Qarsdakı türk-erməni dostluğuna aid abidənin sökülməsi tam məntiqli hərəkət olacaq
12.01.2011 [09:48]
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Qarsda türk-erməni dostluğuna aid abidənin sökülməsi ilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın söylədiyi fikirlər təqdirəlayiqdir. Onun fikrincə, bu abidənin sökülməsi tam məntiqli hərəkət olacaq. M.Qurbanlı qeyd edib ki, cənab Ərdoğanın bu mövqeyi mövcud reallığı əks etdirir və tamamilə qanunauyğun haldır. Mübariz Qurbanlının sözlərinə görə, belə abidənin mövcudluğu ermənilərin işğalçı siyasətinə mənəvi bəraətdən başqa bir şey olmazdı. Ona görə də, işğalçılara qarşı münasibət bildirilməlidir və onlara hər hansı güzəştə gedilməməlidir.
“Qarsda bəzi dairələr Ermənistanla sərhədlərin açılmasının iqtisadi cəhətdən Türkiyəyə, həmin bölgəyə divident gətirəcəyini düşünürlər. Amma bu gülünc fikirlərdir. çünki Ermənistan iqtisadiyyatı o qədər geridədir ki, Türkiyənin sərhədyanı bölgələri Ermənistanla ticarət əlaqələri aparmaqla cüzi gəlir əldə edə bilər. Xəzinəsi boş, əhalisi yoxsul olan Ermənistanla ticarətin əhəmiyyəti yoxdur. Türkiyənin aparıcı dairələri bu reallığı gözəl anlayırlar” - deyə, YAP İcra katibinin müavini vurğulayıb. M.Qurbanlı bildirib ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları sürür, uydurma “erməni soyqırımı”nın təbliğatını aparmaqla Türkiyənin beynəlxalq aləmdə imicinə zərbə vurmağa çalışır. Belə olan halda ermənilərin mövcud olmayan dostluğuna abidə ucaltmaq lazım deyil.
Millət vəkili qeyd edib ki, eyni zamanda, Türkiyədə bəzi dairələr Ermənistanla sərhədlərin açılmasına, münasibətlərin qurulmasına tərəfdardır: “Bu cür dairələr belə fikirləşir ki, münasibətlər yaxşılaşarsa bütövlükdə bölgədə sülh və əmin-amanlıq üçün şərait yaranar. Lakin həyat göstərdi ki, Türkiyədə bu cür düşünən siyasətçilər yanlış yoldadırlar. çünki Ermənistan rəhbərliyi, erməni lobbisi, ermənilərin arxasında dayanan qüvvələr Türkiyəyə daim zərbə vurmağa çalışırlar. Tarixən beynəlxalq güclər tərəfindən ermənilər bir alət kimi istifadə olunub. Dəfələrlə ermənilər hələ Osmanlı dövründə türklər əleyhinə istifadə edilib, eləcə də, sovet dövründə Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib. Ermənistanla Türkiyə arasındakı münasibətlərin kökündə qədimə gedən hadisələr dayanmaqdadır. Ermənilər türk xalqı əleyhinə daim cinayətlər törədiblər. Ona görə də, Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidənin ucaldılmasının özü səhv addım idi”.
Həmin “dostluğa” həsr olunan bu heykəlin “İnsanlıq abidəsi” adlandığını xatırladan millət vəkili hesab edir ki, əslində, bu, Qarsda olan tarixi abidələr fonunda çox primitiv abidə idi. Ona görə də, Türkiyədə belə bir abidənin əleyhinə olanlar onun sökülməsini tələb edirdilər.
M.Qurbanlının fikrincə, belə bir abidənin olması həm tarixi-mədəni abidələr baxımından, həm də siyasi baxımdan doğru deyil: “Türk-erməni dostluğu adı altında abidə ucaltmaq nə dərəcədə məntiqli olur ki, Ermənistan Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış edir, uydurma “erməni soyqırımı” adı altında Türkiyənin beynəlxalq aləmdə imicinə xələl gətirən qərəzli siyasətini bir an dayandırmır? Belə abidə o vaxt ucaldılar ki, o xalqlar sülhə, əməkdaşlığa nail olublar. Ermənilər tamamilə anti-türk təbliğatı aparırlar. Belə olan halda Türkiyə tərəfindən erməni dostluğuna aid abidənin ucaldılması yolverilməzdir”.
Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov isə bildirib ki, Qarsda türk-erməni dostluğuna aid abidənin sökülməsi Türkiyənin daxili məsələsidir. Onun fikrincə, Türkiyənin baş nazirinin belə bir bəyanat verməsi yəqin ki, müəyyən arqumentlərə əsaslanır. N.Cəfərov deyib ki, ermənilər tarix boyu türklərə qarşı məkrli olublar. Onun sözlərinə görə, son illər Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etmək üçün etdiyi cəhdlər də səmimi deyil. “Ermənilərin məqsədi Türkiyənin beynəlxalq nüfuzuna təsir etməkdir. Amma bu cəhdlər alınmayacaq. Hamı Ermənistanın işğalçı dövlət olduğunu bilir. Bu dövlət Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaq istəyirsə, işğalçılıqdan əl çəkməlidir” - deyə, N.Cəfərov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

