Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyanda yeni yaşayış massivi istifadəyə verilib
31.12.2010 [09:51]
Açılış mərasimində bildirilib ki, 8 hektar ərazidə salınmış yeni yaşayış massivinin tikintisinə bu ilin birinci yarısında başlanılıb. Ərazidə birmərtəbəli 167 ev inşa olunub ki, bunlardan 6-sı dördotaqlı, 29-u üçotaqlı, 131-i ikiotaqlı, biri isə birotaqlıdır. Səkkiz küçədən ibarət olan şəhərcikdə 5 kilometr uzunluğunda daxili yollar asfaltlanıb. Şəhərcik daxilində 3 min 755 metr qaz xətti və 2 min metr içməli su xətti çəkilib, 49 müasir işıqlandırma dirəyi quraşdırılıb. Qəsəbə tam şəkildə mavi yanacaq və elektrik enerjisi ilə təmin olunub, sayğaclaşdırma işləri başa çatdırılıb. ümumilikdə, 5 min 600 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, 12 min ağac və bəzək kolları əkilib.
Şəhərcikdə inşa olunan evlər əsasən Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı ailələr üçün nəzərdə tutulub.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni evlərin sahiblərini təbrik edib. O, Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Qeyd edilib ki, Azərbaycanda əhalinin sosial təminatının yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət həyata keçirilir. Bu siyasətin reallaşdırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu uşaq evlərinin, internat məktəblərin, səhiyyə, təhsil ocaqlarının bərpası və tikintisi, eləcə də əlil, aztəminatlı və yeni ailə qurmuş şəxslərin evlə təmin olunması baxımından Azərbaycanda mühüm sosialyönümlü tədbirlər həyata keçirir. Salyan şəhərindəki şəhərcik də Fondun növbəti sosialyönümlü layihələrindən biri çərçivəsində inşa edilib. Şəhərciyin məhz belə bir gündə sakinlərin istifadəsinə verilməsi Fondun onlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı hədiyyəsidir.
Bildirilib ki, Azərbaycandan kənarda 66 iri layihə həyata keçirən Heydər Əliyev Fondu artıq dünya QHT-ləri arasında ən nüfuzlu təşkilata çevrilib.
Sonra tədbir iştirakçıları evlərdə yaradılmış şəraitlə tanış olublar.
Şəhərciyin sakini, gənc ailənin üzvü Cavanşir Quliyev taxta lövhə üzərində nəqş etdiyi xatirə hədiyyəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya çatdırmaq üçün təqdim edib.
İcraçı direktor qəsəbə sakini, Qarabağ müharibəsi veteranının ailə üzvü Maya Gözəlovaya evin verilməsi haqqında Sərəncamı və mənzilin açarlarını təqdim edib.
Sakinlər onlar üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində hər biri 200 yerlik olan 5 xeyir-şər evi də inşa edilir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31

