Yeni qamlaqal, növbəti xəyanət...
30.03.2023 [10:52]
İrəvan yenidən Kremli “satdı”...
Ermənistan hakimiyyətinin Roma Əsasnaməsini təsdiqləməsi Moskva tərəfindən qəzəblə qarşılanıb
İstisnasız olaraq son dövrlərin ən mühüm hadisələrindən biri Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verməsi sayılır. Xatırladaq ki, sənədə əsasən, onlar hərbi cinayətlərdə, o cümlədən əhalinin, xüsusilə uşaqların qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsində ittiham olunurlar. Məhkəmənin qərarına görə, Ukraynada yaşayan 7,5 milyon uşağın 4,3 milyonu müharibə səbəbindən başqa regionlara köçmək məcburiyyətində qalıb. Onların 1,8 milyonu qaçqın kimi qonşu ölkələrə gedib, daha 2,5 milyon uşaq isə evlərini tərk edib.
Təbii ki, Rusiyanın bu qərara münasibəti birmənalıdır - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla bağlı bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir mənası yoxdur, həbs qərarları hüquqi qüvvəyə malik olmayacaq: “Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi baxımdan heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin tərəfi deyil və ona görə öhdəlik götürmür. Rusiya bu qurumla əməkdaşlıq etməyəcək və Beynəlxalq Məhkəmənin mümkün həbs orderləri bizim üçün hüquqi qüvvəyə malik olmayacaq”.
Maraqlıdır ki, bəzi siyasi analitiklər də bu qərarı “simvolik” adlandırır, yerləşdiyi regionda, eləcə də yaxın bölgələrdə Rusiya prezidentini “ələ verəcək” dövlətin mümkünsüzlüyünü iddia edirdilər. Hətta bu qərarın sadəcə olaraq, Putinin Qərbə və digər qitələrə yolunu bağladığını düşünənlər də tapılırdı. Amma deyəsən vəziyyət başqa istiqamətlərdə inkişaf etməyə başlayıb.
Dünənin müttəfiqi, bu günün...
Dünənə qədər özünü Rusiyanın “müttəfiqi” hesab edən Ermənistan Beynəlxalq Məhkəmənin qərarının ardından maraqlı addım atıb. Həmin qərarın yayılmasından bəlkə də saatlar keçməmiş Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin Parlament tərəfindən ratifikasiyasını təsdiqləyib. Konstitusiya məhkəməsinin bu qərarı Ermənistanın Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmasına yol açır. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqların qanunsuz deportasiyasına görə həbsinə qərar verən qurum məhz Haaqadakı BCM-dir. Bu həm də o deməkdir ki, Putin Ermənistana edəcəyi hər hansı bir səfər zamanı hökumət tərəfindən dərhal həbs olunub Haaqa məhkəməsinə təhvil verilməlidir.
125-ci olan Ermənistan...
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 15 iyun 1998 - 17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Qeyd edək ki, beynəlxalq müqavilələrə tez-tez status da deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. 2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzalasa da, cəmisi 124 dövlət bu müqaviləni təsdiqləmişdi ki, Ermənistan da artıq bu yolda 125-ci oldu.
Maraqlıdır ki, 2000-ci ilin sentyabrında Rusiya da bu əsasnaməni imzalayıb. Lakin 2016-cı ilə qədər təsdiqləməmişdi. 16 noyabr 2016-cı ildə prezident Vladimir Putin, Rusiyanın Roma Statutunda iştirakdan imtina edən sərəncam imzaladı. Prezidentin sözçüsü Dmitri Peskov isə BCM-nin yurisdiksiyasından çıxmağı “dəqiq milli maraqlar”ın tələbi kimi qiymətləndirmişdi. Qeyd edək ki, Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Əsasnaməsinə görə, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddiyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir; İstisna olaraq, BCM-nin yurisdiksiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.
Moskva hələlik yumşaq danışır - qəbuledilməzdir
Beləliklə, Ermənistanın Roma Əsasnaməsinə qoşulması bu ölkənin növbəti anti-Rusiya addımı və ya Moskvaya xəyanəti kimi dəyərləndirilə bilər. Rusiya tərəfi də Ermənistanın bu addımına qarşı sərt mesajlar ünvanlayıb. Rusiyanın Xarici İşlər Nazirliyi Haaqa məhkəməsi tərəfindən Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. “Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız qərarları fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - deyə, mənbə bildirib. O qeyd edib ki, Moskva belə bir qərarın son dərəcə mənfi nəticələri ilə bağlı İrəvana xəbərdarlıq edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə vurğulayıb ki, Moskva Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda təsbit edilmiş öhdəliklərin tanınması ilə bağlı İrəvanla öz mövqeyini hələlik müzakirə etməyib. Ölkənin Milli Assambleyasının üzvü Arman Abovyan parlament tərəfindən ratifikasiya olunsa belə, “Ermənistanda ağlı başında olan kimsənin Putini həbs etməyəcəyinə əmin olduğunu” bildirib.
Rusiya ictimaiyyəti Ermənistana qarşı - bu, xəyanətdir
Vurğulayaq ki, Ermənistanın bu qərarı Rusiyanın siyasi elitası tərəfindən də qəzəblə qarşılanıb. Paşinyan hakimiyyətinin Qərbə yarınmaq üçün bu qədər “ucuz” siyasətə əl ata biləcəyinə şahid olan rusiyalı siyasətçilər bu addımı xainlik kimi dəyərləndirirlər. Məsələn, rusiyalı politoloq Sergey Markov Ermənistanı Rusiyanın müttəfiqi deyil, xain adlandırıb. “Ermənistan birbaşa Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulub. Çox təəccüblüdür ki, Ermənistan Rusiya üçün ən həssas məqamda, Haaqanın Vladimir Putini həbs etmək qərarından bir neçə gün sonra bunu etdi. Əlbəttə ki, bu, Paşinyan tərəfindən Putinə təhqirdir və Rusiyaya sillədir. Bu qərar açıq-aydın göstərir ki, Paşinyan Rusiya ilə bütün əlaqələri kəsmək istəyir və onun prezidentinə hörmət etmir”.
Markov bildirib ki, bu qərar Ermənistanın Rusiyanın müttəfiqi deyil, xain olduğunu göstərir. Onun qənaətincə, rəsmi Moskva baş verənlərə belə yanaşmalıdır. “Rusiya daha əvvəlllər də Ermənistandan satqın hərəkətlər görüb. Ermənistan tərəfindən bu cür açıq-aşkar xəyanət olacaqsa, Rusiya Azərbaycanın xeyrinə seçim etməlidir”, - deyə rusiyalı politoloq əlavə edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08

