Səbir kasamız daşsa da...
17.12.2022 [10:20]
Qarabağın mülki əhalisinin həyatına problemlər yaradılmır
Etirazlar dinc mahiyyət daşıyır. Heç bir etirazçının əlində silah yoxdur, kimlərəsə təzyiq etmirik və ya kiməsə xəsarət yetirmək niyyətində deyilik. Sadəcə olaraq aksiyanın məqsədi artıq Azərbaycan cəmiyyətinin səbir kasasının daşmasının nümayişidir. Azərbaycanın təbii sərvətlərinin daşınması regionda gedən proseslərin stabil, sülh şəraitində getməsini şübhə altına qoyur Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın yolunda keçirilən aksiyaya münasibət bildirib. Həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, biz Laçın dəhlizinin bağlanmasından narahatıq, bu, tərəflər arasında filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqlarından qaynaqlanır. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlərdə vəziyyətin deeskalasiyası üçün fəal işləyir: “Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqələrini bərpa etməyi səbirsizliklə gözləyirik. Onu da vurğulamaq istərdim ki, Laçın dəhlizi Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edir və Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır. Və Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatını imzalayarkən tərəflər üzərinə ciddi əməl edilməli olan müvafiq öhdəliklər götürüblər. Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir”, - Zaxarova daha sonra bildirib.
Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətini şərh edən Zaxarova bunları söyləyib: “Biz Rusiya sülhməramlılarına qarşı əsassız ittihamlara və təxribat xarakterli hərəkətlərə münasibət bildirməyə məcburuq. Onlar haradan gəlirsə gəlsinlər, biz onları əks-məhsuldar hesab edirik. Rusiya sülhməramlı kontingenti regionda sabitliyin təminatçısı kimi çıxış edərək, üzərinə düşən vəzifələri səmərəli şəkildə yerinə yetirir”.
Təbii ki, Zaxarovanın fikirlərinin ilk baxışdan dağınıq və qeyri-müəyyən olması üzə çıxır - o baxımdan ki, “gələcəkdə tam hüquqlu nəqliyyat əlaqələrini bərpa etməyi səbirsizliklə gözləmək”dənsə, buna mane olan Ermənistanın üçtərəfli bəyanata hörmət və əməl etməsini təmin etmək mümkün idi. Digər tərəfdən, Azərbaycan ictimaiyyətinin haqlı tələblərinin Zaxarova tərəfindən “mülki əhalinin həyatına problemlər yaratmaq” cəhdi kimi qiymətləndirilməsi də yolverilməzdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiyanın, eləcə də digər ölkə nümayəndələrinin tərəfindən səsləndirilən narahatlıqlar əsassızdır. Çünki Azərbaycan ictimaiyyəti, ekofəallar, həqiqətən də, yolu bağlamaq niyyətində deyil: “Xüsusilə humanitar məqsədlər üçün yol açıqdır və hər hansı bir daşınmaya maneə yoxdur. Əlbəttə ki, Azərbaycanın ictimaiyyəti qeyri-humanitar yüklərin həmin yolla hərəkətinə laqeyd qala bilməz. Mən Zaxarovaya sual verərdim ki, gəlin fərz edək, Rusiyanın ərazisindən kimsə qaçaqmalçılıq yolu ilə təbii sərvətlər daşıyır. Rusiya ona rahat baxa bilərmi? Təbii ki, yox. Bu baxımdan Azərbaycanın tələbləri və keçirilən aksiya haqlıdır. Digər tərəfdən bu cür aksiyaların baş verməməsi, narazılıqlıqlar yaranmaması üçün Rusiyanın istifadə edə biləcəyi kifayət qədər uzun bir zaman vardı. Sülhməramlı kontingentin də həmin regiona gəlişindən artıq iki ildən çox vaxt keçir. Bu isə az müddət deyil. Ötən iki il ərzində regionda köklü dəyişikliklər baş verməliydi. Ən azından sülh danışıqlarında mühüm irəliləyişlər olmalıydı. Tədricən Azərbaycan öz suverenliyini bu ərazilər üzərində möhkəmləndirə bilərdi. Amma biz bunu müşahidə etmədik. Təəssüflər olsun ki, hələ də erməni silahlı birləşmələri Qarabağdadır. Azərbaycanın sərvətləri talanır. Əlbəttə ki, Azərbaycan ictimaiyyəti, cəmiyyəti bu məsələyə də biganə qala bilməz. Ona görə də etirazımızı bildiririk”.
Politoloq bildirib ki, etirazlar dinc mahiyyət daşıyır. Heç bir etirazçının əlində silah yoxdur, kimlərəsə təzyiq etmirik və ya kiməsə xəsarət yetirmək niyyətində deyilik. “Sadəcə olaraq aksiyanın məqsədi artıq Azərbaycan cəmiyyətinin səb?r kasasının daşmasının nümayişidir. Azərbaycanın təbii sərvətlərinin daşınması regionda gedən proseslərin stabil, sülh şəraitində getməsini şübhə altına qoyur. Bu mənada əsaslı addımların atılması üçün vaxt var. Biz Rusiya tərəfindən əsaslandırılmış cavab gözləyirik. Amma ən yaxşı halda bu cavab sözlə yox, əməli tədbirlərlə verilməlidir. Laçın yolu humanitar prinsiplərlə işləməlidir. Hər hansısa qeyri-qanuni hərəkətlər bu yolda müşahidə olunmamalıdır”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

