Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşüb

05.03.2011 [21:48]

Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşüb. Əvvəlcə xatirə şəkli çəkdirilib.
Mehriban xanım Əliyeva ABŞ səfirini Fondda görməkdən şad olduğunu bildirib. Azərbaycanın birinci xanımı Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu deyib, səfirə ölkələrimizin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində uğurlar diləyib.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonağa məlumat verən Mehriban xanım Əliyeva Fondun müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək etdiyini diqqətə çatdırıb.
Mətyu Brayzə Fondun fəaliyyətini yüksək qiymətləndirdiyini, onun xətti ilə həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Paylaş:
Baxılıb: 1120 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30