Yerli sənayedə İsrail PUA-ları
01.04.2023 [10:02]
Mübariz ABDULLAYEV
Hazırda Azərbaycan-İsrail münasibətləri müxtəlif istiqamətlərdə yüksək dinamikaya malikdir. İki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi bütövlükdə bölgənin təhlükəsizliyinə mühüm töhfədir. Şübhə yoxdur ki, bu günlərdə Təl-Əvivdə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrdə yeni mühüm səhifə açacaq və hər iki ölkənin siyasi və təhlükəsizlik maraqlarına xidmət edəcək.
Hərbi sahədə əməkdaşlıq
Çoxtərəfli Azərbaycan-İsrail münasibətlərinin mühüm istiqamətlərindən biri isə hərbi sahəni əhatə edir. Qısa müddətdə özünün Silahlı Qüvvələrini gücləndirərək dünyanın ən güclü 50 ordusu sırasına yüksəldən Azərbaycan həmçinin ölkədə milli müdafiə sənayesinin qurulmasına nail olub. Milli müdafiə sənayemizdə təxminən 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsalının mənimsəməsi son dərəcə qürurverici haldır. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, həm də 30-dan çox ölkəyə ixrac edilir.
Azərbaycan yeni müasir silahların istehsalında xarici ölkələrin şirkətləri ilə əməkdaşlıq praktikasından da geniş istifadə edir. Bu sırada dost İsrail şirkətləri də yer alırlar. “Hazırda Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir”. Bunu müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrlə görüşü zamanı bildirib. Nazirin sözlərinə görə, müasir müharibələrdə insansız idarə olunan silahlar çox önəmlidir. Mədət Quliyev qeyd edib ki, gələcəkdə Azərbaycandan tələbələri ABŞ və Türkiyəyə müdafiə sənayesi sahəsində təcrübəyə göndərməyi planlaşdırırlar.
Qeyd edək ki, Azərbaycanla İsrail şirkətləri arasında PUA-ların istehsalı hələ bir neçə il bundan əvvəl qaydaya salınıb. Bu sırada “Şərq” İstehsalat Birliyinin müvafiq müəssisəsində hazırlanan “Zərbə”, İsrailin “Aeronautics” şirkəti ilə müştərək əsasda “Azad Systems” müəssisəsində istehsal olun “Pegasus 120” adlanan PUA-ları nümunə göstərə bilərik. Perspektivdə isə Azərbaycanda İsrail şirkətlərinin iştirakı ilə PUA istehsalının daha da genişləndirilməsi hədəflənib. Cari il fevralın 20-24-də Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən IDEX-2023 beynəlxalq müdafiə sərgi-konfransı çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev ilə İsrailin “Aeronavtika Moşe Elazar” şirkətinin rəhbəri arasında görüş keçirilib. Görüşdə İsrail şirkəti ilə Müdafiə Sənayesi Nazirliyi arasında pilotsuz uçuş aparatlarının birgə istehsalı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nə üçün İsrail PUA-ları?
44 günlük müharibə bir daha təsdiqlədi ki, indiki dövrdə döyüşləri PUA-larsız təsəvvür etmək mümkün deyil. Bəs nə üçün Azərbaycan pilotsuz uçuş aparatlarının yeni nəslinin istehsalında məhz İsrail şirkətlərinin təcrübəsindən bəhrələnməyə çalışır? Bunun iki mühüm səbəbini qeyd edə bilərik:
Birincisi, İsrail Azərbaycanla hərbi sahədə əməkdaşlıq etməyə hazır ölkədir. Sirr deyil ki, indiki dövrdə Azərbaycan kimi ölkələr üçün güclü hərbi potensiala malik dövlətlərlə hərbi-texniki sahədə sıx əməkdaşlıq qurmaq elə də asan məsələ deyil. Prezident İlham Əliyevin də dəfələrlə diqqətə çatdırdığı kimi, hazırda ölkələrin silah, hərbi texnika tədarükündə müəyyən problemlər yaşanır. İstehsalçılar müasir hərbi texnikanı heç də hamıya satmırlar. Bu baxımdan Azərbaycanla İsrail arasında hərbi sahədə əməkdaşlığın genişlənməsi təqdirəlayiq haldır.
İkincisi, İsrail hərbi texnika istehsalında bütün dünya üzrə öncül yerlərdən birini tutan ölkədir. O cümlədən İsrail PUA istehsalı üzrə dünyada ilk beşliyə daxildir. Dost ölkədə pilotsuz uçuş aparatlarının istehsalının yüksək səviyyədə mənimsənilməsində “Elbit Systems”, “Aeronautics”, IAI və “UVision” kimi şirkətlərin xüsusi rolu var. Həmin şirkətlər indiyədək “Hermes”, “Darter”, “Sniper”, “Skylark”, “SkyStriker” və digər adda pilotsuz uçuş aparatları təqdim ediblər. Çoxməqsədli olan, optimal sürət yığan, havada uzun müddət qalan, daha çox yük götürə bilən, eyni zamanda yüksək dəqiqliyi ilə seçilən həmin PUA-lar öz oxşarları ilə müqayisədə rəqib tanımırlar. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsidə Türkiyə istehsalı olan “Bayraktar”larla yanaşı, İsraildən tədarük edilən “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatları düşmənin ölüm kabusuna çevrilmişdi.
Ekspertlər İsrail şirkətləri ilə PUA istehsalının genişləndirilməsinin Ordumuzun təchizatının möhkəmlənməsinə müsbət təsir göstərəcəyini bildirirlər. “Yeni Azərbaycan”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev hazırda PUA-ların istehsalının artırılmasının ixrac nöqteyi-nəzərindən də əhəmiyyətli olduğunu bildirib: “İsrail Azərbaycan müdafiə sənayesinin qurulmasına ən fəal şəkildə dəstək verən ölkədir. İsrail PUA-larının ölkəmizdə istehsalının genişləndirilməsi bizə bir sıra dividendlər gətirə bilər. Yaxşı haldır ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyada yüksək ixrac potensialına malik məhsulların istehsalına önəm verir. Hesab edirəm ki, biz qardaş Türkiyənin, İsrailin piotsuz uçuş aparatlarının istehsalında əldə etdikləri nailiyyətlərdən yararlanmalıyıq və müdafiə sənayemizi də bu istiqamətdə inkişaf etdirməliyik.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

