Yeni "Geostrategiya" jurnalı nəşrə başlayıb
26.05.2011 [09:51]
Azərbaycanda kifayət qədər mətbuat bolluğunda “Geostrategiya” jurnalının nəşrə başlaması hansı zərurətdən yaranıb? Bu sualın cavabını jurnalın ilk sayında oxuculara müraciətində baş redaktor, professor Əli Həsənov şərh edərək yazır: “Xalqımızın malik olduğu müstəqil dövlətin geosiyasi xarakteristikasının, beynəlxalq və regional vəziyyətinin, xarici ölkələrlə geosiyasi müstəvidəki əlaqələrinin, Cənubi Qafqazda, Xəzər-Qara dəniz hövzəsi və bütöv Avrasiya subregionunda baş verən geostrateji proseslərin, bölgədə heç də sadə olmayan mürəkkəb regional münasibətlərin, müasir siyasi, iqtisadi, ictimai, təhlükəsizlik və mədəni mühitin ciddi geostrateji təhlilinə, peşəkar mütəxəssis dəyərləndirmələrinə bu gün ciddi ehtiyac duyulur”.
Jurnalın bu baxımdan qarşıya qoyduğu vəzifələri diqqətə çatdırmaqla Ə.Həsənov qeyd edir ki, hər bir ölkənin daxili və xarici siyasətinin müvəffəqiyyəti, milli inkişaf və təhlükəsizlik maraqlarının təmin olunması ilk növbədə düşünülmüş, elmi-nəzəri cəhətdən əsaslandırılmış milli strategiyanın hazırlanması və ardıcıl həyata keçirilməsindən asılıdır.
Jurnalın məqsədlərinə, həmçinin müxtəlif dövlətlərin yürütdüyü siyasətin elmi təhlilini vermək və onu əsaslandırmaq, geosiyasi, geostrateji və geoiqtisadi proqnozlarla çıxış etmək, əsaslı milli geostrateji tədqiqatların aparılmasında iştirak etmək və bu sahədə əsas milli geosiyasi mərkəzlərdən birinə çevrilmək daxildir.
Hazırda Azərbaycan qlobal siyasətdə mühüm və məxsusi mövqe tutan bir ölkəyə çevrilmişdir. Əli Həsənov ölkəmizin gündən-günə güclənməsinin danılmaz fakt olduğunu vurğulayaraq yazır: “Azərbaycanın səsi beynəlxalq aləmdə günbəgün daha ciddi eşidilməkdədir, mövqeləri regionda və dünyada daha çox nəzərə alınmaqdadır. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəqillik dövründə formalaşdırdığı və ardıcıl şəkildə yürütdüyü balanslaşdırılmış geosiyasət öz müsbət nəticələrini verməkdədir”.
Jurnalın diqqət yönəltdiyi məqamlar sırasında Azərbaycanda geostrategiya, geosiyasət, geoiqtisadiyyat və digər elmi istiqamətlər üzrə mövcud vəziyyətin təhlili dayanır. Bu baxımdan “Geostrategiya” jurnalı ölkənin xarici siyasəti, milli təhlükəsizlik prinsipləri və digər strateji vəzifələrlə bağlı tədqiqatların açıq tribunası kimi çıxış edir. Buna nail olmaq üçün jurnal müvafiq sahənin mütəxəssislərini cəlb etməklə onların Azərbaycanda və dünyada gedən proseslərlə bağlı elmi araşdırmalarını dərc edir. “Geostrategiya” jurnalı neft və təhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması kimi aktual məsələlərə də diqqət ayırır.
Jurnalın artıq işıq üzü görən iki sayında Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi inkişaf strategiyası, dünyada baş verən geosiyasi dəyişikliklər, Xəzər dənizinin geosiyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid tədqiqatlar yer alıb. Bu nömrələrdə professor Əli Həsənovun “Azərbaycanın müasir geosiyasi inkişafı: mövcud vəziyyət və perspektivlər”, “Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri” adlı geniş məqalələri dərc olunub.
Jurnalın bu nömrələrində Azərbaycanda turizmin nailiyyətləri, incəsənət, memarlıq sahələrinə də aid məqalələr yer alıb.
Tarix elmləri namizədi, dosent İbrahim Əliyevin redaktoru olduğu bu jurnalın www.geostrategiya.com internet-səhifəsi də tezliklə oxucuların ixtiyarına veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37

