Erməni müxalifətinin QARA GÜNləri başlayır
29.09.2022 [10:35]
Revanşistlər kilsənin himayəsinə sığınır
Ermənistanın revanşist müxalifəti indi də erməni kilsəsinin “çardağına sığınmaq” qərarı verib. Bunu, onların atdıqları addımlar da təsdiqləyir. Belə ki, bütün ermənilərin katalikosu II Qareginin təşəbbüsü ilə Ermənistanın keçmiş prezidentləri və Qarabağdakı qondarma qurumun eks-rəhbərlərinin iştirakı ilə ötən həftəsonu görüş keçirilib.
Bildirilir ki, görüş Eçmiədzin kilsəsində baş tutub. Görüşlə bağlı yayılan məlumatlarda qeyd olunur ki, toplantıda Ermənistanın hazırkı çətin durumu, bu vəziyyətdən çıxış yolları müzakirə olunub. Özünü “müxalifət” adlandıran revanşistlərin erməni kilsəsinin “himayəsinə” üz tutması isə onların hansı acınacaqlı durumda olduğunu göstərir.
Eyni zamanda, erməni kilsəsinin Azərbaycana münasibəti də bəllidir. Nəzərə alınmalıdır ki, hələ birinci Qarabağ müharibəsi dövründə ermənilərin əsas ideoloji xəttini məhz kilsə müəyyənləşdirirdi. Bunu həmin dövrdə Ermənistanın siyasi rəhbərliyində təmsil olunan şəxslər də dəfələrlə təsdiqləyib. İndiki halda isə revanşist qüvvələrin kilsənin ətrafında “birləşməsi” regionda sülhə yeni bir təhdid yaradır. Çünki Ermənistanda sülhə qarşı olan ciddi müqavimətin əsas aparıcı fiqurları da elə kilsə mənsublarıdır. Belə olan halda, Ermənistandakı siyasi müxalifət dini təmayüllə əvəz olunsa, bu hansı nəticələrə yol aça bilər?
Digər tərəfdən, nəzərə alınmalıdır ki, Paşinyan hökuməti ilə kilsə arasındakı münasibətlər də isti sayıla bilməz. Paşinyan hələ hakimiyyətə gəldiyi ilk günlərdən II Qareginin kilsəyə rəhbərlik etməsinə qarşı olub. Buna səbəb isə kilsənin həddən artıq siyasiləşməsi, o cümlədən dinin dövlətdən ayrılmasına aid konstitusiya qanununu əsas gətirməsi idi. Hətta Paşinyan iqtidarının ilk dönəmlərində onun kadrları dəfələrlə mitinq keçirərək II Qaregini istefaya səsləmişdilər. 44 günlük müharibə zamanı və postmüharibə dövründə isə II Qareginin mövqeyi Paşinyana qarşı daha da gücləndi. Bunun nəticəsidir ki, hazırki vəziyyətdə II Qaregin artıq “pərdə arxasından” siyasi arenaya atılmaq niyyətinə düşüb. Paşinyan isə II Qareginin yaşlı və xəstə olmasını, eyni zamanda kilsənin siyasətə yersiz müdaxilələrini əsas gətirərək onu vəzifəsindən uzaqlaşdırmaq üçün fürsət qazanıb. Yəni, artıq Ermənistanda siyasi hakimiyyətlə kilsə açıq şəkildə qarşı-qarşıyadır. Belə bir vəziyyətdə erməni xalqının kimin yanında yer alacağı ən mühüm suallardandır.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi və bundan sonrakı davranışları radikal revanşist siyasi qüvvələrlə yanaşı, digər müxtəlif qruplar tərəfindən də neqativ qarşılanıb. Bu xüsusda Ermənistan kilsəsi də xüsusi fəallığı ilə seçildi. Belə ki, kilsə həmin dövrdə Paşinyana qarşı ciddi fəaliyyət həyata keçirdi. Bu mənada, erməni kilsəsinin “dövlət içində dövlət” adlandırılması da təsadüfi deyil: “Erməni katalikosu nəinki Ermənistanın daxilindəki bütün kilsələri və ona aid olan torpaqları öz əlində cəmləşdirib, eyni zamanda xaricdəki erməni kilsələri də onun əmrlərini icra edir. Bu kilsələr isə erməni lobbisinə və Ermənistanın daxili ictimai-siyasi vəziyyətinə ciddi şəkildə təsir etmək imkanındadır. Bu baxımdan Paşinyan hələ Vətən müharibəsindən öncə də kilsə ilə münasibətlərində dərin böhran yaşayırdı. Ermənistanın siyasi iqtidarı ilə kilsə rəhbərliyi arasında fikir ayrı-seçkiliyi mövcud idi. Bununla belə, müharibə dövründə müxtəlif din adamları erməni əsgərlərinin Azərbaycana qarşı döyüşməsi, onların səfərbər olması prosesində də yaxından iştirak edirdilər. Fikrimcə, Ermənistanda din güclü bir faktor kimi nəzərə alınmalıdır. Bu faktor həm də Ermənistanın siyasəti, gələcəyi ilə bağlı proqnozlarda başlıca təhlili element kimi diqqət mərkəzində saxlanılmalıdır”.
İ.Hüseynovun fikrincə, hazırki dövrdə din adamlarının Ermənistanda hakimiyyət çevrilişi niyyəti, hətta yeni siyasi konfiqurasiyada yer almaqla bağlı fikirləri bir sıra məqamlardan xəbər verir. Belə ki, bu, onların regionda inkişaf edən proseslərə müdaxilə etmək istəyini ortaya qoyur. Beləliklə də, Ermənistanda hakimiyyətə gəlməyə can atan yeni bir qrup meydana çıxır. “Əgər Qarabağ klanı və ya revanşistlər hansısa mərkəzdən idarə olunurdusa və təlimatlar alırdılarsa, kilsə özü hakimiyyətə can atır. Müxtəlif dövlətlərdə ordunun siyasi hakimiyyət üzərində mütləq hökmranlığı olur və bu normal başa düşülür. Amma Ermənistanda din adamlarının siyasi hakimiyyət uğrunda mübarizəyə qatılması tamamilə yeni bir mənzərə formalaşdırır. Bununla belə, onların hər hansı bir uğur qazanma imkanları yüksək dəyərləndirilə bilməz. Düşünürəm ki, Paşinyanın tərəfdarları, elektoral bazası geniş şəbəkələri təmsil edir. Bu mənada, din adamlarının da bu prosesdə iştirakı və özünə tərəfdar toplaması mümkünsüz görünür. Bununla belə, istənilən halda Ermənistanda din amili çox böyük təsirə malikdir və mütləq şəkildə nəzərə alınmalıdır”, - deyə İ.Hüseynov əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

