Respublikamızın sürətli inkişafı YAP-a olan rəğbəti daha da artırır
21.10.2010 [09:50]
Yeni Azərbaycan Partiyasının (YAP) 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədi Mirkazım Kazımovun rayonun Uzuntəpə, Sabirabad və Əliqasımlı kəndlərinin seçiciləri ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan, YAP Cəlilabad rayon təşkilatının sədr müavini, partiyanın Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsi Hafiz Savadov seçkilərə hazırlıq və ölkəmizin ictimai-siyasi vəziyyəti barədə məlumat verib. YAP-ın səlahiyyətli nümayəndəsi bildirib ki, son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açıb. Bütün qazanılan bu nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Dövlətin gəlirləri, ilk növbədə, sosial kateqoriyadan olan insanların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Göründüyü kimi, ölkəmizdə insanların hazırki iqtidara olan dərin inamını və rəğbətini şərtləndirən kifayət qədər mühüm əsaslar var. Buna görə də, vətəndaşlar bu iqtidara, hakim partiya olan Yeni Azərbaycan Partiyasına böyük etimad göstərməkdədir. Azərbaycan seçicisi keçirilən bütün seçkilərdə YAP-ın namizədlərini dəstəkləyib, bu partiyaya etimad göstərib. O əmin olduğunu bildirib ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də xalq YAP-a dəstək verəcək.
çıxış üçün söz alan YAP-ın 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədi Mirkazım Kazımovun vəkili Bayandur Zeynalov deyib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişaf strategiyasını daha da möhkəmləndirmək üçün dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan proqramlar həyata keçirilir. 2003-cü ilin sonlarından başlayaraq iqtisadiyyatda müşahidə olunan dinamizm yeni keyfiyyət dəyişiklikləri ilə digər mərhələyə keçid alıb ki, bu da qarşıdakı illər üçün iqtisadi islahatların bütün komponentləri ilə məzmun baxımından fərqli xarakter almasına baza yaratmaqdadır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Mirkazım Kazımov respublikamızdakı ictimai-siyasi, iqtisadi, sosial islahatlar barədə geniş məlumat verib. Onun sözlərinə görə, 20 ilə yaxındır ki, müstəqillik həyatını yaşayan Azərbaycan bu gün uğurlu inkişafını davam etdirir. Ulu öndərimiz Heydər Əliyevin böyük səyləri və zəhməti hesabına ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıq son illər daha da möhkəmlənib. Böyük siyasi xadim Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət nəticəsində Azərbaycanda güclü sabitlik təmin olunub, genişmiqyaslı islahatlar həyata keçirilib, xalqımızın sosial yaşayış şəraiti yaxşılaşıb. Bu gün Azərbaycan dünyada inkişaf edən, öz sözünü deyən dövlətdir. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər respublikamızla sıx əməkdaşlıq edir, prinsipial məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyirlər. Hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməsi istiqamətində apardığı prinsipial, ardıcıl, qətiyyətli mövqe Azərbaycanın gücünü daha da artırır. Bu siyasət partiyaya, onun seçkilərə qatılan namizədlərinə xalqın inamı üçün dərin əsaslar yaradır.
M.Kazımov YAP-ın bu seçkilərə hansı iqtisadi-siyasi platforma ilə getdiyindən ətraflı danışaraq bildirib ki, “Yeni Azərbaycan Partiyası vəd vermir, YAP real iş görür. Bunu yüksək qiymətləndirən xalq həmişə YAP-a dəstək olub”. M.Kazımov partiyamızın namizədələrinin növbəti seçkilərdə də qələbə qazanacağına inandığını söyləyib.
Tədbirdə çıxış edən Uzuntəpə, Sabirabad və Əliqasımlı kəndlərinin seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini yekdilliklə dəstəkləyəcəklərini bildiriblər. Seçicilərdən Zaur Məmmədov, Şəhla Əmənova, Əliağa Ələkbərov, Şəfiqə Əsmətova, Dilavər Dilavərov, Şəfiqə Ələkbərova, Vaqif Bünyatov, Əlikram Süleymanov, Meyxanım Nuriyeva, Natiq Kazımov, Qəzənfər Mansurov, Şakir Ağayev, Gülşən Kazımova, İmran Ağayev və digərləri noyabrın 7-də YAP-ın ən layiqli namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

