Ermənistan sülh istəyirmi?
13.10.2023 [10:14]
Ermənistanın qeyri-konstruktiv mövqeyinin regionda sülhün formalaşmasına ən böyük maneə olduğu növbəti dəfə isbat edildi. Belə ki, rəsmi İrəvan iki ilə yaxındır davam edən və iki istiqamətdə aparılan münasibətlərin normallaşması prosesinin bütün mərhələlərində bu və ya digər şəkildə əsassız iddialar, bəhanələrlə müsbət nəticənin əldə olunmasını ləngidirdi. Bu ölkə daima ikiüzlü siyasət yürüdüb - bir yandan sülhyartma prosesləri çərçivəsində baş tutan görüşlərdə sülhü dəstəklədiyini bəyan edib, digər yandan isə min bir bəhanələrlə, öz himayədarlarını prosesə daxil etmək cəhdləri ilə vaxtı uzadıb. 24 saatlıq antiterror tədbirlərinin ardından yenidən “sülhçü bəyanatlar” səsləndirən ermənilər az keçməmiş növbəti dəfə “özünəməxsus oyun qurmağa” çalışdılar - Qranadada nəzərdə tutulan görüşə Fransanı da “çağıraraq” əslində danışıqların baş tutmamasına “şərait yaratdılar”. Çünki erməni tərəfi Azərbaycanın mövqeyini birmənalı şəkildə bilir - Fransanın hər hansı formatdakı iştirakı bizi qane etmir.
Anlaşılmayan mövqe...
Qranada görüşündə Azərbaycanın iştirakı olmadan “bəyanat imzalayan” Ermənistan özünü “sülhpərvər” qiyafədə qələmə verməyə çalışsa da, onun “kələyi” cəmisi bir gün çəkdi. Belə ki, Ermənistan oktyabrın 12-də Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmalı olan XİN rəhbərlərinin üçtərəli (Rusiya, Azərbaycan, Ermənistan) görüşünə qatılmadı. Ermənistanın bu addımı isə heç bir məna və anlam daşıya bilməz. Çünki:
- Rusiyanın prosesdə vasitəçi tərəf kimi iştirakı 2020-ci ildə məhz Ermənistanın xahiş-minnəti ilə reallaşmışdı;
- Görüşün keçirildiyi ünvan - Qırğızıstan Ermənistanın həm MDB-də, həm KTMT-də, həm də Avrasiya İqtisadi İttifaqında müttəfiqidir;
- XİN rəhbərləri çərçivəsində əvvəlki görüşləri nəzərə alsaq, belə təmaslar fərqli ölkələrdə baş tutub.
Yəni, Ermənistanın bu danışıqlardan imtinasına nə bəhanəsi, nə də arqumenti ola bilməzdi. Beləliklə, İrəvanın istəyinin heç də sülh olmadığı ilk baxışdan ortaya çıxır...
Qranadaya gedir, Bişkekdən imtina edir...
Oktyabrın 11-də Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edən zaman bildirib ki, oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi: “Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır”.
Bəli, Qranadadan həm mənəvi, həm də məsafə baxımından daha yaxın Bişkekə gəlməkdən imtina edən Ermənistan bu addımı ilə göstərdi ki, bölgədə təhlükəsizliyin təmin olunmasını, regionun iqtisadi inkişafının yüksəlməsini, əməkdaşlıq plaftormalarının genişlənməsini istəmir. Bu kimi qeyri-konstruktiv mövqe isə ilk növbədə rəsmi İrəvanın özü üçün iqtisadi və siyasi çətinliklər vəd edir.
Azərbaycan hazırdır...
Ermənistanın bu kimi davranışı fərqli anlam da daşıya bilər - İrəvanın bu “etirazı” ilə Rusiyanın iki ildən artıqdır davam edən vasitəçiliyindən imtina kimi də anlaşıla bilər. Təbii ki, bu Ermənistanın öz seçimi, öz fikridir - sadəcə, Azərbaycan hər zaman olduğu kimi yenə də sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır. Son günlərdə aktuallaşan Gürcüstan variantı - Tbilisi formatı da bizim üçün məqbul sayıla bilər. Ümumiyyətlə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin formalaşdırılması prosesinin üçlü müzakirələr əsasında - Azərbaycan, Ermənistan, Gürcüstan arasında üçtərəfli danışıqlar yolu ilə əldə olunması daha məqbul sayılır. Bu məsələ həm Azərbaycan, həm də Gürcüstan tərəfindən müsbət qarşılanır. Ermənistan da bu danışıqlar formatını qəbul edəcəyi təqdirdə, danışıqlar prosesində yeni mərhələnin başlanğıcı qoyula bilər.
Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edən zaman qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq: “Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55

