım olduğu məsələsinə gəldikdə, Qazaxıstanda baş verən son hadisələri xatırlamaq istərdim. Əminəm ki, cənab Lukaşenko özü yaxşı başa düşür ki, Ermənistan kimə lazım idi və hələ də kimə lazımdır”, - deyə, Akopyan bildirib.
Görünür, Akopyan İrəvanın KTMT-nin sülhməramlı missiyası çərçivəsində Qazaxıstana yüz hərbçi göndərməsinə görə erməni siyasətçiləri və ictimai xadimləri tərəfindən nə qədər üzrxahlıq xarakterli bəyanatlar verildiyini unudub. Yaxud Ermənistanın sıravi vətəndaşları necə istehza ilə gülüb təəc?üblənirdilər ki, fərariləri ilə məşhurlaşan və sarsıdıcı məğlubiyyətə uğrayan ordu Qazaxıstana necə göndərilə bilərdi. Qonşu ölkənin sakinləri erməni hərbçilərinin Qazaxıstanda əsir düşüb bu dəfə də özlərini biabır edəcəklərindən ciddi şəkildə ehtiyat edirdilər. Ona görə də təəccüblü deyil ki, bu missiya çərçivəsində erməni “sülhməramlılarına” yalnız bazarların mühafizəsi həvalə edilib.
“Ermənistanın kimə lazım olduğu” KTMT-yə üzv ölkələrin hamısı Azərbaycanı 44 günlük müharibədə qələbə münasibətilə təbrik etməsi və Ermənistanın təşkilatı müharibəyə cəlb etmək cəhdlərinin uğursuzluğu haqqında ən açıq şəkildə danışır.
Akopyanın partiya yoldaşı Ovik Ağazaryan bu axmaq bəyanatlar yarışmasında baş mükafatı almaq əzmində idi və daha da cəfəngiyat xarakterli fikir bildirdi. O, “hər cür Lukaşenkalar və Marqarita Simonyankaların öz fəaliyyətləri ilə Rusiya hakimiyyətinə pis xidmət etdiyini” bildirərək, Lukaşenkoya “belə fikirlər söyləməzdən əvvəl donuz tövləsini xatırladan Minsk hava limanına baş çəkməyi” tövsiyə edib. Münasib arqumentlər tapmayan erməni deputat hər şeyi bir-birinə qatıb öz qızışmış beynində Belarus prezidentini, Rusiya hakimiyyətini və ermənipərəst təbliğatçını əlaqələndirib. Lakin onun bu məntiqsiz bəyanatında son vaxtlar Paşinyanın partiyasından olan sorosçuların məlum səbəblərdən gizlətməyə məcbur olduğu rusofobiya aydın görünür.
Hava limanı ilə bağlı dedikləri isə onu daha da gülünc vəziyyətə saldı. Öncə qeyd etmək lazımdır ki, “Minsk” Milli Hava Limanının, eləcə də bütün Belarus paytaxtının əlamətdar xüsusiyyəti təmizlikdir. Hava limanında hər bir infrastruktur mükəmməl vəziyyətdə saxlanılır. Lakin gülməli olan odur ki, elə həmin gün məlum olub ki, Ermənistanın paytaxt sadəcə olaraq çirk və zibil içində batır. Bu barədə şəhərin yeni təyin olunmuş meri Qraçya Sarkisyanın özü məlumat verib. O, göstəriş verib ki, paytaxtın ictimai nəqliyyatında dezinfeksiyaedici məhlul olan qablar lazımi formaya gətirilsin, çünki onlar “o qədər çirklidir ki, onlara toxunmaq belə istəmirsən”. “Şəhər nədənsə çirk içində batır. Bizim 1 milyondan çox sakinimiz var ki, onlar öz gündəlik fəaliyyətləri nəticəsində obyektiv və qeyri-obyektiv səbəblərdən şəhəri çirkləndirirlər”, - deyə, Sarkisyan bildirib.
Qeyd edək ki, Ermənistan paytaxtında zibil problemi uzun illərdir ki, gündəmdədir: vətəndaşlar bu məsələ ilə bağlı dəfələrlə nümayişlər keçirib, zibil yığıb və etiraz olaraq onu şəhər meriyası qarşısına gətiriblər. Necə deyərlər, kor kora kor deməsə, bağrı çatlar.
Bəzi erməni KİV-ləri də öz “analitik” məqalələrində Belarusu diktatura ilə “rüsvay etməyə” çalışıb, “demokratik Ermənistan”ın ən çətin dövrlərdə belə “Belarus diktaturası” kimi olmadığını qeyd ediblər. Görünür, erməni jurnalistlər də çox tez unudublar ki, elə bu günlərdə beynəlxalq hüquq müdafiə təşkilatı Freedom House Ermənistan vətəndaşının Paşinyanı təhqir etdiyinə görə 1000 dollar cərimələnməsindən sonra Ermənistanda demokratik normaların və söz azadlığının deqradasiyasından narahatlığını bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi də səssiz qalmadı. Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan öz “Facebook” səhifəsində yazıb: “Biz əminik ki, Belarus prezidentinin özünəməxsus geosiyasi təhlili, ilk növbədə, özünün daxili siyasi gündəliyinə xidmət etmək məqsədi daşıyır və Ermənistan və onun xarici siyasəti ilə heç bir əlaqəsi yoxdur”. Lakin burada da Lukaşenkonun Ermənistanla bağlı dediklərinin Belarusun daxili siyasi gündəliyi ilə nə dərəcədə bağlı olduğu aydın deyil... Odur ki, Ermənistan Xarici İşlər Nazirliyi bəyanatını bir qədər təsirli etmək üçün Belarus səfirini ona narazılığını bildirmək üçün dəvət etmək qərarına gəlib.
Aleksandr Lukaşenkonun səsləndirdiyi həqiqətin sonda diplomatik qalmaqala və erməni tərəfinin qəbuledilməz təhqirlərinə səbəb olması təəccüblüdür. Baxmayaraq ki, Ermənistanın özündə dəfələrlə Rusiya ilə birlik dövləti yaratmaq və ya Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmaq ideyası səsləndirilib. Bəs nə dəyişdi, Lukaşenkonun sözləri niyə düşmənçiliklə qarşılandı? Burada dəqiq, birmənalı cavab yoxdur, amma güman etmək olar ki, Ermənistanın hazırkı hakimiyyətinin sponsorları bu perspektivdən sadəcə olaraq çox narazıdırlar...
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

