Milli Məclisdə bir sıra qanunlara əlavə və dəyişikliklər olunub
19.03.2011 [11:59]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda öncə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məsələ haqqında ətraflı məlumat verib.
Komitə sədrinin sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şurası üzvünün səlahiyyət müddəti 6 ildir. O deyib ki, İctimai Televiziya Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır və təqdim olunan namizədlər televiziya sahəsində təcrübəli şəxslərdir, onların seçilməsi İTV-nin inkişafını sürətləndirəcək. Səsvermə nəticəsində Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Muxtar İmanov, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli İctimai Televiziya və Radio Yayımları Şurasına üzv seçiliblər.
Millət vəkili Fazil Mustafa İTV-nin fəaliyyətini müsbət qiymətləndirib. Onun fikrincə, bu televiziya aktual mövzuları gündəmdə saxlayır.
Millət vəkili Qənirə Paşayeva isə söyləyib ki, İTV-nin parlamentdə qəbul olunan qanunların cəmiyyətə düzgün çatdırılmasında böyük rolu var: “İctimai Televiziya qısa müddətdə böyük uğur qazanıb. Fəaliyyəti müddətində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. Maarifləndirmə, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi, vətənpərvərlik ruhunun artırılması istiqamətində böyük işlər görür. Parlamentdə qəbul olunan qanunların cəmiyyətə düzgün çatdırılmasında İTV-nin böyük rolu var. Bu baxımdan İTV-nin fəaliyyəti yüksək qiymətləndirilməlidir”.
Daha sonra millət vəkilləri bir sıra qanunlara dəyişikliklər məsələsini müzakirə ediblər. Belə ki, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara dəyişikliklər barədə layihə ilk olaraq müzakirəyə çıxarılıb. Milli Məclisin sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, hər üç qanuna istehlakçının bu şəbəkələrə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi barədə müddəaların əlavə olunması təklif edilir. Bundan başqa, “Su təchizatı və tullantı suları haqqında” Qanuna sistemə qoşulmanın fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılması, həmçinin, fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsinin, quraşdırılmasının və dəyişdirilməsinin su təchizatı müəssisəsinin hesabına həyata keçirilməsi barədə əlavələr edilməsi təklif olunur. Millət vəkilləri sənədi qəbul ediblər.
Daha sonra, “Dövlət rüsumu haqqında” Qanunda da müvafiq dəyişiklik olunması haqqında qərar qəbul olunub.
İclasda həmçinin, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara əlavə və dəyişikliklər edilib. Bu məsələ barəsində məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əlavə və dəyişikliklərə əsasən, vəfat etmiş sabiq məhkəmə hakimlərinin pensiyalarına əlavələri almaq hüququ onun ailə üzvlərinə veriləcək.
Müzakirələrdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkilli Siyavuş Novruzov bu dəyişiklikləri təqdir edib. Bununla belə o təklif edib ki, bu cür hüquqlar millət vəkilləri üçün də nəzərdə tutulsun. O sabiq deputatlara işlə təmin olunan müddətədək ən azı 2 il maaşlarının verilməsi təklifi ilə çıxış edib. Millət vəkili bu məqsədlə “Deputat statusu haqqında” Qanuna dəyişikliklərin edilməsini zəruri sayıb.
Deputat Azay Quliyev və Qənirə Paşayeva isə vaxtı ilə Rusiyada çalışan azərbaycanlıların pensiyalarının düzgün hesablanmadığını diqqətə çatdırıblar. Q. Paşayeva Azərbaycan parlamentinin bununla bağlı sənədi ratifikasiya etdiyini, lakin Rusiya tərəfindən hələ addımın atılmadığını söyləyib, bununla bağlı Rusiya parlamentinə müraciət ünvanlanmasını vacib sayıb.
İclasda, eyni zamanda, “Prokurorluq haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişikliklər edilib. Bu sənədlər haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ətraflı məlumat verib. O bildirib ki, “Prokurorluq haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliyə görə isə korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirə bilər.
Məsələ ilə bağlı çıxış edən millət vəkili Siyavuş Novruzov hüquq-mühafizə orqanlarında müəyyən islahatların aparılmasına ehtiyac olduğunu bildirib: “Bu gün Azərbaycanda istintaq orqanları həddindən artıq çoxdur. Təbii ki, bunun yaxşı və pis cəhəti də var. İstintaq sistemi ondan ibarətdir ki, burada mütəxəssis olmalıdır. İstintaqın əsasını ibtidai istintaq təşkil edir. Hesab edirəm ki, hansı strukturun tərkibində də olsa vahid istintaq orqanı yaradılmalıdır. Hazırki məsələ pilot layihə kimi qəbul edilə bilər. Əgər bu, özünü doğrultsa, onu digər sahələrdə də tətbiq etmək lazımdır”.
Millət vəkili qeyd edib ki, hazırda korrupsiyaya qarşı mübarizə xeyli aktuallaşıb. Onun fikrincə, hazırda bəzi dairələr, mətbuat orqanları bununla bağlı qeyri-obyektiv fikirlər səsləndirirlər. “Azərbaycanda korrupsiyaya qarşı mübarizə həmişə olub. Bu mübarizənin təməli hələ Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə qoyulub. O zaman bəzi sovet respublikaları bu prosesə etirazlar ediblər. Lakin Heydər Əliyev bütün bunlara baxmayaraq həmişə mübarizə aparıb. Bugünkü mübarizə də həmin prosesin davamıdır. Yəni, rüşvət və korrupsiyaya qarşı mübarizə bu gün başlamayıb. Prezident İlham Əliyev bu barədə göstərişlər verib, eləcə də, imzalanmış Fərman və Sərəncamlar bu məqsədə xidmət edir. Hesab edirəm ki, bu prosesə cəmiyyətin də cəlb olunması lazımdır. Bütövlükdə bu proses getməlidir, hər kəs öz sahəsində mübarizə aparmalıdır. Problemi hansısa strukturların üstünə atmaq, KİV-də yalandan kiməsə korrupsioner damğası vurmaq lazım deyil”, - deyə S.Novruzov vurğulayıb.
Onun fikrincə, hansısa strukturda kimsə bu məsələyə görə işdən azad olunursa, bu ictimaiyyətə açıqlanmalıdır. “ümumi şəkildə danışmaq lazım deyil. Mən bunun tamamilə əleyhinəyəm. Əgər kimdə cəsarət varsa konkret adını desin ki, filankəs korrupsionerdir və filan korrupsiya ilə məşğul olur. Əgər bu cəsarət yoxdursa, deyə bilmirsə, ümumi şəkildə ictimaiyyətdə ajiotaj yaratmağın heç bir əsası yoxdur. Hər bir kəs korrupsioner tanıyırsa, onun adını-soyadını dərc eləsin, çıxış edib desin ki, filankəs korrupsionerdir. O cümlədən, deputatın səlahiyyəti var ki, müvafiq orqanlara yazılı şəkildə müraciət etsin. Hesab edirəm ki, düzgün mövqe, əsil vətəndaş mövqeyi bundan ibarət olmalıdır” - deyə, millət vəkili qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də müzakirəyə çıxarılan məsələni dəstəklədiyini deyib.
Sonda qanun layihəsi qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

