3+3 əməkdaşlıq platforması yenidən gündəmdə...
29.06.2022 [09:49]
XİN rəhbərlərinin nəzərdə tutulan görüşü nə vəd edir?
Pərviz
Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısının keçiriləcəyi gözlənilir. Tədbir İranın paytaxtı Tehranda reallaşacaq. Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Lakin Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb.
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian isə bununla bağlı bildirib ki, Tehran-Bakı-Ankara görüşü gündəmimizdə olan ən vacib məsələlərdən biridir. Nazir qeyd edib ki, üçtərəfli əməkdaşlıq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə müzakirə mövzusu olub. Eyni zamanda Qafqazla bağlı vacib məsələyə toxunulub, 3+3 platformasından danışılıb, Tehran-Bakı-Ankara görüşündən bəhs edilib.
Qeyd olunmalıdır ki, bu görüş yeni dönəmdə regional əməkdaşlıq plaftormasının inkişafına mühüm töhfələr verə bilər. Belə ki, Türkiyə və İranla mühüm iqtisadi əlaqələrə malik Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqlar buna münbit zəmin formalaşdırıb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov deyib ki, Vətən müharibəsindən sonra regionda yeni geosiyasi və geostrateji imkanlar yaranıb. Bu imkanların əsas təşəbbüskarı isə Azərbaycan dövlətidir. Azərbaycan hər zaman regional inteqrasiyaya öz töhfəsini verməkdədir: “Ölkəmiz hər zaman əməkdaşlıq sisteminin yaradılmasında maraqlı olub. Vətən müharibəsindən sonra da 3+3 platforması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edir. Bu fikirlər Türkiyə tərəfindən də dəstəklənir və təqdir olunur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük bir coğrafiyada inteqrasiyanın təməlini qoyurlar. Bu iqtisadi kooperasiya isə xalqların rifahına xidmət etməklə yanaşı, həm də sülhə və təhlükəsizliyə böyük töhfələr verir. İran da regional əməkdaşlıq imkanlarından istifadə etməkdə maraqlı görünür. Qeyd edim ki, 3+3 platformasında bütün dövlətlərin maraqları nəzərə alınır. 3 Cənubi Qafqaz ölkəsi ilə yanaşı Tehran, Moskva və Ankara da burada öz potensiallarını genişləndirə, geostrateji imkanlarını artıra bilərlər. İran tərəfi də bu platformada yer almaq üçün mühüm təşəbbüslərlə çıxış edir”.
İ.Hüseynov vurğulayıb ki, İranın XİN rəhbəri Hüseyn Əmirabdullahianın Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı Çavuşoğlu və Prezident Əroğanla görüşləri də onu göstərir ki, İran Cənubi Qafqaz seqmentində daha geniş şəkildə əməkdaşlığa hazırdır. İranla yanaşı Rusiyanı da qeyd etmək olar. Yeri gəlmişkən, Rusiyanın XİN rəhbəri Sergey Lavrov da İranda və Azərbaycanda səfərdə olmuşdu. “Xəzər hövzəsində də mühüm əməkdaşlıq elementləri hiss olunur. Aşqabadda Xəzəryan? ölkələrin dövlət başçılarının görüşü keçiriləcək. Bir sözlə, regionda mühüm proseslər gedir və Azərbaycan da bu proseslərin həm iştirakçısı, həm də təşəbbüskarıdır. İran tərəfi də bu reallıqları qəbul edir. Azərbaycanın həm Türkiyə ilə ortaq ideya və fikirlər irəli sürməsi, həm də təhlükəsizlik arxitekturasının gücləndirilməsinə xidmət edəcək. Regional təhlükəsizlik nə qədər güclü olarsa, region da kənar təsirlərdən daha yaxşı qoruna bilər. Cənubi Qafqazın və bütövlükdə regionun möhkəm, dayanıqlı təhlükəsizliyi, ilk növbədə, bölgə xalqlarının inkişafına və tərəqqisinə xidmət edəcək. Təhlükəsizlik və sülhün möhkəmlənməsi isə beynəlxalq hüququn geniş arealda bərqərar olmasına xidmət edir. Bu mənada, münasibətlərin iqtisadi əsaslarla qurulması sonrakı mərhələdə geostrateji və geosiyasi məzmunun gücləndirilməsinə yönəlir. Bu reallıqları region dövlətləri də dərk edirlər. Bu gün beynəlxalq hüququn da böyük transformasiyaya ehtiyacı var. Bütün problemləri güc yolu ilə həll etmək mümkün deyil. Regional sülhün gücləndirilməsi təmaslar və danışıqlar vasitəsilə, uzaqgörən, praqmatik siyasətlə həll olunmalıdır” - deyə o, əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

