Dostluq, qardaşlıq və müttəfiqlik zirvəsi
14.06.2022 [10:03]
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verdi
Nurlan
Dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın iki ölkə tapmaq mümkün deyil. Münasibətlərimiz nümunəvi xarakter daşıyır, dostluğa, qardaşlığa əsaslanır. Eyni zamanda, müttəfiqlik münasibətlərinin inkişafı daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm addımlar atılır.
Ötən il - 2021-ci ilin iyun ayının 15-də Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev qeyd edib ki, “keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.
Azərbaycan ilə Türkiyə Şuşa Bəyannaməsi imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Qars müqaviləsindən yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır.
Şuşa Bəyannaməsi tərəflərin siyasi iradəsini əks etdirməklə yanaşı, regional təhlükəsizlik amili kimi də müstəsna əhəmiyyətə malikdir. Bəyannamədə Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ilə əlaqədar vacib məqamlar yer alıb. Xüsusilə də, sənəddə hərbi-siyasi təhlükəsizlik, suverenliyin və ərazi bütövlüyünün qorunması məsələlərinin əks olunması böyük önəm daşıyır. Bəyannamədə vurğulanıb ki, “tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”. Bu, olduqca vacib məqam və prinsipial məsələdir. Azərbaycan və Türkiyə arasında bu zamana qədər hərbi-texniki və strateji əməkdaşlıq əlaqələrinin inkişafı diqqət mərkəzində olub. Şuşa Bəyannaməsinin imzalanması isə artıq hərbi-siyasi təhlükəsizliyin təmin olunması və başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırır.
Təbii ki, postmüharibə dövründə imzalanmış Şuşa Bəyannaməsi yeni geostrateji reallıqları təsdiqləyən sənəddir. Bu, onu göstərir ki, Azərbaycan və Türkiyə yeni mərhələdə də birlikdə hərəkət edərək zəruri təşəbbüslər irəli sürəcək, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərini diqqətdə saxlayacaq. İnkaredilməz həqiqətdir ki, bu gün regionda yeni geosiyasi nizam məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapmaqdadır. Bakı ilə Ankaranın təşəbbüsləri bölgədə yeni geostrateji konfiqurasiyanın formalaşmasına zəmin yaradır. Tərəflərin ortaq siyasi iradəsi - birgə təşəbbüsləri əsasında yeni işbirliyi platformalarının formalaşdırılması da aktualdır. Prezident Rəcəb Tayyib Ərdoğan bu məqamlara toxunaraq “...Bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik” ,- deyə vurğulayıb. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Heç şübhəsiz, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda da Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı-faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bütövlükdə, qlobal əhəmiyyətli yeni regional düzənin formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir.
Heç şübhəsiz, həm Azərbaycanın, həm də Türkiyənin siyasi-diplomatik və iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün yeni strateji üstünlüklər yaradır. Bütövlükdə, Bəyannamədən irəli gələn strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə müstəsna töhfə verəcək.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

