Reykyavikdə...
19.05.2023 [10:19]
Ermənistanın təxribatları müzakirə olundu
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Bu baxımdan, dövlətimizin Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə təmsilçiliyi böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən Avropa Zirvə Görüşündə ölkəmizi xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. Nazir mayın 17-də Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edərək Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini qeyd edib. Bu xüsusda, Azərbaycanın hər zaman olduğu kimi konstruktiv dialoqa və birgə fəaliyyətə hazır olduğu diqqətə çatdırılıb.
Çıxış zamanı, öz müstəqilliyini əldə etdiyi andan ərazi bütövlüyünün, suverenliyinin pozulması, hərbi işğal faktı ilə üzləşən bir ölkədən, qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilən Azərbaycanın 30 ilə yaxın davam etmiş münaqişənin bitməsindən sonra bölgədə sülh gündəliyinin təşəbbüskarı olduğu bildirilib. Ceyhun Bayramov, regionda sülh və təhlükəsizliyin bərqərar olunması üçün şanslarla zəngin post-münaqişə dövründə danışıqlar prosesi çərçivəsində əldə olunmuş uğurların azlığına baxmayaraq, Azərbaycanın prosesin irəlilədilməsində qərarlı olduğunu, habelə qarşı tərəfdən də eyni yanaşmanı gözlədiyini qeyd edib. Bununla yanaşı, Azərbaycanın münaqişə nəticəsində fundamental hüquqlarından məhrum olmuş vətəndaşlarımızın öz yurdlarına qayıdışını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı, habelə erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyası istiqamətində əməli tədbirlər istiqamətində niyyət vurğulanıb. Eləcə də, Ermənistan tərəfindən mina təhdidinin davam etdirilməsinin və səhih mina xəritələrinin təqdim olunmamasının görülən işlərə maneə törətdiyi diqqətə çatdırılıb.
Nazir, həmçinin Ermənistanın 30 illik təcavüzü nəticəsində 4000-ə yaxın itkin düşmüz azərbaycanlıdan hələ də xəbər olmadığı və Ermənistanın bu istiqamətdə məlumatları bölüşməkdən imtina etdiyini bildirib.
Azərbaycanın XİN başçısı toplantı çərçivəsində Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri Tariq Mahmud Əhməd ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional məsələlər müzakirə olunub. Ceyhun Bayramov iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, ticarət, investisiyalar, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlardan istifadənin zəruriliyini diqqətə çatdırıb.
Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğunu bildirən nazir iki ölkənin birgə layihələrin həyata keçirilməsi təcrübəsinə məmnunluqla istinad edərək, bu uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuzu söyləyib. Ölkələrimiz arasında neft və qaz sənayesi sahəsində strateji əməkdaşlığa istinad edilərək, alternativ enerji resurslarının inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi ilə mübarizə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov bu xüsusda, Böyük Britaniyanın mina təhdidinə qarşı mübarizə istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Dövlət naziri Tariq Mahmud Əhməd isə diplomatik münasibətlərin əsasının qoyulmasından ötən müddətdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı faydalı strateji əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdırıb. Ölkələrimiz arasında strateji dialoqun genişləndirilməsinin vacibliyini qeyd edib. Hər iki dövlət arasında mədəni və təhsil sahəsində əməkdaşlığa verilən əhəmiyyət vurğulanıb. Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səyləri, o cümlədən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyi bildirilib.
Ceyhun Bayramovun İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşündə də ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub. Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bölgədə bərpa, quruculuq və sülh səyləri barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarının, mina təhdidini davam etdirməsinin sülh prosesinin irəlilədilməsinin qarşısında duran əsas çağırışlardan olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh prosesinə sadiqliyi diqqətə çatdırılıb.
Nazir Xose Manuel Albares Bueno Azərbaycanla həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bu xüsusda, iki ölkə arasında münasibətlərin inkişafında keçirilmiş siyasi məsləhətləşmələrin rolu müsbət qiymətləndirilib. Nazir Xose Manuel Albares Bueno İspaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar prosesini dəstəklədiyini qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

