Yeni “Vardanyan planı”...
28.04.2023 [10:25]
Azərbaycanın qəti addımları kimləri narahat edir?
Qarabağla bağlı hər hansı bir qaranlıq məqam yoxdur və ola da bilməz - Qarabağ Azərbaycandır!
Qarabağdan qovulmuş Ruben yenidən aktuallaşdırılır...
Vardanyan özünün “post”unda hətta “çıxış yolu axtardığı” görüntüsünü də yaratmağa çalışır. Güya bununla o, Qarabağda yaşayan ermənilərə nümayiş etdirməyə çalışır ki, “yeganə çıxış yolu məhz Vardanyandır”. Bu fikirlər elə Vardanyanın özü qədər gülünc və yersizdir. Maraqlıdır ki, o, kimlərlə “işçi görüşlər keçirdiklərini” və ya “fəaliyyət planını müzakirə etdiklərini” yazmır - sadəcə, belə görüntü yaratmağa cəhd göstərir.
Vardanyanın qaravəlliyə oxşayan bu “post”unda ən gülünc məqam isə onun Rusiya sülhməramlı qüvvələrinin komandanlığına, “artsax” və Ermənistan rəhbərliyinə, eləcə də beynəlxalq ictimaiyyətə ünvanlanan hansısa “tələblərdən” dəm vurmasıdır. Həqiqtən də bu şəxs ya aylardır “letargiya yuxusu”nda olub, ya da artıq reallıq hissini tam itirib. Bu şəxs anlamır ki, onun və onun kimilərinin iddiaları artıq yersizdir - bütün dünya Qarabağın Azərbaycan torpağı olduğunu bilir və təsdiqləyir. Hətta Ermənistan rəhbərliyi də artıq öz fikirlərində yalnız 29 min kvadrat kilometrlik ərazi ilə bağlı iddialar səsləndirir. Vardanyanın birdən-birə yenidən ortaya düşmək arzusu onun fərqli məqsədlərindən xəbər verir... Bəlkə də Vardanyan artıq imzalanmaq mərhələsində olan sülhə qarşı formalaşdırlsn ən mühüm təhlükələrdən biridir. XX əsrin sonunda Ermənistan ilə Azərbaycan arasında formalaşdırılan sülh prosesinin necə məhv edilməsi hər kəsin yaddaşındadır: həmin vaxt Ermənistanın siyasi rəhbərliyinə qarşı edilən terror bu prosesi 25 ilə qədər gecikdirmişdi. Görünən budur ki, indi də Vardanyan bu kimi təhlükəli bəyanatlar verir. Məsələn, o, “artsax gənclər təşəbbüs qrupu” adlı hansısa bir “təşkilatdan” danışır və onun “fəaliyyət planları” haqda anonslar verir. Bu “qrupun” ASALA-ya və ya başqa bir terror qruplaşmasına, hətta Azərbaycana qarşı düşmənçilik mövqeyində olan başqa bir region ölkəsinə məxsus qruplaşma olmasını istisna etmək mümkün deyil. Vardanyan onların adını “ictimai gündəmə” soxuşdurmaqla görüntü yaratmağa çalışır. Onun “mən gəncləri tam dəstəkləyirəm” fikri bəlkə də “terror qrupuna mən rəhbərlik edirəm” kimi assosasiya olunur. Vardanyan bildirir ki, “əgər Rusiya sülhməramlı qüvvələri və beynəlxalq ictimaiyyət heç nəyi dəyişdirə bilməsə, o zaman biz mövcud dinc və digər vasitələrdən istifadə edərək soydaşlarımızın qanuni maraqlarının müdafiəsinə yönəlmiş addımlar atmaq hüququnu özümüzdə saxlayırıq”. Bu isə açıq şəkildə terrora çağırışdır - Ermənistan və ya Vardanyanın arxasındakı “güclər” yeni qarşıdurmanı körükləyir...
