Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir
20.10.2011 [16:17]
Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. Bu istiqamətdə həyata keçirdiyimiz rubrikalarımızdan biri isə “Bu mənim mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai və siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Rubrikamızın növbəti qonağı isə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadədir.
Dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edilməsinin xalqımız üçün böyük bayram olduğunu deyən Aydın Mirzəzadə bildirib ki, hər zaman müstəqilliyin əldə olunması tarixi ilə bağlı məsələlər cəmiyyətimizi çox maraqlandırıb. Onun fikrincə, müstəqilliyin əldə edilməsi bir sıra obyektiv səbəblərin nəticəsində mümkün olub:
- Müstəqillik çox ağır və çətin əldə edilən bir prosesdir. Dünyada 5000-dən çox xalqın olmasına baxmayaraq, yalnız 100-dən çox xalqın müstəqil dövləti var. Azərbaycan xalqının da tarixən müstəqil dövləti olub, amma iki əsr bundan əvvəl iki imperiyanın çar Rusiyasının və İran imperiyasının güclənməsi, eləcə də, Azərbaycan xanlıqlarının müttəfiqlərinin olmaması nəticəsində xalqımız öz müstəqilliyini itirib. 1918-1920-ci illərdə qısa müddətdə müstəqil Azərbaycan dövlətinin qurulmasına baxmayaraq, özündə güc tapan Rusiya imperiyası onu artıq SSRİ adlanan bir dövlətin tərkibində əyalət formasına çevirdi. Həmin dövrdə Azərbaycan rəhbərləri bir qayda olaraq Moskvadan göndərilir, Azərbaycanın xarici siyasəti tamamilə əlindən alınır, daxili siyasəti isə Moskvanın ideologiyasına uyğun olaraq imperiya rəhbərliyi tərəfindən formalaşdırılırdı. Bununla belə, SSRİ-yə daxil olan xalqlara, o cümlədən, Azərbaycan xalqına qarşı həyata keçirilən diskriminasiya siyasəti, regionların qeyri-bərabər inkişafı, SSRİ-nin sivil qaydalardan uzaq bir quruluş olması müəyyən bir müddətdən sonra daxili ziddiyyətlər törətdi və onun yaşaması üçün bir sıra problemlər yarandı. Bir müddət Stalin və Xruşşov diktaturası tərəfindən bu quruluş zorla yaşadılsa da, Brejnev və ondan sonrakı dövrdə daxili ziddiyyətlər çoxaldı və ən əsası SSRİ-nin bir dövlət kimi fəaliyyəti üçün bir sıra problemlər yarandı. Daha doğrusu, iqtisadiyyatda böyük problemlər yarandı, regionların böyük gəlirlərinə uyğun öz həyatlarını qura bilməməsi, qeyri-bərabərliklər əvvəlcə iqtisadiyyatda, sonra isə siyasətdə çox böyük problemlər meydana gəlirdi. 1980-ci illərdə bu problemlər daha da gərginləşdi və SSRİ rəhbərliyinin artıq əvvəlki qaydada idarəetmə qabiliyyətinin olmaması, dünyada gedən yeniliklərin SSRİ əhalisi tərəfindən maraqla qarşılanması və həmin yeniliklərin üzərində həyat qurmaq istəməsi artıq mərkəzi hakimiyyətin işini çətinləşdirirdi. Həmçinin, xalqların tarixi ərazilərinin əlindən alınması, bir xalqın hesabına digər xalqlar üçün xüsusi imkanların yaradılması bu məsələdə öz təsirini göstərirdi. Qeyd edim ki, demokratiyanın olmaması, insan hüquqlarının pozulması, iqtisadiyyatda yeni texnologiyalardan istifadənin məhdudlaşdırılması da SSRİ rəhbərliyinin fəaliyyətində bir çox problemlər yaradırdı.
