Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Britaniya səfirliyinin radikal müxalifəti maliyyələşdirdiyi güman edilir

Britaniya səfirliyinin radikal müxalifəti maliyyələşdirdiyi güman edilir

08.04.2011 [10:37]

Dünən Müsavat partiyasının Binəqədi rayonu ərazisində yerləşən qərargahının yaxınlığında keçirilən tədbir haqqında məlumat hazırlayan SİA-nın əməkdaşı maraqlı hadisə müşahidə edib. Belə ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə məxsus avtomobil Müsavat qərargahının qarşısında dayanıb. Avtomobildən düşən şəxs əlində qalın qovluqla qərargaha daxil olub və bir az sonra artıq qovluqsuz geri qayıdaraq maşına minib və oradan uzaqlaşıb. Müxbirimizin müşahidəsi qovluqda böyük məbləğdə pul olduğu qənaətinə gəlməyə əsas yaradır. Müxalifət partiyalarının xaricdən maliyyə dəstəyi alması barədə mətbuatda gedən çoxsaylı məlumatları nəzərə alaraq İctimai Palatada (İP) təmsil olunan Müsavat və AXCP-nin aksiyalarının xaricdən maliyyələşdirildiyinin həqiqət olduğu üzə çıxır. Ehtimal ki, İP-nin aprelin 16-na təyin etdiyi etiraz aksiyasına maliyyə vəsaitinin ayrılması Böyük Britaniya səfirliyinə həvalə olunub. Məsələ ilə əlaqədar Müsavat partiyası ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.

Paylaş:
Baxılıb: 922 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30