ABŞ həssaslığını qorumalıdır
14.01.2023 [10:23]
Vaşinqtonun ATƏT-dəki səfirinin çağırışı reallığı əks etdirmir
Azərbaycan bu gün ABŞ-ın vasitəçilik missiyasına da böyük önəm verir. Bu missiyanın başlamadan bitməsi arzuolunmazdır. Hazırda ABŞ-ın regional proseslərə daha çox təsir etmək niyyətləri ifadə olunur. Bu, Cənubi Qafqazda gedən maraq savaşları kontekstində də qiymətləndirilə bilər. Eyni zamanda, ABŞ regiondakı yeni geosiyasi reallıqları qəbul edir, onunla barışır və prosesləri ona uyğun tənzimləmək fikrini irəli sürür. Rəsmi Vaşinqtonun irəli sürdüyü məsələ Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqun həyata keçirilməsidir Azərbaycanlı ekofəalların, eləcə də QHT nümayəndələrinin Laçın yolunda bir aydan artıqdır ki, davam edən etiraz aksiyası haqlı mövqeyə əsaslanır. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsinə yaradılan maneələrə etiraz olaraq keçirilən bu etirazlar bəzi erməni havadarları tərəfindən “yolun bağlanması” kimi qələmə verilir. Hətta məsələni bu adla “beynəlxalq” platformalara belə çıxarmağa cəhdlər edilsə də, boşa çıxdı. Fransa və digər ermənipərəstlərin yalan təbliğatı “suya düşdü”.
Aksiya iştirakçılarının yolu bağlamaması faktı hər kəsə bəllidir - istər sülhməramlı kontingent, istərsə də Beynəlxalq Qırmızı Xaç Komitəsi bunu dəfələrlə ifadə edib. Yoldan rahat şəkildə istifadə edilməsi, yüklərin rahat şəkildə keçirilməsi faktları da bunu təsdiqləyir. Amma bu faktın fərqli kontekstdə qələmə verilməsi “arzuları” bitmək bilmir. Bu dəfə Amerika Birləşmiş Ştatlarının ATƏT-dəki səfiri “dəhlizi” açmağı tələb edib. Səfir bununla bağlı bəyanat yayıb. Bəyanatda ATƏT səfirinin bu çağırışına ABŞ-ın İrəvandakı səfirliyinin də qoşulduğu qeyd edilir və bildirilir ki, Azərbaycanın hərəkəti “sülh prosesini əngəlləyir və beynəlxalq etimadı sarsıdır.
Azərbaycan heç bir yolu bağlamayıb və yolun açıq olması ortadadır. Hətta məsələ bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasındakı telefon danışığında da müzakirə edilib. Qeyd edək ki, nazir Ceyhun Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib. Gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verilib.
Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb.
Eyni zamanda, son dövrlərdə fəal şəkildə vasitəçilik missiyasında yeni ünvan kimi dəyərləndirilən ABŞ-ın belə bir mövqedən çıxış etməsi təəssüfləndirici haldır. Qeyd edək ki, yerli televiziyalara müsahibəsində dövlət başçısı İlham Əliyev sülh danışıqlarında vasitəçilər haqda danışarkən ABŞ-ın da adını çəkmişdi: “Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa...”.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, 2023-cü ilin əvvəlindən Azərbaycan və Ermənistan arasında siyasi problemlərin nizamlanmasında ABŞ müxtəlif təşəbbüslərlə çıxış edir. Eyni zamanda biz həm də müəyyən formada qərəzli münasibətlə rastlaşırıq. ABŞ-ın ATƏT-dəki səfirinin Azərbaycana Laçın yolunu açması ilə bağlı çağırışı qəbulolunmaz yanaşmadır: “Laçın yolu bağlanmayıb. Yüklər, eləcə də humanitar təyinatlı avtomobillər çox rahatlıqla Laçın yolu vasitəsilə hərəkət edir və bu, dəfələrlə nümayiş olunub. Həm Rusiya sülhməramlılarının təminat-təchizat avtomobilləri, həm də BQXK - nin avtomobilləri bu yoldan maneəsiz istifadə edir. Azərbaycanın ekofəalları onlara heç bir əngəl törətmirlər. Ona görə də, baş verən proseslərdən uzaq, həqiqətlərin təhrif olunduğu bəyanatların və çağırışların edilməsi qəbuledilməzdir”.
Azərbaycanın indiki halda daha çox informasiya seqmentinə böyük diqqət ayırmasının vacibliyini qeyd edən politoloqun fikrincə, siyasi kontekstdə regionda baş verən proseslər müfəssəl olaraq dünya auditoriyasına çatdırılmalıdır. Eyni zamanda, Azərbaycan bu gün ABŞ-ın vasitəçilik missiyasına da çox böyük önəm verir. “Düşünürəm ki, bu missiyanın başlamadan bitməsi arzuolunmazdır. Hazırda ABŞ-ın regional proseslərə daha çox təsir etmək niyyətləri ifadə olunur. Bu, Cənubi Qafqazda gedən maraq savaşları kontekstində də qiymətləndirilə bilər. Eyni zamanda, ABŞ regiondakı yeni geosiyasi reallıqları qəbul edir, onunla barışır və prosesləri ona uyğun tənzimləmək fikrini irəli sürür. Rəsmi Vaşinqtonun irəli sürdüyü məsələ Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqun həyata keçirilməsidir. Bu normativ daha çox önə çəkilir. Artıq Azərbaycanın və Ermənistanın XİN rəhbərləri səviyyəsində müxtəlif birbaşa dialoqların da şahidi olmuşuq. Bu xüsusda qeyd etməkdə fayda var ki, sülh müqaviləsinin mətni və forması ətrafında məhz XİN rəhbərləri işləyir. ABŞ-ın həm dövlət katibi, həm də dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi bu məsələlərə xüsusi həssaslıqla yanaşmalıdırlar. ABŞ-ın regional təşəbbüsləri məhz sülhə və təhlükəsizliyə xidmət etməlidir”, - deyə İ.Hüseynov əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16

