Azərbaycan Rusiya ilə dil və mədəniyyət əlaqələrini qoruyub saxlaya bilib
23.06.2011 [09:44]
Xəbər verdiyimiz kimi, iyunun 20-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiyanın yüksək dövlət mükafatını - “Dostluq” ordenini təqdim edib. Nərgiz xanım bu mükafata xarici dövlətlərin dünyada tanınmış iş adamları, elm və mədəniyyət xadimləri olan vətəndaşları sırasında Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə layiq görülüb.
RF Prezidentinin Moskva yaxınlığındakı “Qorki” iqamətgahının Mavi zalında keçirilmiş mərasim Rusiya cəmiyyətində və bu ölkənin KİV-lərində böyük maraq doğurub.
Rusiyanın “Vesti-24” telekanalı Nərgiz Paşayevadan müsahibə götürüb. Nərgiz xanım “Vesti” müxbirinin suallarını cavablandıraraq onun əməyinə verilən yüksək qiymətə və hörmətə görə RF Prezidenti Dmitri Medvedevə minnətdarlığını bildirib. O deyib: “Dostluq” ordeni ali, dərin mənalı və xüsusi əhəmiyyətli bir ordendir. Yüksək səviyyədə dəstəkləndiyimə görə fəxr edirəm”.
Nərgiz Paşayeva müsahibəsində Azərbaycan-Rusiya humanitar əlaqələri, elm və təhsil sahəsində iki ölkənin əməkdaşlığı haqqında, M.V.Lomonosov adına MDU-nun 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Bakı filialının fəaliyyəti barədə məlumat verib.
Rektor bildirib ki, hazırda bu ali məktəbdə 262 tələbə təhsil alır. Burada dörd fakültə - filologiya, riyaziyyat, psixologiya və kimya fakültələri fəaliyyət göstərir. Filialın müəllimlərinin 90 faizi Moskva Dövlət Universitetinin “növbə rejimində” işləyən dosentləri və professorlarıdır.
N.Paşayeva deyib ki, ali məktəbimizin mövcud olduğu üç ildə MDU-nun 350 müəllimi bizdə dərs deyib. Bu rəqəmlər çox şeydən xəbər verir. MDU-nun müəllimləri bizim ali məktəbin əsas tərkib hissəsidir. Bu cür müəllim heyəti olmasa, keyfiyyətli, yeni təhsili, bu gün ölkəyə lazım olan təhsili təmin etmək qeyri-mümkün olar. çünki Moskva Dövlət Universiteti bütün dünyada tanınıb. Keçmiş Sovet İttifaqından olan 18 nəfər Nobel mükafatı laureatından 11-i məhz M.V.Lomonosov adına MDU-nu bitirənlərdir. Rektor vurğulayıb: “Belə ali məktəbdə adi, zəif müəllimlər ola bilməz. Onlar xüsusi adamlardır və bu adamlar bizə lazımdır. Onlar bizə həm peşəkarlar kimi, həm də peşəkar xarakterli biliklərin və insan təbiətinə aid biliklərin daşıyıcıları olan şəxsiyyətlər kimi lazımdır”.
ümumiyyətlə, professor N.Paşayevanın fikrincə, MDU-nun Bakı filialının yaradılması respublikanın mədəni, elmi və təhsil həyatında böyük hadisə olub.
Nərgiz xanım rəhbərlik etdiyi ali məktəbin perspektivlərindən söhbət açaraq bildirib ki, gələcəkdə filialı genişləndirmək, daha bir neçə fakültə açmaq planlaşdırılır. N.Paşayeva deyib: “Mənim fikrimcə, bunlar çox güman ki, geologiya, incəsənət, ola bilsin ki, iqtisadiyyat və fizika fakültələri olacaqdır. Əlbəttə, əgər fakültələrimizin sayı daha çox olarsa, biz bundan yalnız qazanarıq. Bu, həm elmin, həm də ictimai və mədəniyyətlərarası əlaqələrin xeyrinə olar”.
O, əmin olduğunu bildirib ki, MDU-nun Bakı filialının məzunlarının peşəkarlığı və dərin bilikləri sayəsində ölkədə onlara tələbat olacaq.
Professor Nərgiz Paşayeva Azərbaycanda rus dilinə münasibət barədə sualın cavabında qeyd edib ki, ölkəmizdə bu münasibət həmişə yaxşı olub. “Azərbaycanda rus dilinə münasibət əladır və bu ənənələr çox möhkəmdir”, - deyən N.Paşayeva vurğulayıb ki, ölkəmizdə rus dilinə tələbat həmişə yüksək olub.
Rektor Nərgiz Paşayeva onu da deyib ki, Azərbaycan Rusiya ilə dil və mədəniyyət əlaqələrini qoruyub saxlaya bilib. Onun sözlərinə görə, ənənələrin epizodik və ötəri olmaması üçün bu fəaliyyət xətti davam etdirilməlidir.
N.Paşayeva deyib: “Azərbaycanda rus dilinə böyük sevgi ilə yanaşmışlar və ən başlıcası, rus dilini Azərbaycanda həmişə hiss edirlər. Dili bilmək azdır, onu dərindən hiss etmək, başa düşmək lazımdır və mən çox şadam ki, bizim filial bu zəngin dilə marağın daha da artmasına kömək edir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

