UNESCO işğaldan azad edilmiş regionlara missiya göndərmir
04.10.2022 [10:38]
Təşkilat hansı maraqdan özünün prinsiplərinə qarşı mövqe tutur?
P.İSMAYILOV
30 ilə yaxın davam etmiş işğal faktı sadəcə olaraq Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi ilə məhdudlaşmayıb. Bu dövr ərzində, ermənilər Azərbaycanın milli mədəni, dini - tarixi dəyərlərinə, irsinə qarşı da təcavüzkar siyasət həyata keçirib, vandalizm nümayiş etdirib. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş regionlarımızda yerləşən abidələrimiz, milli dəyərlərimiz dağıdılmış vəziyyətdədir. Onlar ötən 30 ildə bu milli abidələrdən Azərbaycan izlərini silməyə çalışsalar da, buna nail olmayıblar.
Vətən müharibəsi isə bütün bu haqsızlıqlara və ədalətsizliklərə son qoydu. Artıq iki ilə yaxındır ki, torpaqlarımız kimi milli dəyərlərimiz - abidələrimiz, məscidlərimiz, meşələrimiz, kəndlərimiz və şəhərlərimiz, bir sözlə, həmin ərazidəki tariximiz öz azadlığına qovuşub. Həmin yerləri ziyarət edən beynəlxalq aləm, xarici ölkələrin və təşkilatların yerli nümayəndələri, səfirlər, konsullar və digər şəxslər baş verənləri öz gözləri ilə görürlər, dəyərləndirirlər. Baş verənlər isə sanki bir soyqırımıdır.
Təəssüfləndirici haldır ki, tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO ötən 2 il ərzində bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərməyib. Halbuki, baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO-nun üzərinə götürdüyü missiya və vəzifədir.
Əsas vəzifə - tarixi mədəniyyət abidələrinin mühafizə edilməsi
Xatırladaq ki, UNESCO Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib, 4 noyabr 1946-cı ildə qüvvəyə minib. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.
UNESCO-nun əsas məqsədi - irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. UNESCO məqsədini proqramının birinci maddəsində belə açıqlayır: “UNESCO, beynəlxalq əməkdaşlığına söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədi ilə qurulmuşdur”.
UNESCO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir.
UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizə edilməsidir. Amma Azərbaycana münasibətdə fərqli standartların şahidi oluruq. Bunun səbəbi nədir?
“ UNESCO hər hansı ölkənin filialı deyil”
Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən il yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdi ki, getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə: “Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı, biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq”.
Dövlət başçısı bildirmişdi ki, biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq: “Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”.
Göründüyü kimi, UNESCO-nun Azərbaycanla bağlı davranışları, fikirləri ikili standarta söykənir. Bu mənada, düşünmək olar ki, bu qurum fərqli güclərin, dairələrin maraqlarına xidmət edərək əsl həqiqətlərin üzə çıxmasında, erməni vandalizminin dünyaya tanıdılmasında maraqlı deyillər. Əks halda, işğal faktının aradan qaldırılmasından ötən iki ildə erməni təcavüzünə məruz qalmış tarixi abidələr onların marağını və diqqətini “cəlb edərdi”.
“UNESCO bu məsələdə şübhəli şəkildə vandalların müdafiəsindədir”
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, Azərbaycan hər zaman UNESCO-ya ciddi töhfələr vermiş ölkələrdəndir. Dünyanın bir çox yerində bəşəri mədəniyyətin bir parçası adlanan nümunələrin qorunmasında Azərbaycan həm təşəbbüskar, həm də maliyyəçi qismində iştirak edib: “Hətta deyərdim ki, UNESCO-nun ən yeni tarixində, fəaliyyətində, nüfuzunun artırılmasında mənəvi mənada borcu olduğu ölkələrdən biri məhz Azərbaycandır. Mənəvi şəkildə borclu olduğu ölkəyə qarşı belə yanaşma isə adekvat sayıla bilməz. Bu yanaşma, həm də UNESCO-nun daxilində, strukturlarında kök atmış erməni şəbəkəsinin və onları himayə edən böyük güclərin diktəsi ilə həyata keçir. Reallıq ondan ibarətdir ki, UNESCO-nun bu addımı elan etdiyi, üzərinə götürdüyü vəzifə və öhdəlikləri lazımi şəkildə həyata keçirə bilmədiyini deməyə əsas verir. Bu təşkilat dəyərlərin qorunmasında güvənli bir tərəfdaş olmadığını da ortaya qoyur”.
Politoloqun sözlərinə görə, 2019-cu ilin sentyabr ayında Ermənistanın rəsmi dövlət qurumu nümayəndələrinin iştirakı ilə Vedi rayonu Xosrov tarixi qoruğunda müsəlman və kürd qəbiristanlığı dağıdıldı. Bu və bu kimi digər vandalizm aktları isə ermənilərin guya Naxçıvanda, Culfada xaçkarlarının dağıdılması məsələsini UNESCO-da qaldırdığı günlərdə baş verirdi. “Həmin vaxt Azərbaycan XİN bəyanat verdi və diplomatik missiyamız UNESCO-da erməni “teatrını” alt-üst etdi. Ermənilərin işğal etdikləri ərazilərdə, o cümlədən Ermənistanda müsəlman qəbiristanlıqlarına, tarixi abidələrə, məscidlərə qarşı vandallıqlar törətməsi faktlarla, foto-videolarla sübuta yetirilib. Öz ərazisində etnik təmizləmə aparan və 250 mindən artıq azərbaycanlını Ermənistandan çıxaran, onlardan bəzilərini qətlə yetirən Ermənistan rəhbərliyi azərbaycanlıların tərk etdiyi dədə-baba yurdlarında bütün tarixi izləri silmək üçün qəbirləri də dağıdıb, məhv etmək siyasətini yürüdür. Eyni zamanda, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında da analoji vandalizm həyata keçirilib - məscidlər dağıdılıb və yaxud müsəlmanların heysiyyatına toxunmaq üçün oradan donuz tövləsi kimi istifadə ediblər. Azərbaycan həmişə UNESCO ilə əməkdaşlıqda ciddi töhfələr vermiş ölkə kimi münaqişədən sonrakı dövrdə də reabilitasiya prosesində UNESCO ilə əməkdaşlıq etmək istəyində olub. UNESCO ilə missiyanın səmərəliliyini və müstəqilliyini təmin edəcək bir sıra mürəkkəb texniki, hüquqi və siyasi məsələlərdə razılığa gəlinsə də, qurum dağıntıları gözlə görmək, faktları sənədləşdirmək və s. kimi addımların sonrakı təsirlərini bloklamaq üçün vaxt uzadır. Təbii ki, işğal dövründə Azərbaycanın mədəni irsinin dağıdılması faktı erməni vandalizmin sübutu olacaq. UNESCO bu məsələdə iştiraksızlığı ilə şübhəli şəkildə vandalların müdafiəsindədir kimi görüntü verir. Bu qurum dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq səlahiyyətlərini bəzi kənar qüvvələrin sifarişi əsasında sellektiv şəkildə həyata keçirir”, - deyə Y.Bayramova əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23

