Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşüb

09.04.2011 [13:04]

Dünən "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşüb. Forumda iştiraka görə Zilya Valeyevaya təşəkkürünü bildirən Azərbaycanın birinci xanımı Bakı forumunda maraqlı müzakirələrin aparıldığını, mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində bir çox dəyərli təkliflərin səsləndiyini deyib.
Mehriban xanım Əliyeva ilə görüşməkdən məmnun olduğunu deyən Tatarıstanın Baş nazirinin birinci müavini Forumda mədəniyyətlərarası dialoqun təbliği, gender bərabərliyi və digər məsələlərə dair maraqlı çıxışları qeyd edib.
Qonaq vurğulayıb ki, Bakı Forumu hələ bir çox məsələlər üzərində işləməyin vacibliyini nümayiş etdirib.

Paylaş:
Baxılıb: 794 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30