Vardanyan terror arzusundadır
İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır ki, artıq bu məsələ də mühüm inkişaf mərhələsindədir. Bu müqavilə iki dövlət arasında ən əsas məsələyə - sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə aydınlıq gətirəcək. Ermənistan artıq dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib. Bu isə Qarabağın Azərbaycanın daxili işi olduğunun növbəti təsdiqi kimi qiymətləndirilir. Hər hansı bir xarici dövlət bu məsələyə qarışa bilməz. Eyni zamanda, Laçın-Xankəndi yolunda qurulmuş yeni sərhəd nəzarət - buraxılış məntəqəsi də Qarabağ üzərindən hansısa güclərin oynamağa çalışdığı oyunların qarşısını tam aldı.
Eyni zamanda, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Bəzi “fərqli düşüncələrə malik”, araqarışdıran, başqa maraqların təmsilçiliyini həyata keçirən şəxslərin apardıqları “təbliğat” isə işə yaramır. Məsələn, vaxtilə Qarabağa aydın məqsədlərlə göndərilən, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib qondarma rejimin keçmiş “dövlət naziri” Vardanyan kimilərinin Qarabağın erməni əhalisinin adından danışmağa nə mənəvi haqqı, nə də hüququ yoxdur. Azərbaycanın bu məsələdə mövqeyi qəti və dəyişməzdir - Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələni özü bəyan etdiyi istiqamətdə tənzimləyəcək. Ümumilikdə, Qarabağla bağlı hər hansı bir qaranlıq məqam yoxdur və ola da bilməz - Qarabağ Azərbaycandır!
Vardanyan niyə Qarabağdan danışır?
Azərbaycanın son dövrlərdə atdığı bəzi qəti addımlar deyəsən Qarabağ üzərindən oyun oynamağa çalışan bəzi gücləri yenidən hərəkətə gətirib. Bunun nəticəsidir ki, artıq gündəmdən çıxmış Vardanyan belə məqsədli şəkildə “aktuallaşdırılır”. Ruben Vardanyan hələ də “Qarabağ əhalisinin adından” danışmaq haqqına malik olduğunu “düşünür”. O, sosial şəbəkələrdə yenidən ara qarışdırmağa cəhd göstərir, guya Azərbaycanı imzaladığı müqavilələri dəfələrlə pozmaqda günahlandırır. Azərbaycanın son addımlarını isə “artsax ətrafında vəziyyəti daha da gərginləşdirmək” kimi “dəyərləndirir”.
Vardanyana sual vermək gərəkir ki, birincisi, sən kimsən və hansı “kimliklə” Azərbaycanın addımlarını təftiş etməyə özündə cürət tapırsan:
-Sən qarabağlı deyilsən;
-Qarabağın erməni əhalisi səni danışmaq üçün nümayəndə kimi “görəvləndirməyib”;
- Sənin kimliyin hər kəsə, o cümlədən Qarabağda yaşayan erməni vətəndaşlarımıza da gün kimi aydındır;
-Sənin kimlərin layihəsi kimi ortaya atıldığın da hər kəsə bəllidir.
Beləliklə, Vardanyan Qarabağ haqqında danışmaq üçün hər hansı bir “səlahiyyətə” və ya mənəvi haqqa malik deyil. O ki qaldı, Azərbaycanın addımlarına, bunu da “müqavilələri pozmaq” kimi qələmə vermək yalnız manipulyasiya cəhdidir. Çünki artıq 3 ilə yaxındır ki, Azərbaycan qarşı tərəfin - Ermənistanın 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarını yenrinə yetirməsini tələb edir və səbrlə gözləyir. Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, regionda davamlı sülhün təmin edilməsi üçün problem qalmayacaq.
Vardanyan terror qruplaşmasına rəhbər təyin edilib?
