Ukrayna müharibəsi şiddətlənəcək?
12.05.2022 [10:52]
Gerasimovla bağlı yayılan xəbər təsdiqini tapmır
SADİQ
Son günlər istər Rusiya, istərsə də Ukrayna mediasında müharibənin daha da şiddətlənəcəyi ilə bağlı informasiyalar dolaşmaqdadır. Bunu müharibə aparan ölkələrin hərbi ekspertləri də təsdiqləyir. Belə ki, ukraynalı hərbi ekspert Oleq Jdanov önümüzdəki günlərdə Rusiya ilə Ukrayna arasındakı müharibənin daha da kəskin hal ala biləcəyini deyib. O bildirib ki, prezident Putin Baş qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı əməliyyatların komandanlığından uzaqlaşdırıb: “İlkin ehtimallara görə, o, qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Rusiya çıxılmaz vəziyyətə düşüb, ehtiyat qüvvələr toplamaqda çətinlik çəkir”.
Onun sözlərinə görə, Rusiya Kramatorsk və Severodonetskin tutulacağı təqdirdə təzyiqləri artıra və Xarkov vilayətinin inzibati sərhədlərinə hücumu genişləndirə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Rusiya hələ fevral ayında hücuma başlayarkən qısa zaman kəsiyində istəyinə nail olacağını düşünürdü. Bunun üçün maksimum resurslar da prosesə cəlb olunmuşdu. Digər tərəfdən, rəsmi Kreml Ukraynaya hücumdan sonrakı mərhələni və riskləri də hesablamış kimi görünürdü: “Moskva anlayırdı ki, Ukraynaya həm hərbi, həm maddi kömək göstəriləcək. Bununla yanaşı, Rusiyaya qarşı iqtisadi sanksiyalar da proqnozlaşdırılırdı. Sadəcə olaraq, Rusiya ən minimum müddətdə öz istəyinə çataraq “qaliblər mühakimə olunmur” prinsipindən çıxış etməyə çalışırdı. Amma bu proqnozlar özünü doğrultmadı. Müharibənin ilk günlərində Rusiya ard-arda müəyyən qələbələr qazansa da, Ukrayna layiqli şəkildə müqavimət göstərdi. Beləliklə də, hərbi müdaxilə planı “ildırım sürəti” ilə işləmədi. Vaxt uzandıqca isə problemlərin yaşanması təbiidir. Artıq Rusiyanın qarşısında böyük problemlər mövcuddur. NATO-nun prosesdə bu və ya digər şəkildə iştirakı, iqtisadi gərginlik və bu kimi amillər rəsmi Moskvanı planlarına bir daha baxmağa məcbur etməkdədir”.
O ki qaldı Baş qərargah rəisi Gerasimovun prosesdən kənarlaşdırılması ilə bağlı xəbərə, R.Məmmədli bu informasiyanın rəsmi Moskva tərəfindən təsdiq edilmədiyini bildirib. Onun sözlərinə görə, bu, məqsədli şəkildə yayılan dezinformasiya da ola bilər. “Müharibənin tək döyüş meydanında aparılmadığı hər kəsə bəllidir. Təsəvvür edin ki, Rusiyanın hərbi elitasının ən mühüm simalarından biri ilə bağlı yayılan bu xəbər istər Rusiya cəmiyyətində, istərsə də silahlı qüvvələrdə necə şok effekti yarada bilər. Bu, Rusiyanın müharibədə monolit güc kimi iştirakını sual altına salır. Bir müddət əvvəl müdafiə naziri Şoyqunun da xəstəxanaya düşməsi ilə bağlı xəbərlər yayılmışdı və bu xəbər də öz təsdiqini tapmamışdı. Bu baxımdan, yayılan xəbər informasiya müharibəsinin elementi də ola bilər. İndiki mərhələdə istər müdafiə, istərsə də hücumla bağlı bütün planlar maksimum gizlin saxlanılır. Çünki texnologiya elə dərəcədə inkişaf edib ki, qarşı tərəfin bunu məyyənləşdirməsi üçün elə də böyük zamana ehtiyac qalmır. Hərbi əməliyyatların daha da şiddətlənməsi isə həqiqətən də gözləniləndir. Qarşıdan yay mövsümü gəlir, artıq hava şəraiti də imkan verəcək ki, hərbi əməliyyatlar daha da aktivləşsin. Həm də ABŞ-ın və müttəfiqlərinin Rusiyaya qarşı ittifaq qurması Kreml üçün mühüm siqnaldır. Zaman Rusiyanın əleyhinə işləyə bilər”, - deyə R.Məmmədli əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35

