Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan MDB-də ən rəqabətə davamlı ölkələr siyahısında birincidir

Azərbaycan MDB-də ən rəqabətə davamlı ölkələr siyahısında birincidir

14.09.2010 [10:06]

Azərbaycan ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatda  ən rəqabətədavamlı ölkələr siyahısında MDB-də birinci yerdədir. On dörd minə yaxın iş adamının iştirakı ilə hazırlanmış hesabatda Azərbaycan infrastruktur, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət və maliyyə bazarının inkişafına görə MDB ölkələri arasında birinciliyi əldə edib. ümumdünya İqtisadi Forumunun hesabatında ölkəmiz postsovet respublikaları arasında  rəqabətədavamlı ölkə kimi üçüncüdür. Məlumatda bildirilir ki, keçmiş SSRİ dövlətləri arasında siyahıda birinci yerdə Estoniya, ikinci yerdə Litvadır. Dünya üzrə siyahıda isə həmin ölkələr müvafiq olaraq 33-cü və 47-ci, Azərbaycan 57-cidir. Bu siyahıda keçmiş SSRİ republikaları arasında Azərbaycandan sonra Rusiya gəlir-63-cü yer. Növbəti yerləri Latviya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Moldova tutur.
Dünya üzrə siyahıda birinci yerdə İsveçrə, sonrakı yerlərdə Sinqapur və ABŞ gəlir. çin, Hindistan və Braziliya kimi ölkələr 27-ci, 51-ci və 58-ci yerdə qərarlaşıblar. Ermənistan bu siyahıya ümumiyyətlə düşməyib.
Reytinq tərtib edilərkən ölkələrdəki infrastruktur, əmtəə və əmtəə bazarlarının səmərəliliyi, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət, innovasiya, maliyyə bazarının inkişafı kimi amillər nəzərə alınıb.

Paylaş:
Baxılıb: 969 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30