Ermənistanın qeyri-humanist davranışları...
26.05.2023 [10:21]
BMT rəsmi İrəvanın beynəlxalq humanitar hüququ pozmasını pisləməlidir
Nardar BAYRAMLI
Ermənistan 30 illik işğal siyasəti dövründə xalqımıza qarşı çoxlu sayda cinayətlər törədib. Belə cinayətlərdən biri də əsir və girovlara qarşı qeyri-insani davranışlardır. Bununla bağlı xeyli faktlar mövcuddur. 4 min nəfərə yaxın azərbaycanlı əsir və girovun taleyi haqqında isə hələ də məlumat yoxdur. Erməni tərəfi onlarla bağlı hələ də heç bir məlumat verməyib.
Rəsmi İrəvan qeyri-humanitar davranışını davam etdirməkdədir. Bir müddət öncə Naxçıvan istiqamətində dumanlı hava şəraitində yolu azaraq Ermənistan ərazisinə keçmiş əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı ağır işgəncələr verilib. Hansı ki, bu, beynəlxalq humanitar qanunvericiliyə tamamilə ziddir. Hazırda hər iki hərbi qulluqçumuz haqqında Ermənistan məhkəmələri əsassız hökm çıxarıb. Onların azad edilməsi istiqamətində isə dövlətimiz tərəfindən tədbirlər görülür. Məlumdur ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu bağlı BMT Baş katibinə məktub ünvanlayıb. Həmin məktub BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Məktubda əlverişsiz hava şəraiti ilə əlaqədar yollarını azaraq itkin düşmüş, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş, işgəncə və digər qeyri-insani davranışlara məruz qalmış, barələrində qurama məhkəmə işi qurulmuş Azərbaycan Ordusunun əsgərlərinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüquqa və öhdəliklərinə zidd olaraq Azərbaycana geri qaytarılmaması barədə ciddi narahatlıq ifadə olunur. Sosial şəbəkələrdə və digər ictimaiyyətə açıq mənbələrdə törədilmiş işgəncə və digər cinayət əməllərinin sübut olunmasına baxmayaraq, Ermənistan tərəfinin bu əməlləri törədənləri cəzalandırmaq əvəzinə, Azərbaycan əsgərlərindən sövdələşmə subyekti kimi istifadəyə cəhd etməsi BMT Baş katibinin diqqətinə çatdırılır. Bu məqsədlə, Azərbaycan əsgərləri ilə bağlı qondarma ittihamlarda “Məhkəmə prosesi”nin təşkil edildiyi və Aqşin Bəbirov barədə 11 il 6 ay 15 gün həbs qərarının verildiyinə etiraz bildirilir. Məktubda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Ermənistan rəsmiləri tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən açıqlamaların verildiyi və bu cür məsuliyyətsiz davranışı ilə Ermənistanın beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymadığının bir daha nümayiş etdirildiyi qeyd olunur.
Qeyd edək ki, Ermənistandan fərqli olaraq Azərbaycan daim humanizm prinsiplərindən çıxış edir. Bunun nəticəsidir ki, dövlətimiz 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq 44 günlük müharibə dövründə əsir düşmüş erməni hərbçiləri ölkəsinə təhvil verib. Müharibədən sonra da yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçi qeyd-şərtsiz geri qaytarılıb. Bütün bunların fonunda erməni tərəfinin tutduğu mövqe bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir. Ermənistanın bu təxribatçı addımları beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı səylərini artırdığı dövrdə baş verir. Belə ki, Ermənistan tərəfindən təşkil olunmuş qondarma “məhkəmə prosesi” iki ölkə xarici işlər nazirləri arasında Vaşinqtonda 4 gün davam edən danışıqlardan bir neçə gün sonra, Avropa İttifaqı və digər tərəfdaşların vasitəçiliyi ilə iki ölkənin dövlət başçılarının görüşü ərəfəsində baş verib.
Ceyhun Bayramovun məktubunda BMT-nin Baş katibi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyəti pisləməyə və bu cür təxribatların dərhal dayandırılması üçün Ermənistana təzyiq göstərməyə çağırılır. Çünki bu ölkənin humanitar tələblərə riayət etməsi beynəlxalq öhdəliklər sırasındadır. Xatırladaq ki, mayın 14-də Brüssel şəhərində Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında humanitar məsələlərə toxunarkən deyib ki, yolu azaraq qarşı tərəfə keçən əsgərlər azad olunmalıdır: “Öz tərəfimdən onu vurğuladım ki, sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir”.
Göründüyü kimi, azərbaycanlı əsgərlərin geri qaytarılması beynəlxalq birliyin tələbləri sırasındadır. Ona görə də, bu məsələdə rəsmi İrəvana təzyiqlər artmalı, o cümlədən BMT-nin Baş katibi və təşkilatın müvafiq strukturları da Ermənistanın qeyri-humanist davranışlarını pisləməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54

