Toivo Klaarın ölkəmizə növbəti səfəri...
29.03.2023 [10:21]
Azərbaycan Brüssel formatını dəstəkləyir
N.BAYRAMLI
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın aprelin 3-də Azərbaycana səfəri nəzərdə tutulur. T.Klaar Gənc Avropa Səfirləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə açılmış “Avro Klub”un açılış mərasimində iştirak üçün Bakıya səfər edəcək. Amma xüsusi nümayəndənin səfər çərçivəsində ölkə rəsmiləri ilə görüşəcəyi və regiondakı vəziyyətin müzakirə olunacağı da istisna edilmir.
Xatırladaq ki, T.Klaar sonuncu dəfə Azərbaycana martın 5-də səfər etmişdi. Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunmuşdu. Budəfəki səfər nə ilə yadda qala bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, 2021-ci ilin dekabrından başlayaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları həyata keçirilir. Ötən dövr ərzində, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının danışıqlar trekində irəli keçdiyini müşahidə etmişik. Digər önəmli cəhət ondan ibarətdir ki, Avropa İttifaqı, bütövlükdə Qərb Cənubi Qafqazda Rusiyanın mövqeyinə zərbə vurmaq istəyir. Eyni zamanda, Avropa məkanı bu gün enerji böhranı keçirir və Azərbaycanın karbohidrogen ehtiyatlarına böyük ehtiyacı var. Ötən ilin iyul ayında Avropa Komissiyasının rəhbərinin ölkəmizə səfəri zamanı enerji sahəsində əməkdaşlığa dair sənəd imzalandı. Bu sənədə əsasən Azərbaycan qazının Avropaya nəqlinin həcmi artırılacaq. Bütün bunlar isə ikitərəfli əlaqələrin inkişafını özündə ehtiva edir.
Ötən il dekabrın 7-də Brüssel formatında növbəti görüşün baş tutmadığını xatırladan politoloq bunu Fransa ilə Ermənistanın pozucu fəaliyyəti ilə əlaqələndirib. Buna baxmayaraq, Qərb yenidən dövriyyəyə daxil oldu və fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüş keçirildi. Bu gün isə Rusiyanın danışıqlar trekində aktivləşməsi ilə Avropa İttifaqının da fəallığı hiss olunmaqdadır. Təkcə mart ayında T.Klaarın, ABŞ Dövlət Departamentinin nümayəndəsinin regiona səfəri, Antoni Blinkenin və onun müavini Karen Donfridin telefon zəngləri göstərir ki, Qərb danışıqlar müstəvisində israrlıdır və bu yöndə öz hədəflərini konkret müəyyənləşdirib.
İ.Hüseynov qeyd edib ki, Azərbaycan Brüssel formatına önəm verir: “Rəsmi Bakı tərəfindən Brüssel formatına ümidlər var. Prezident İlham Brüssel formatını, Şarl Mişelin konstruktiv yanaşmalarını və fəallığını təqdir etdiyini dəfələrlə bildirib. Martın 25-də Şarl Mişellə telefon danışığı zamanı dövlətimizin başçısı Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb”.
Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon açması Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində fəallığını artırmaq niyyətinin ifadəsidir. Telefon danışığı zamanı Şarl Mişel 2023-cü il fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb, 2021-ci il dekabrın 14-dən 2022-ci il avqustun 31-dək olan dövr ərzində üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunub. Telefon danışığı zamanı Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. Dövlətimizin başçısı isə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.
Politoloq deyib ki, Azərbaycan ordusunun martın 25-də keçirdiyi əməliyyat məhz Ermənistandan Qarabağa silah daşınmasının qarşısını almağa xidmət edir. Onun fikrincə, Avropa İttifaqının xüsusi nümayəndəsi T.Klaarın aprelin 3-də ölkəmizə səfəri zamanı bu məsələlərin də müzakirəsi istisna deyil. Çünki Klaar danışıqlar prosesinin iştirakçısı kimi regiondakı vəziyyətlə yaxından tanışdır. Əsas məsələ odur ki, problemə regionda təhlükəsizlik mühitinin gücləndirilməsi, tərəf tutmamaq və obyektiv, beynəlxalq hüququn norma və prinsipləri rakursundan yanaşma olmalıdır. Əks təqdirdə, Brüssel formatı öz aktuallığını itirə bilər.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

