Növbəti dəfə ifşa edildi
16.04.2022 [10:39]
Ermənistanın müharibə cinayətləri ABŞ Dövlət Departamentinin hesabatında əks olunub
ÜMİD
Beynəlxalq ictimaiyyətə məlumdur ki, Ermənistan Birinci və İkinci Qarabağ müharibəsi zamanı çox sayda müharibə cinayətləri törədib. Mülki şəxslərin hədəf seçilməsi, onlara qarşı kasetli bombalardan istifadə edilməsi, əsirlərlə qeyri-insani rəftar olunması və digərləri bu sıraya aiddir. Təbii ki, bu, ümumbəşəri dəyərlərlə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il Cenevrə Konvensiyalarına və onların Əlavə protokollarına ziddir.
Belə hallar və faktlar beynəlxalq qurumların, bir sıra təşkilatların müvafiq sənədlərində əks olunub. Son olaraq ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistan ilə bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb. Hesabatda qeyd olunub ki, 2020-ci ildəki İkinci Qarabağ ?üharibəsi zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulması ilə bağlı “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq” (IPHR) və “Truth Hounds” qeyri-hökumət təşkilatları tərəfindən may ayında dərc olunmuş birgə hesabata əsasən, Ermənistan silahlı qüvvələri üzvlərinin yaralı halda əsir götürdükləri iki Azərbaycan əsgərini edam etməsinə dair təkzibedilməz dəlillər mövcuddur. Sübut iki videodan ibarət olub: “Əgər bu qətllər sonrakı araşdırmalar zamanı təsdiqlənərsə, bu, beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır. Yaralı Azərbaycan əsgərlərinin öldürülməsi həm də Ermənistanın Cinayət Məcəlləsini pozur və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq yaşamaq hüququnun kobud şəkildə pozulmasını özündə əks etdirir”.
QHT hesabatında bildirilir ki, keçmiş azərbaycanlı məhbuslarla müsahibələrə və əsirlərdən biri ilə qəddar rəftarın əks olunduğu videoya əsasən, ən azı yeddi azərbaycanlı hərbi əsir Ermənistan silahlı qüvvələri tərəfindən işgəncələrə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb. Bundan əlavə, IPHR və “Truth Hounds” videoya çəkilmiş daha üç qəddar rəftar halı ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu bildirib. Bunlar Ermənistan silahlı qruplaşmaları tərəfindən Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq işgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsinin pozulması anlamına gəlir. Sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən ölənlərin cəsədləri üzərində insanlığa yaraşmayan çoxsaylı addımlar atmasının təkzibedilməz sübutu olan videogörüntülər təsvir edilir. Hesabata əsasən, beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlığının dağıdılmasını “sənədləşdirib”. Qəbirlər dağıdılmış halda aşkar edilib, hətta bəzi hallarda qəbirlərdən qarət olmasına dair sübutlar var. Digər yerlərdə isə ağır tikinti texnikası ilə dağıntı və meyit qalıqlarının eksqumasiyası izləri aşkar edilib. “Ağdamda Şəhidlər xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə cəsədlərin basdırıldığı çuxurların fotolarını çəkiblər, qəbiristanlıqda yalnız bir dağılmış qəbir daşı qalır. Qəbiristanlıqlardakı vandalizm, həmçinin qəbir daşlarının üzərindəki mərhumların şəkillərinin çəkic və ya buna bənzər əşyalarla tanınmayacaq dərəcədə dağıdılması da əks olunub. Bundan əlavə, qəbirdən çıxarılan cəsəd qalıqlarından qızıl dişlər çıxarılıb, kəllə sümükləri və digər sümüklər qəbiristanlıqlara səpələnib. Fotojurnalistin sözlərinə görə, erməni məzarları faktiki olaraq toxunulmaz qalıb”, - hesabatda vurğulanır.
2021-ci il aprelin 24-də Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun əvvəllər işğal altında olan Başlıbel kəndində 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən öldürüldüyü güman edilən azərbaycanlıların məzarlarının axtarışı ilə bağlı araşdırmalara başlayıb. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 dinc sakinin meyiti tapılıb. İyun ayında daha üç cəsəd, avqustun 30-da isə çoxlu insan qalıqlarının olduğu başqa bir dəfn yeri tapılıb. Hesabatda göstərilir ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 2020-ci ilin noyabrında atəşkəs əldə olunduğu andan ilin sonunadək əvvəllər Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində mina partlayışları nəticəsində Azərbaycanın 7 hərbi qulluqçusu və 29 mülki şəxs həlak olub, daha 109 hərbçi və 44 mülki şəxs yaralanıb.
İşğalçı Ermənistan tərəfindən həyata keçirilmiş terror siyasəti, müharibə cinayətləri beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları sırasındadır. Ona görə də Ermənistan beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. İşğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması - beynəlxalq hüquq qarşısında cavab verməsi isə zərurətdir. Azərbaycan bu istiqamətdə müvafiq təşəbbüslər irəli sürür və adekvat qərarların qəbul edilməsinə nail olur. Bu, Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarında da öz əksini tapır. Nəzərə almaq lazımdır ki, BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi dünyada 6 əsas qurumdan biridir və onun üçün qərarının icra olunması prinsipial məsələdir. Ən əsası, proses davam edir və Azərbaycan növbəti addımlar atacaq. Amma bununla yanaşı, insan hüquqlarının müdafiəsi vəziyyətini araşdıran təşkilatlar da aşkar faktları əsas götürməklə, müvafiq araşdırma aparmaqla obyektiv, ifşaedici və qınayıcı bəyanatlar verməlidirlər. Çünki belə hadisələr Ermənistanın insan hüquqlarına mürtəce münasibət bəslədiyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

