Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İmza toplama prosesində hansı qaydalara riayət olunmalıdır?

İmza toplama prosesində hansı qaydalara riayət olunmalıdır?

23.09.2010 [10:39]

Seçki qanunvericiliyində bununla bağlı məsələlər kifayət qədər açıq şəkildə öz əksini tapıb
ölkəmizdə noyabrın 7-də parlament seçkilərinin azad və şəffaf keçirilməsi istiqamətində müvafiq addımlar atılmaqdadır. Bu baxımdan, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müvafiq seçki sənədlərinin qəbul edilməsi, seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılması da vacib məsələlərdəndir. Ona görə də, Mərkəzi Seçki Komissiyası (MSK) bu məsələyə önəm verərək bir sıra vacib sənədlər qəbul edib. Eləcə də, qurum tərəfindən mütəmadi olaraq aşağı seçki komissiyalarının üzvləri üçün kurslar təşkil olunur.
öncə qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar MSK dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib. Avqustun sonlarında Bakı şəhərində belə kurslar DSK sədrləri üçün reallaşdırılıb. 1-3 sentyabr tarixlərində isə bütün dairələr üzrə məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar keçirilib.
Seçkilərin demokratik, şəffaf keçirilməsi məqsədilə MSK tərəfindən vacib sənədlər qəbul olunub ki, bütün bunlar beynəlxalq seçki təcrübəsinə əsaslanır. Bu sənədlər sırasına “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” təlimatlar, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi qaydaları və s. daxildir.
MSK, həmçinin, Milli Məclisə seçkilərlə bağlı namizədliyin irəli sürülməsi, seçki bloklarının yaradılması, təşviqat prosesi, seçki fondları haqqında və digər məsələlərlə bağlı sənədlər qəbul edib. Belə sənədlərdən biri də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” Təlimatdır. Qeyd edək ki, hazırda seçki kampaniyasında indiki mərhələdə namizədliyini irəli sürmüş şəxslər imza toplama prosesini həyata keçirməklə məşğuldurlar. Ona görə də, bu prosesin həyata keçirilməsi qaydaları haqqında bilgilər deputatlığa iddialılar üçün maraqlı ola bilər. Milli Məclisə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim olunması qaydaları Seçki Məcəlləsinin 56 - 58-ci, 147-ci maddələri ilə və həmin Təlimatla tənzimlənir. öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və ya siyasi partiya blokları tərəfindən irəli sürülən namizədlərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması müvafiq seçki komissiyası tərəfindən namizədlərə və ya səlahiyyətli nümayəndələrə deputatlığa namizədin irəli sürülməsini təsdiq edən qərarın təqdim edildiyi gündən başlanır. Deputatlığa namizədin müdafiəsi üçün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının aktiv seçki hüququ olan hər bir vətəndaşı deputatlığa namizədin müdafiəsi üçün imza vərəqəsinə imza etmək hüququna malikdir. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilməlidir.
Deputatlığa namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsinə gəlincə, müvafiq sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək dairə seçki komissiyasına təqdim edilməlidir. Həmin sənədlər sırasına deputatlığa namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; seçici imzalarının toplanması haqqında Təlimata əlavə edilmiş yekun protokolunun 2 nüsxəsi; deputatlığa namizədin öhdəlik ərizəsindəki namizəd haqqında məlumatlarda dəyişikliklər barədə bildiriş;
- Deputatlığa namizədin seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri barədə məlumat; gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış;
- Seçki Məcəlləsinə 5 saylı əlavəyə uyğun formada tərtib edilmiş namizədə məxsus əmlak barədə məlumat;
- Seçici imzalarının toplanması üçün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə, namizədin ilkin maliyyə hesabatı daxildir. Əgər iddialı şəxslər sənədləri qanunauyğun formada təqdim etməsə, onun namizədliyinin qeydə alınmasından imtina oluna bilər.
Bununla belə, MSK yoxlama zamanı sənədlərdə hər hansı qüsur aşkarlanarsa, qarşı tərəfə həmin qüsuru aradan qaldırmaq üçün də imkan yaranır. Ona görə də, seçkilərdə iştirak etməyən şəxslər öz sənədlərini maksimum düzgün formada hazırlayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1075 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30