10 ildə - 15 min, 4 gündə - 5 min: Rusiyanın Ukraynada itkiləri
28.02.2022 [18:55]
Taleh AĞAVERDİYEV
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada “xüsusi hərbi əməliyyat”ın başladığını elan edib. Artıq 5-ci gündür ki, Ukrayna ərazisində hərbi əməliyyatlar aparılır.
21-ci əsrdə iki ölkə arasında fikir ayrılıqlarını siyasi və diplomatik yollarla həll etmək üçün çoxlu imkanlar olan halda genişmiqyaslı müharibənin baş verməsi böyük təəssüf doğurur. Artıq indidən hərbi əməliyyatların miqyasına və belə qısa müddət ərzində canlı qüvvə itkilərinin sayına görə Rusiya ilə Ukrayna arasında silahlı qarşıdurmanı 21-ci əsrin ən qanlı silahlı münaqişələrindən biri adlandırmaq olar.
Ukrayna Müdafiə Nazirliyinin 28 fevral tarixinə yerli vaxtla saat 6.00-a olan məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti arasında təxmini itkilərin ümumi sayı 5300 nəfər təşkil edir, 300 hərbçi əsir götürülüb. Ukrayna Daxili İşlər Nazirliyi, eləcə də dinc Ukrayna əhalisi arasında 352 itki və 1684 yaralı olduğunu bildirir.
Rusiya Müdafiə Nazirliyi hərbi əməliyyatların 4-cü günü ilk dəfə Ukraynada Rusiya hərbçiləri arasında ölən və yaralananların olduğunu etiraf edib, lakin heç bir rəqəm açıqlamayıb. Eyni zamanda qeyd olunub ki, əməliyyat başlayandan Rusiya hərbi qüvvələri Ukraynanın 1067 hərbi infrastruktur obyektini vurub.
Ukrayna Müdafiə Nazirliyinin məlumatlarına inansaq, Ukraynanın hərbi-texniki baxımdan xeyli geridə olmasına baxmayaraq, Rusiya hazırkı “hərbi əməliyyat” zamanı görünməmiş itkilər verir. Müqayisə üçün götürək 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək davam edən Əfqanıstan müharibəsini. SSRİ-də müharibə başa çatdıqdan sonra illərə bölünərək ölən sovet hərbçilərinin sayı barədə məlumat açıqlanmışdı. Bu itkilər 1979-cu ildə 86, 1980-ci ildə 1484, 1981-ci ildə 1298, 1982-ci ildə 1948, 1983-cü ildə 1448, 1984-cü ildə 2343, 1985-ci ildə 1868, 1986-cı ildə 1333, 1987-ci ildə 1215, 1988-ci ildə 759, 1989-cu ildə 53 nəfər təşkil edib. Cəmi - 13 835 nəfər. Bu məlumatlar ilk dəfə 1989-cu il avqustun 17-də “Pravda” qəzetində dərc olunub. 1999-cu il yanvarın 1-nə olan məlumata görə Əfqanıstan müharibəsində bərpa olunmaz itkilər (öldürülmüş, yaralardan, xəstəlikdən və bədbəxt hadisələr nəticəsində həlak olmuş, itkin düşmüş əsgərlər) aşağıdakı kimi qiymətləndirilib: Sovet Ordusu - 14 427, DTK - 576 (o cümlədən 514 sərhəd qoşunlarının hərbçisi). ), Daxili İşlər Nazirliyi - 28. Cəmi - 15 031 nəfər.
Beləliklə, görürük ki, 4 gündə Rusiyanın Ukraynadakı itkiləri Əfqanıstanda təxminən 10 ildə itkilərin üçdə- birindən çoxunu təşkil edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45