Azərbaycanın isə 1988-ci ildə ərazisinin bir hissəsinin-Dağlıq Qarabağ ərazisinin Moskvanın dəstəyi ilə zorla əlindən alınaraq Ermənistana verilməsi istəyi də respublikamızla mərkəz arasında münasibətləri kifayət qədər gərginləşdirmişdi. çoxalan problemlər, bölgələrlə mərkəzi hakimiyyət arasındakı münasibətlərin qeyri-bərabər qurulması, beynəlxalq sistemdə SSRİ-nin özünəmünasib yer tapa bilməməsi, Sovet quruluşunun mövcudluğunu artıq böyük sual altında qoyurdu. 1980-ci illərin sonunda məlum oldu ki, SSRİ Lenin və Stalin tərəfindən 1922-ci ildə yaradılmış formada artıq fəaliyyət göstərə bilməz. Bəzi insanların müəyyən dəyişikliklər etməklə SSRİ-ni saxlamaq təşəbbüsləri də öz nəticəsini vermirdi. Beləliklə, Dünyanın ən böyük imperiyalarından biri olan Sovet imperiyası 1991-ci ildə özünün problemlərinin pik nöqtəsinə çataraq dağıldı. Bir sözlə, SSRİ-nin dağılması zərurət idi. Bu tarixin tələbindən irəli gəlirdi, bir sıra daxili və xarici şərtlərlə müəyyənləşirdi.
SSRİ-nin dağılmasında xalqların azadlıq mübarizəsinin də rolu oldu
Millət vəkili hesab edir ki, Sovet imperiyasının dağılmasında ayrı-ayrı xalqların azadlıq mübarizəsinin də böyük rolu var:
- Şübhəsiz ki, SSRİ-nin dağılması vaxtilə ayrı-ayrı xalqların əlindən alınan azadlığın yenidən əldə edilməsi uğrunda aparılan mübarizə də böyük rol oynayırdı. Eyni zamanda, bu xalqların ötən dövr ərzində milli şüurunun formalaşması, hər bir xalqın özünün milli tarixinə və mədəniyyətinə uyğun olaraq öz həyatını qurmaq istəməsi də burada az rol oynamadı. Bütün bu deyilənlərin içində Azərbaycan xüsusi rol oynayır. çünki bir sıra respublikalardan fərqli olaraq SSRİ-nin tərkibinə daxil olmamışdan öncə Azərbaycanın möhtəşəm dövləti mövcud olmuşdu. Azərbaycanın təbii sərvətləri və iqtisadi resursları onun müstəqil həyatını qurmasına imkan verirdi. Amma bununla belə, onun iqtisadiyyatının üstünlükləri əlindən alınaraq SSRİ büdcəsinə yönəldilir və sonra da oradan digər bölgələr arasında bölünürdü. Həmçinin, Azərbaycan xalqının milli düşüncəsinin də 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə kifayət qədər yüksəlməsi, Azərbaycanın öz mədəniyyətinə, tarixinə söykənərək öz sözünü demək istəməsi SSRİ-ni dağıdan faktorlardan biri oldu. SSRİ-nin dağılması zərurət idi. SSRİ-nin saxlanması üçün o zamankı İttifaq rəhbərliyi maksimum səy göstərdi. Amma tarixi zərurət, bir sıra subyektiv faktorlar 1991-ci ildə SSRİ-nin dağılmasını zəruri etdi. Azərbaycan müstəqilliyini tarixi zərurət və tarixi ədalət nəticəsində 1991-ci ildə bərpa etdi.
Azərbaycanın öz müstəqilliyinə qovuşması ağrılı proses oldu
A.Mirzəzadə qeyd edib ki, həqiqətən də, bir sıra respublikalardan fərqli olaraq Azərbaycan müstəqilliyə çox çətin qovuşdu. Onun sözlərinə görə, müstəqilliyin ilk addımlarının atılması prosesində, həm SSRİ-nin dağılması ərəfəsində, həm də bundan sonra Azərbaycanda bir sıra problemlər yaşandı:
- Bu problemlərin əks-sədası, hətta indi də özünü göstərməkdədir. Bunların birinci səbəbi Azərbaycanın zəngin təbii sərvətlərə malik olması, SSRİ-nin dağıldığı ehtimalını hiss edərək Moskvanın bəzi dairələrinin məqsədli surətdə Azərbaycan üçün problemlər yaratması ilə bağlıdır. Həmçinin, Azərbaycan daxilində bir sıra xarici qüvvələr tərəfindən müəyyən dairələrin ya yetişdirilməsi, ya da ki, onların hakimiyyətə zorla gətirilməsi az rol oynamırdı. Azərbaycan xalqının layiqli oğullarının 1980-ci illərin sonlarında Moskvanın rıçaqları vasitəsilə və məqsədli şəkildə böyük siyasətdən kənarda saxlanılması, onların bir qisminin hətta terror vasitəsilə aradan götürülməsi ölkəmizin müstəqilliyinə gedən yolu çox çətinləşdirirdi. Moskva tərəfindən dəstəklənən və hərtərəfli yardım edilən Ermənistanın SSRİ hakimiyyəti dövründə Azərbaycan torpaqlarının bir qisminə yiyələnməsi, 1989-cu ildə isə Dağlıq Qarabağ probleminin yaradılması Azərbaycanın aktiki olaraq ilk gündən əl-qolunun xeyli dərəcədə bağlanmasına səbəb oldu. Dağlıq Qarabağ məsələsi, Azərbaycan xalqının bir sıra dəyərli oğullarının, ilk növbədə Heydər Əliyev kimi böyük siyasətçinin müxtəlif təxribatlarla Azərbaycanın daxili siyasətindən kənarda saxlanılması, torpaqların bir hissəsinin işğal edilməsi, Azərbaycandan kənar bir sıra qüvvələrə sərf edən qrupların 1991-93-cü illərdə hakimiyyətə gətirilməsi də müstəqilliyin ilk illərinin faktiki olaraq boşuna getməsinə səbəb oldu.
