TDSDF-nin Bakı filialının nəzdində Şəki Ziyalılarının Birliyi şöbəsi yaradılıb
15.09.2010 [09:07]
Dünən Radiasiya Problemləri İnstitutunda Şəki ziyalılarının toplantısı keçirilib. Toplantıda çıxış edən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sədri Nüsrət Məmmədov Azərbaycanın sürətli inkişafından danışıb. Nüsrət Məmmədov, eyni zamanda, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun fəaliyyətindən də söz açıb. Qeyd edib ki, Azərbaycanın görkəmli yazıçısı və alimi, professor Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Azərbaycanda fəaliyyət göstərən “Avromed” şirkətinin dəstəyi ilə qırğız dilində nəfis şəkildə nəşr edilib: “üçcildliyi qırğız dilinə Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev, ittifaqın katibi Seyit Altımışov, yazıçı Mukan Asanaliyev çeviriblər. üçcildliyə ön sözü professor Aqil Hacıyev yazıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, hər cildi 550 səhifədən idarət olan üçcildlik Qırğızıstanın bütün kitabxanalarına, elm və təhsil ocaqlarına pulsuz veriləcək. Qırğızıstan alimləri bu kitab əsasında Mir Cəlalın yaradıcılığını tədqiq edəcək, yeni elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunacaq”.
Toplantıda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin nailiyyətləri haqqında iştirakçılara ətraflı məlumat verib.
O fondun fəaliyyətinə toxunaraq vurğulayıb ki, indiyədək Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bişkekdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi”, “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” əsərləri, Mir Cəlal Paşayevin qırğız dilində “Bir gəncin manifesti” povesti, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə rus və ingilis dillərində hazırlanmış “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar”, professor Aqil Hacıyevin “XIX əsrin ikinci yarısında rus ədəbiyyatında Azərbaycan mövzusu”, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və digər əsərlər nəşr olunub: “Bu kitablar Azərbaycan həqiqətlərinin dost qırğız xalqına çatdırılmasında mühüm rol oynayıb”.
çıxış edən AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov, Ədliyyə Nazirliyi Akademiyasının rektor əvəzi İlham Abbasov, AZAL-ın baş həkimi Zakir Bəşirov və digər toplantı iştirakçıları da Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi barədə öz fikirlərini bölüşüblər.
Sonra toplantıda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Bakı filialının nəzdində Şəki Ziyalılarının Birliyi şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
Şöbənin rəhbəri Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov və 9 nəfərdən ibarət idarə heyəti seçilib. Toplantıda Şəkinin tanınmış ziyalıları da iştirak ediblər.
Xatırladaq ki, TDSDF-nin Bakı filialının nəzdində Şəki Ziyalılarının Birliyi şöbəsinin yaradılmasının əsas məqsədi Şəki ziyalılarının intellektual potensialından istifadə etmək, qədim Şəkinin tarixi, mədəniyyəti barədə geniş təbliğat aparmaq, bu bölgə haqqında xarici ölkələrdə yaşayan insanları ətraflı məlumatlandırmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28

