BMT nüvə təhlükəsindən narahatdır
27.05.2022 [10:33]
Avropa uzunmüddətli münaqişəyə hazırdırmı?
Pərviz SADAYOĞLU
Rusiya ilə Ukrayna müharibəsinin ən qorxulu mövzularından sayılan “nüvə ritorikası” yenidən gündəmə qayıdır. Bir müddət öncə, Rusiya prezidenti V.Putinin ölkəsinin “nüvə dövləti” olmasını xatırlatması ilə başlanan bu qarşılıqlı söz savaşı ABŞ üçün gözlənilməz deyilmiş. Sanki bu təhdidi gözləyirmiş kimi ABŞ dövlət başçısı C.Bayden də rusiyalı həmkarına “buna hazırıq” cavabını səsləndirmişdi. Sonrakı mərhələdə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirmişdi ki, Ukraynada baş verənlərə görə nüvə müharibəsi təhlükəsini tamamilə istisna etmək olmaz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə cavabında qeyd etmişdi ki, nüvə müharibəsi təhlükəsi realdır və onun yolverilməzliyi Rusiyanın prinsipial mövqeyidir.
İndi isə bu təhlükəli mövzu BMT müstəvisində müzakirə obyektinə çevrilib. BMT Baş katibinin müavini Rameş Racasinqam bildirib ki, Ukraynada bir vaxtlar ağlasığmaz olan nüvə müharibəsi təhlükəsi yenidən mövcuddur. Racasinqam bir çox Ukrayna vətəndaşının qida, su və elektrik enerjisindən məhrum olduğuna da diqqət çəkib.
Bəzi siyasi mütəxəssislər Ukraynadakı müharibənin üçüncü, daha qızğın fazaya qədəm qoymaq ərəfəsində olduğunu bildirirlər ki, bu da sözügedən nüvə təhlükəsini yenidən aktuallaşdırır. Ukraynaya ayrılan 40 milyard dollarlıq yardım proseslərin daha da sürətlənməsinə yol aça bilər. Yəni, əlini və arsenalını gücləndirən rəsmi Kiyev müdafiəni hücum taktikası ilə əvəzləyər. Bu isə, özlüyündə hərbi əməliyyatların miqyasının və istiqamətinin nəzarətdən çıxmasına yol açacaq. Qarşılıq verəcək tərəfin isə hansı addımları atacağını proqnozlaşdırmaq mümkün deyil. BMT-nin nüvə narahatlığının da əsasında bu amil dayanır.
Bu arada isə, Ukrayna tərəfi bəzi narahatlıqlarını da dilə gətirib. Xarici KİV-lərin məlumatına görə, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Qərbdən Ukraynaya ərazilərin verilməsi ilə bağlı çağırışlar edilib. Avropada rusiyayönlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayırlar. Bu gün müəyyən siyasətçilər bizə yeni gündəm təklif edir: atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi. Qərbin nəzərində sözün əsl mənasında aşağıdakıları oxumaq olar: “Biz müharibədən əvvəlki köhnə həyat tərzini qaytarmaq istəyirik, hansısa güzəştlərlə razılaşın”, - deyə Podolyak əlavə edib. Onun sözlərinə görə, Ukrayna bu müzakirədə iştirak etməyəcək.
Göründüyü kimi, Ukrayna artıq Avropanın uzunmüddətli münaqişəyə davamsızlığını anlayır. Müəyyən təzyiqlər, hətta təhdidlər qarşılığında Avropa Rusiyaya qarşı mövqe tutsa da, müharibənin uzanması bütün sferalarda çöküşü başladıb. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropanı da iqtisadi böhrana salmaqdadır. Nəzərə alınmalıdır ki, Rusiya ilə Aİ arasında çox böyük ticarət əlaqələri mövcuddur. Rusiya xammalından məhrum olan Qərb özünü çətin bir duruma salıb. Hazırda alternativ neft və qaz mənbələri “araşdıran” Qərb ölkələri anlayırlar ki, müharibənin uzanacağı təqdirdə köhnə qitə ciddi təhdidlərlə üz-üzə qala bilər. Bu təhdidlər isə indiki halda aradan qaldırılacaq səviyyədə görünsə də, qarşıdakı perspektivdə mümkünsüz ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