Bununla belə, bütün cəhdlərə baxmayaraq, Azərbaycana kənardan onun iradəsinə zidd olaraq hansısa bir quruluşun qəbul etdirilməsi mümkün olmadı. Azərbaycan öz müstəqil həyatını müstəqil formada istəməklə, özünə layiq olan liderini seçmək istəyində əzmkarlıq göstərdi və 1993-cü ildən ölkəmiz faktiki müstəqil həyatını yaşamağa başladı.
1991-93 illər xalqımız üçün çox çətin dövr oldu...
YAP Siyasi Şurasının üzvü xatırladıb ki, müstəqilliyimiz rəsmi olaraq 1991-ci ilin 18 oktyabrında Azərbaycan Ali Sovetinin Müstəqilliklə bağlı Konstitusiya Aktını qəbul etməsi ilə başlayıb:
- Amma həmin dövrə qədər gedən proseslər deyərdim ki, müstəqillik aktının qəbulunu bir az gecikdirdi. Yada salım ki, ondan xeyli əvvəl Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edən Ulu öndər Heydər Əliyev Moskva ilə əlaqələrin kəsilməsi, Azərbaycanda Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi, Azərbaycanın müstəqil siyasət yeritməsi məsələlərini ortaya qoymuşdu. Amma Ali Sovetin əksər çoxluğu böyük siyasi xadim olan Heydər Əliyevin bu təklifinə çox aqressiv yanaşdı. Qeyd edim ki, müstəqillik aktının qəbulundan xeyli əvvəl SSRİ-nin saxlanması ilə bağlı referendumun Naxçıvanda keçirilməsinin qadağan edilməsinə dair Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin qərarı vardı. Bir sözlə, müstəqillik Azərbaycanda iri addımlarla addımlayırdı. Onun formal olaraq başlanması xeyli əvvəl ola bilərdi. 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilsə də, hakimiyyətdə olan Mütəllibov iqtidarı keçmişin qayıdacağına inanır, Moskvanın tabeçiliyi altında yaşamanın mümkünlüyünü ortaya qoyurdu. Amma xalq kütlələri Ayaz Mütəllibovun Qorbaçovsayağı siyasətinin üstündən xətt çəkdi və onun 1992-ci ildə hakimiyyətdən getməsinə nail oldu. Bununla belə, hakimiyyətə seçki nəticəsində, demokratik yolla deyil, küçə psixologiyası ilə hazırlanmış xüsusi bir qrup-AXC-nin radikal qanadı gətirildi. Səriştəsiz, dövlət idarəetmə praktikası olmayan, ən əsası dövlətçiliyin inkişafı ilə bağlı strategiyası olmayan qrupun fəaliyyəti nəticəsində 1992-93-cü illərdə Azərbaycanda ciddi qarşıdurma yarandı. Azərbaycanın daxili və xarici siyasətinin xarici təsir altında olması üçün çox böyük şərait yaradıldı. Ordunun vaxtında yaradılmaması nəticəsində erməni təcavüzünə qarşı mübarizə aparılması imkanları itirildi və nəticədə 1993-cü ilin iyununda artıq Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanan və xarici kəşfiyyat orqanlarının ciddi fəaliyyət göstərdiyi bir məmləkətə çevrildi. Azərbaycan iqtisadiyyatı dağıdıldı, resurslar talan edildi və müstəqilliyimizin itirilməsi ərəfəsinə gəlib çatdıq. Bir sözlə, 1991-93-cü illərdə formal şəkildə müstəqil olsaq da, əslində, SSRİ dövrünün bir məntiqi davamı yaşanırdı və Azərbaycanın özü üçün, gələcəyi üçün çox gərəkli olan iki ili itirildi.
Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirdi...
A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanın müstəqilliyi ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Onun sözlərinə görə, Azərbaycan xalqı müstəqilliyini həm özünün əzmkarlığı, həm də yetirdiyi, etimad göstərdiyi layiqli oğullarının mövcudluğu nəticəsində əldə etdi:
- Heydər Əliyev Azərbaycan xalqının indiyə qədər yetişdirdiyi ən dahi şəxsiyyətlərdəndir. Onun timsalında Azərbaycan xalqı özünün bütün qabiliyyətini-müstəqil yaşamaq bacarığını, ən əsası müasir dövlət qurmaq istəyini xarakterizə etdi. Ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə yüzlərlə, minlərlə vətənpərvər, milli təfəkkürlü ziyalılar zindana düşmək təhlükəsindən xilas oldu. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan 1970-80-ci illərdə inkişaf edən bir respublikaya çevrildi. Azərbaycan özünün mədəniyyətinə, tarixinə, bütün növ sərvətlərinə sahib olmaq iddiasını ortaya qoydu. Amma Ulu öndərimizin fəaliyyəti SSRİ-nin dağılmasından sonrakı dövr üçün planlar quran dairələrə sərf etmirdi. Məqsədli surətdə 1987-ci ildə Onun SSRİ rəhbərliyindən uzaqlaşdırılması, sonra isə həm SSRİ, həm də Azərbaycanın daxili siyasətinə təsir imkanlarının tamamilə kəsilməsi həmin dövrdə Azərbaycan daxilində Moskvaya və Ermənistanın millətçi dairələrinə sərf edirdi. Amma bununla belə, xalqın istəyi və ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində 1990-cı ildə bütün təhlükələrə baxmayaraq, O Azərbaycana, konkret olaraq Naxçıvana qayıtdı. Heydər Əliyevin qayıdışı bu bölgədə Azərbaycan xalqının istəyinə uyğun olaraq siyasət yeridilməsinə zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın 1918-20-ci illərdə mövcud olan üçrəngli bayrağının Naxçıvanda dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan mühitində mümkün olan addımların atılması ona aparıb çıxardı ki, Azərbaycan Heydər Əliyevin timsalında özünün müstəqilliyinin, azadlığının simvolunu görürdü və bütün sağlam, demokratik düşüncələr artıq bu şəxsiyyətin ətrafında cəmləşirdi.
1991-ci ildə Ulu öndər Heydər Əliyevin məqsədli sürətdə böyük siyasətdən kənarda qoyulması həmin dövrdə Onun potensialından Azərbaycanın inkişafı naminə istifadə edilməsinin qarşısını aldı. Amma bununla belə, ümummilli lider Heydər Əliyevin Naxçıvandan Azərbaycanla bağlı uzaqgörən çağırışları, Azərbaycanın sağlam düşüncəli insanlarının bir mərkəz ətrafında birləşdirilməsi ölkəmizin gələcək tarixi üçün böyük rol oynadı. Əvvəl Mütəllibov, sonra isə Elçibəy-İsa Qəmbər hakimiyyəti məqsədli şəkildə Ulu öndər Heydər Əliyevin siyasi təsirini azaltmağa, xalqla Heydər Əliyev arasında süni bir maneə yaratmağa çalışırdı. Bütün bunların heç biri mümkün olmadı və 1993-cü ildə Azərbaycanın müstəqilliyinin itirilməsi ərəfəsində ümummilli liderimizin böyük siyasətə qayıtması bir zərurətə çevrildi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtması Azərbaycanın müstəqilliyini artıq reallığa çevirdi, bu müstəqilliyi əbədi və dönməz etdi. Bir sözlə, Heydər Əliyev faktoru Azərbaycanın müstəqillik qazanmasında böyük rol oynadı. Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Onun müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük, tarixi nailiyyətlərə imza atır və hər bir vətəndaşımız bununla qürur duyur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47