Bəlkə də Vardanyan artıq imzalanmaq mərhələsində olan sülhə qarşı formalaşdırlan ən mühüm təhlükələrdən biridir. XX əsrin sonunda Ermənistan ilə Azərbaycan arasında formalaşdırılan sülh prosesinin necə məhv edilməsi hər kəsin yaddaşındadır: həmin vaxt Ermənistanın siyasi rəhbərliyinə qarşı edilən terror bu prosesi 25 ilə qədər gecikdirmişdi. Görünən budur ki, indi də Vardanyan bu kimi təhlükəli bəyanatlar verir. Məsələn, o, “artsax gənclər təşəbbüs qrupu” adlı hansısa bir “təşkilatdan” danışır və onun “fəaliyyət planları” haqda anonslar verir. Bu “qrupun” ASALA-ya və ya başqa bir terror qruplaşmasına, hətta Azərbaycana qarşı düşmənçilik mövqeyində olan başqa bir region ölkəsinə məxsus qruplaşma olmasını istisna etmək mümkün deyil. Vardanyan onların adını “ictimai gündəmə” soxuşdurmaqla görüntü yaratmağa çalışır. Onun “mən gəncləri tam dəstəkləyirəm” fikri bəlkə də “terror qrupuna mən rəhbərlik edirəm” kimi assosasiya olunur. Vardanyan bildirir ki, “əgər Rusiya sülhməramlı qüvvələri və beynəlxalq ictimaiyyət heç nəyi dəyişdirə bilməsə, o zaman biz mövcud dinc və digər vasitələrdən istifadə edərək soydaşlarımızın qanuni maraqlarının müdafiəsinə yönəlmiş addımlar atmaq hüququnu özümüzdə saxlayırıq”. Bu isə açıq şəkildə terrora çağırışdır - Ermənistan və ya Vardanyanın arxasındakı “güclər” yeni qarşıdurmanı körükləyir...
Köhnə - yeni plan - Vardanyanın “İrəvan” de-marşı...
Təbii ki, Vardanyan nə Ermənistan rəhbərliyi, nə də Rusiya sülhməramlıları ilə ultimativ dillə danışa bilməzdi. Demək ki, bunun üçün ona xüsusi tapşırıq gəlib. Çünki öz statusunda tez-tez “tezis”, “fəaliyyət planı” kimi ifadələrə yer ayıran Vardanyanda nə o cəsarət, nə o liderlik keyfiyyəti, nə də o siyasi savad yoxdur - bütün dünya Vardanyanın “BBC” kanalının layihəsinə verdiyi müsahibəni izləmişdi və onun siyasi cəhətdən də, liderlik baxımından da korafəhim olduğunu aşkara çıxmışdı. Demək ki, Vardanyanı məqsədli şəkildə ortaya atıblar. Eyni zamanda, həmin “güclər” anlayır ki:
- Azərbaycan öz qəti mövqeyini ortaya qoyub.
- Vardanyanın ötən il Qarabağdakı “fəaliyyəti” fiasko ilə nəticələnib və onun üzərində yeni planlar qurmaq yersiz və mümkünsüzdür;
- Qarabağın erməni əhalisi Vardanyanı az qala daş-qalaq edəcəkdi - bu adam Qarabağda “yaşadığı” 3-5 ayda əhaliyə etmədiyi zülüm, əzab və işgəncə qoymamışdı. Öz maraqları üçün dükanları belə boşaltdırmış, dərmanları yığışdırtdırmış, xəstə insanları ölümə tərk etmişdi.
Beləliklə, Vardanyan üzərindən Qarabağda hər hansı bir “plan” işləməyəcək. Demək ki, bu plan İrəvan üçün “düşünülə” bilər. Onsuz da Paşinyanın fəaliyyətindən narazı qalan bəzi güclər onun dəyişdirilməsi istiqamətində uzun müddətdir ki, planlar qurur. Bu mənada Nikolun yeni əvəzləyicisi kimi Rubenin “ortaya atılması” köhnə-yeni plan üzərində iş getdiyini hələ də təsdiqləyir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11

