Paşinyan devrilir?
13.09.2023 [11:12]
“Tələbələr” Qarabağı tərk edirlər...
N.BAYRAMLI
Ermənistanın Qarabağda olan qeyri-qanuni hərbi birləşmələrinin üzvləri “tələbə” adı ilə kütləvi şəkildə Xankəndini tərk edir. Bugünlərdə Laçın sərhəd-buraxılış postundan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin əhatəsində olan bu “gənclər” “tələbə” olduqlarını və İrəvan Dövlət Universitetinə dərsə tələsdiklərini iddia ediblər. Lakin ən azı onların zahiri görünüşü və yaş həddi tələbə olmadıqlarını deməyə əsas verir.
Maraqlıdır ki, həmin hərbçilərin gizlincə və mülki formada “tələbə” adı ilə Qarabağdan çıxarılmasını kim təşkil edib? Bu barədə iki ehtimal irəli sürülür. Birincisi, bəzi KİV-lər məlumat verib ki, onlar Paşinyanın Dilicandan olan həmyerliləridir və bu səbəbdən baş nazir bölgədə mövcud gərginlik fonunda öz həmyerlilərinin həyatını xilas etmək üçün bu addımı atıb. Amma digər ehtimal daha inandırıcıdır. Bu da Paşinyanın hakimiyyətdən devrilməsi üçün planın tərkib hissəsi olmasından ibarətdir. Nəzərə alaq ki, Paşinyan hakimiyyəti ilə Rusiya arasında qarşıdurma açıq müstəviyə keçib və erməni mediasında Moskvanın Ermənistanda hakimiyyət dəyişikliyi etməyə çalışdığı bildirilir. Hətta Rusiyanın Ermənistandakı “Vaqner” qruplaşmasını aktivləşdirdiyi və hakimiyyətə qarşı addımlarda istifadə edəcəyi iddiaları yayılır. O da məlumdur ki, rəsmi Moskva Ermənistan-ABŞ birgə hərbi təlimlərinin keçirilməsinə də sərt reaksiya verib.
Bütün bunların fonunda Ermənistanda hakimiyyət dəyişikliyinin yenə də “Qarabağ kartı” üzərindən həyata keçirilməsi versiyası səsləndirilir. Belə ki, Qarabağda separatçıların rəhbərliyinin dəyişməsi, Paşinyanın adamı kimi tanınan Araik Arutyunyanın “istefaya” məcbur edilməsi və Bako Saakyanın yaxın adamı kimi tanınan Samvel Şahramanyanın separatçılara rəhbər “seçilməsi” həmin ehtimalı gücləndirir.
Digər tərəfdən, Rusiyanın Qarabağa xüsusi missiya ilə göndərdiyi milyarder Ruben Vardanyan da Ermənistanda hakimiyyət dəyişikliyinə dəstək verəcəyini açıq şəkildə elan edib. Onun sözlərinə görə, hazırda Ermənistanı idarə edənlər səriştəsizdirlər, nə etdiklərini başa düşmürlər, təcrübələri yoxdur və öyrənmək istəmirlər: “Bəli, mən bütün “sağlam qüvvələr”lə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”. Bu, o deməkdir ki, Ruben Vardanyan Ermənistanda dövlət çevrilişinə çağırış edir. Vaxtilə Paşinyanın adamı olan Arayik R.Vardanyanı “dövlət naziri” vəzifəsindən azad etsə də, onu Qarabağdan çıxara bilmədi. Buna əsas səbəb isə separatçıların Rusiya ilə münaqişəyə girməyə cəsarət etməməsi olub. Çünki yaxşı anlayırlar ki, Rusiya sülhməramlı kontingenti olmasa, Qarabağda bir dəqiqə də qala bilməzlər.
Əlbəttə, Paşinyan hakimiyyəti özü üçün yaranmış təhlükəni yaxşı anlayır. Bu səbəbdən də, Qərblə əlaqələrini daha da gücləndirmək istəyir. Avropa İttifaqının monitorinq missiyasının patrul sayını artırması, KTMT-nin üzvü olduğu halda Ermənistanda ABŞ-la birgə təlim keçirilməsi, Fransanın bu ölkədə fəallaşması da buna dəlalət edir. Lakin Ermənistan müxalifəti də yerində dayanmır və hakimiyyətə qarşı mübarizəni daha da gücləndirməyə çalışır. Burada siyasi mübarizənin hərbi çevrilişlə nəticələnməsi əsas hədəflərdən biridir. Qarabağdakı “tələbələrin” Ermənistana çağırılması da bu planın tərkib hissəsi ola bilər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

