Araikin “2 sentyabr arzusu”...
31.08.2022 [10:17]
Daxili auditoriyanı aldatmağa hesablanıb
Onların bir “qurum” kimi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında hansısa mitinqi, yürüşü keçirmələrinə ixtiyarları yoxdur. Bu, təxribat, eyni zamanda böyük problemlərin yaranması deməkdir
Seperatçılar sentyabrın 2-də ənənəvi olaraq təxribat törətmək niyyətindədirlər. Bundan öncə Ermənistan parlamentinin nümayəndələri qondarma rejimin tələbi ilə bura dəvət olunsalar da, hakim partiyanın nümayəndələri bu çağırışa müsbət yanaşmadılar.
Pərviz SADAYOĞLU
Erməni separatçılarının sentyabrın 2-də “artsaxın müstəqillik gününü” qeyd etmək barədə qərarı onların təxribatçı cəhdlərdən əl çəkmədiyini göstərir. Erməni mediasının məlumatına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyası sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan ediblər. Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. Yürüşdən sonra mitinq keçiriləcək. Ötən il də belə bir cəhd edilsə də, bütün hazırlıqlar fiaskoya uğramışdı. Ermənistanın baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, “müstəqillik tədbirlərində” iştirak etmək üçün Xankəndinə getməmişdi.
Bu “tarixin qeyd edilməsi” onların hələ də reallığı tam dərk etmədiyini göstərir. Hələ də öz xəyalları ilə yaşayan ermənilər anlamırlar ki, artıq separatizm dövrü bitib. 44 günlük Vətən müharibəsi bütün geosiyasi reallıqları dəyişib. İndiki halda söhbət Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarından gedir. Yeri gəlmişkən, avqustun 31-də keçiriləcək görüşöncəsi belə bir təxribata əl atılması da təsadüfi deyil.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, sentyabrın 2-nə separatçı qurumun təşkil etməyə çalışdığı təxrtibatın məqsədi iki istiqamətlidir. Birincisi, yerdə qalan tör-töküntülərə “biz hələ də müstəqillik arzusu ilə yaşayırıq” kimi bir mövqe göstərmək istəyirlər: “Araik Arutyunyan və onun quldur dəstəsi yerli camaatı bu yolla sakitləşdirməyə çalışır. Onların başqa bir yolu da qalmayıb. Eyni zamanda, onların bir “qurum” kimi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında hansısa mitinqi, yürüşü keçirmələrinə ixtiyarları yoxdur. Bu, təxribat, eyni zamanda böyük problemlərin yaranması deməkdir. Düşünürəm ki, sülhməramlı kontingent də buna diqqət yetirməlidir. Bu, həm də Paşinyanın qərarlarına zidd hərəkətlər deməkdir. Qarabağ klanı - sarkisyanlar, arutyunyanlar, ohanyanlar və digərləri çalışırlar Ermənistanda göstərsinlər ki, biz öz dediyimiz qondarma “müstəqillikdən” əl çəkən deyilik. Bu, məhz Ermənistanda auditoriyanı sakitləşdirmək və Paşinyan hökumətinin əleyhinə addımlarla bağlıdır”.
Millət vəkili bildirib ki, avqustun 31-də Brüsseldə baş tutacaq Azərbaycan - Ermənistan danışıqlarında əsas mövzunun sülh müqaviləsinin hazırlanması ilə bağlı komissiyaların yaranması olacağı gözlənilir. Ermənistanda isə hər zaman müşahidə olunan bir “dəst-xətt” mövcuddur. “Bu kimi ciddi mövzular müzakirə olunan, ciddi addımlar atılan zaman hansısa bir təxribat törətməyə öyrəncəlidirlər. Bunlar artıq silahla və silahlı qüvvələri ilə hansısa təxribatı törətməkdən çəkinirlər. Son “Qisas” əməliyyatından sonra bir daha gördülər ki, bütün təxribatlarının cavabını daha kəskin şəkildə alırlar. Bu səbəbdən də başqa yollara əl atırlar. Belə təxribatlarla isə, sadəcə, öz siyasi ambisiyalarını ortaya qoymaq istəyirlər. Bunun başqa adı yoxdur. Amma hansı yola əl atsalar da bizim hədəfimiz məlumdur. Hədəfimiz sülh sazişi, ərazi bütövlüyünün tanınması, infrastrukturların bərpası, sərhədlərin delimitasiya və demarkasiyasıdır. Biz bu addımları atırıq. Tam sülhə nail olana qədər də bu addımları atacağıq”, -deyə A.Nağıyev əlavə edib.
