Ağ Evdən Qırmızı meydana uzanan “rəngli arzular”...
18.03.2022 [10:34]
Qərbin “demokratiya yürüşü” üzü şərqə yol ala bilər
Pərviz SADAYOĞLU
Rusiya ilə Ukrayna arasında davam edən hərbi gərginlik Avrasiya məkanında yeni geosiyasi vəziyyət yaratmaqdadır. Müharibədən sonra hər şeyin əvvəlki kimi olmayacağı indidən bəlli olsa da, prosesin inkişafının hansı istiqamətlər üzrə inkişaf edəcəyi də müəmmalıdır. Müharibə Rusiya tərəfindən başladılsa belə, bir sıra siyasi ekspertlər Kremlin gələcəyi haqqında bədbin proqnozlar verməkdədir. Hətta Rusiyada rəngli inqilabların baş verməsini belə istisna etməyən tanınmış siyasətçilər, bu ölkədə çoxsaylı fərqli millətlərin yaşamasını indiki məqamda mərkəzi hakimiyyət üçün neqativ perspektiv kimi dəyərləndirirlər. Daha çox federal subyekt, daha çox fərqli millət indiki məqamda Rusiya üçün daha çox parçalanma perspektivi kimi görülür.
Kreml “ipləri” əlində saxlaya bilmir
Bu məqamda yenidən yada ötən il dekabrın 9-10-da ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “demokratiya sammiti” düşür. Həmin dövrdə siyasi kuluarlarda ABŞ prezidentinin təşkil etdiyi “sammitin” “hüquq və azadlıqların, əsasən də “azadlıq arzusunda olan azsaylı xalqların” müdafiəsi”nə yönəldiyi bildirilirdi. Hətta siyasi mütəxəssislər bu sammiti rəngli inqilablar seriyasının yenidən ABŞ xarici siyasətində prioritetə çevrilməsi kimi dəyərləndirilmişdi. Qərb siyasətçiləri bildirirdilər ki, sammit yaxın gələcəkdə ABŞ-ın təkqütblü dünya çağırışlarına rəqib olan ölkələrdə yeni kataklizmlərin başlanması, rəngli inqilabların reallaşması üçün zəmin formalaşdıracaq. Bəlkə də bir neçə ay əvvəl Ağ Ev administrasiyasının bu siyasətinin Rusiya kimi monolit hakimiyyətə malik ölkəyə yol tapacağını təsəvvür etmək mümkün deyildisə, bu gün situasiya dəyişib. Rusiyanın Ukraynaya hücumu Qərbin hərbi-siyasi dairələrinin “qəzəbi” ilə yanaşı, ölkə daxilində illərdir ki, repetisiyası aparılan “yumşaq güc”ün hərəkətə keçməsini şərtləndirə bilər. “Qırmızı meydan”da Rusiya hakimiyyəti əleyhinə səslənən şüarlar, dövlət televiziyasının efirində Qərbin planlarına uyğun plakatların nümayişi bunu deməyə əsas verir. Bu, həm də Qərbin tez-tez Rusiya ilə bağlı rəngli inqilab iddialarının boş yerə səslənmədiyini göstərir. Hətta ölkə daxilində keçirilən bəzi sosial sorğular belə Rusiyada “yeniliklərin” qaçılmaz olduğunu göstərir. Rusiya hakimiyyəti bu gün özünü nə qədər güclü göstərməyə çalışsa da, müharibənin davam etdiyi 20 gündə “ipləri” əlində saxlaya bilmədiyini açıq şəkildə ortaya qoyur. Rusiyanın tanınmış ictimai xadimləri, mədəniyyət və incəsənət nümayəndələri belə Ukraynaya qarşı hərbi müdaxiləni “pisləyir”, öz fikirlərində “siyasi terminlərə” üstünlük verirlər. Üstəlik, prezident Putinə ən yaxın şəxslərdən hesab edilən Narışkinlə bağlı müharibdən öncə baş verən hadisənin hələ də izahı tapılmır. Bu mənada, siyasi ekspertlərin də proqnozlaşdırdığı kimi Rusiyada yaxın zamanda siyasi adernalinin artması ehtimalı təəccüb doğurmaya bilər.
Azsaylı xalqların çoxsaylı təhdidləri
Bu amil Rusiya hakimiyyətinin ən üst səviyyədə təmsilçilərinin də “gözündən qaçmayıb”. Belə ki, XİN rəhbəri Lavrov İstanbulda keçirilən üçtərəfli görüşdən sonra bildirmişdi: “Bu, həqiqətən də müəyyən mənada ölüm-dirim müharibəsidir. Rusiya dünya xəritəsində olacaq, ya olmayacaq? Hazırda bu müharibə aparılır”. Rusiya xarici kəşfiyyat xidmətinin başçısı Sergey Narışkin isə deyib ki, indi Rusiyanın taleyi həll olunur: “Onun dünyadakı yeri müəyyən edilir”. Hücum edən bir dövlətin iki strateji nümayəndəsinin belə bir açıqlama verməsi özündə bir çox şeyləri əks etdirir. Demək ki, Rusiya tərəfi baş verə biləcək və ya onları gözləyən təhlükələri təsəvvür edə bilirlər. Bunun Rusiya üçün hansı nəticələr vəd etdiyini də anlayırlar. 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması ilə başlanan və Rusiyadan “yan keçdiyi” düşünülən parçalanma prosesinin ikinci mərhələsi indi start götürə bilər. Bu ölkənin şərqi, şimalı, hətta cənub-şərqi və cənubu illərdir ki, pəsdən olsa belə, “ayrılma” şərqisi səsləndirməkdədir. Proses və ya “şərqi” güc yolu ilə bir neçə il susdurulsa da, yaranacaq münbit şəraitin nələrə gətirib çıxaracağını demək çətindir. Qərbin “demokratiya yürüşü”nün Rusiyadakı azsaylı xalqlara, federal subyektlərə göstərəcəyi təsir dünya xəritəsini də yeniləyə bilər. Çünki Qərb yumşaq güclə Rusiyanı daxildən parçalama planından heç bir zaman əl çəkməyib. Bu gün də çəkmək fikrində deyil... Necə ki, əlinə belə bir fürsət düşüb...
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

