Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb YENİLƏNİB

Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb YENİLƏNİB

01.10.2022 [11:16]

Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. 

AZƏRTAC xəbər verir ki, görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31