Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni soyqırımına məruz qalmış azərbaycanlıları anma günü elan edib

ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni soyqırımına məruz qalmış azərbaycanlıları anma günü elan edib

06.01.2011 [12:26]

AzərTAc xəbər verir ki, ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni soyqırımına məruz qalmış azərbaycanlıları anma günü elan edib. Artıq ikinci dəfədir ki, Nevada ştatının qubernatoru martın 31-ni 1918-ci ildə kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıları anma günü kimi tanıyır. İlk dəfə 2009-cu ildə Nevada qubernatorunun verdiyi sərəncama əsasən 31 Mart-soyqırımının qurbanı olan azərbaycanlıları rəsmi anma günü elan edilib.
Bu sərəncam martın 31-ni azərbaycanlıların milli faciəsi kimi Azərbaycanın hüdudlarından kənarda tanıyan ilk rəsmi sənədlərdən biridir. Sənəddə Bakı və digər şəhərlərdə on minlərlə dinc azərbaycanlının qətlə yetirildiyi qeyd edilir. Qubernatorun sərəncamında Birləşmiş Ştatlar vətəndaşlarının Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədikləri də vurğulanır.

Paylaş:
Baxılıb: 998 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30