Politoloq İlyas Hüseynov da bildirib ki, hazırda Ermənistanla Azərbaycan arasında müxtəlif məsələləri əhatə edən danışıqlar həyata keçirilir. Bu danışıqlar həm sərhədlərin delimitasiyası, həm iqtisadi əlaqələrin bərpa olunması, eləcə də sülh müqaviləsinin imzalanması ilə bağlı prosesi əhatə edir. Eyni zamanda, dünən Ermənistan ilə Azərbaycanın baş nazirlərinin müavini Migel Qriqoryan və Şahin Mustafayev arasında görüş keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib. Bu gün isə Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında Aİ İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş planlaşdırılır. Hazırki görüşdə daha çox sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı komissiyanın yaradılacağı güman edilir. Artıq iki ölkə arasında üç komissiya fəaliyyət göstərəcək”.
Onun sözlərinə görə, təhlükəsizlik, sülh, sabitlik, birgəyaşayış istiqamətində konsepsiyanın formalaşdığı bir dönəmdə Ermənistanda olan revanşistlər və təhdid yaratmağa çalışan qüvvələr fəallaşmağa cəhd göstərirlər. Müqavimət hərəkatı adı altında silsilə mitinqlərin və etiraz aksiyalarının təşkil olunması ilə bağlı da bir sıra ehtimallar var. “Eyni zamanda separatçılar sentyabrın 2-də ənənəvi olaraq təxribat törətmək niyyətindədirlər. Bundan öncə Ermənistan parlamentinin nümayəndələri qondarma rejimin tələbi ilə bura dəvət olunsalar da, hakim partiyanın nümayəndələri bu çağırışa müsbət yanaşmadılar. İstənilən halda sentyabrın 2-i ilə bağlı hər hansı bir təxribatın olacağını güman etmək mümkündür. Lakin Ermənistanın siyasi iqtidarı məsələləri nəzarətdə saxlayırsa, siyasi iradə və qətiyyət nümayiş etdirirsə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması və tənzimlənməsi istiqamətində prinsipiallığı varsa, sentyabrın 2-də nəzərdə tutulan təxribatın qarşısını birdəfəlik almalıdır və yekun mövqeyini nümayiş etdirməlidir. Əgər iki stulda oturacaqsa, müxtəlif güc mərkəzlərinə “hə” deyəcəksə, onların təlimatlarını və tövsiyələrini yerinə yetirmək istiqamətində fəaliyyət göstərəcəksə, bu, regional sülhü təhdid edəcək. Bu addım danışıqların hüquqi çəkisini də aşağı salacaq, Ermənistanın riyakar və məkrli niyyətini biruzə verəcək. Buna görə də, danışıqlar əsnasında bütün siyasi təxribatların qarşısının alınması şərt kimi qoyulmalıdır. Çünki rəsmi İrəvan dəfələrlə daxili ictimai-siyasi vəziyyətin çətinliyi, siyasi böhranın və kollapsın olduğunu bəhanə edərək danışıqlardan boyun qaçırıb. Bir daha belə halların baş verməməsi üçün siyasi danışıqların da tərkibinə daxili ictimai-siyasi vəziyyətlə bağlı yekun mövqenin ortaya qoyulması tələb kimi irəli sürülməlidir”, -deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxMEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40

