/ / "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib
"Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib
16.02.2012 [00:33]
Məlum olduğu kimi, Beynəlxalq Antikorrupsiya Akademiyasının (BAA) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Vergilər Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Keçid Heyətinin və Beynəlxalq Məşvərət Şurasının rəhbəri Martin Kreutnerin rəhbərlik etdiyi missiya Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində aparılan işlərlə, eləcə də, dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində həyata keçirilən siyasətlə tanış olmaq, həmçinin, “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda konfransda iştirak etmək məqsədilə ölkəmizə gəlib.
Qeyd edək ki, BAA BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisi, Avstriya hökuməti, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisi və başqa maraqlı tərəflərin birgə təşəbbüsü ilə 08 mart 2011-ci il tarixindən beynəlxalq təşkilat kimi təsis edilib. Pioner təşkilat kimi Beynəlxalq Antikorrupsiya Akademiyasının məqsədi antikorrupsiya sahəsində bilik və təcrübələrin artırılmasıdır. Bu funksiyanı həyata keçirmək məqsədilə BAA antikorrupsiya sahəsində təhsil, tədris, şəbəkənin yaradılması, əməkdaşlıq və akademik axtarışlar istiqamətlərində müstəqil mərkəz kimi fəaliyyət göstərir.
Onu da vurğulamaq yerinə düşər ki, Martin Kreutner, eyni zamanda, Avropa Tərəfdaşları Korrupsiyaya qarşı Mübarizə Şəbəkəsinin prezidenti, həmçinin, bir sıra beynəlxalq antikorrupsiya assosiasiya və təşkilatlarının üzvüdür. Avropa Tərəfdaşları Korrupsiyaya qarşı Mübarizə Şəbəkəsi isə Avropa Şurası və Avropa İttifaqı ölkələrindən 65 antikorrupsiya təşkilatlarını özündə birləşdirən müstəqil, qeyri-formal şəbəkədir.
Beləliklə, fevralın 14-də Martin Kreutnerin rəhbərlik etdiyi nümayəndə heyəti vergilər naziri Fazil Məmmədov, baş prokuror Zakir Qaralov və ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. Görüşlərdə Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı həyata keçirilən tədbirlər, onların səmərəliliyi, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı məsələləri müzakirə edilib.
Fevralın 15-də isə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyasının, Prezident Administrasiyasının, Milli Məclisin, Respublika Baş Prokurorluğunun, Vergilər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov qonaqları və tədbir iştirakçılarını salamlayıb, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan işlərdən danışıb. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətimizin korrupsiyaya qarşı mübarizə ilə bağlı strateji kursunun əsasları Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub, bu sahədə bir sıra qanunvericilik sənədləri qəbul edilib. Hazırda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı hökumət qarşısında yeni tələblər irəli sürüb. Qarşıya qoyulan məsələlərin icrasını təmin etmək üçün “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, bununla bağlı Dövlət Proqramı və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya qəbul edilib. F.Məmmədov bildirib ki, dövlət tərəfindən korrupsiyaya qarşı həyata keçirilən tədbirlərin səmərəliliyi bu prosesdə müxtəlif tərəflərin, o cümlədən, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin bütün təbəqələrinin fəal iştirakını tələb edir. Korrupsiyaya qarşı mübarizənin Vergilər Nazirliyinin də diqqət mərkəzindəki məsələlərdən olduğunu vurğulayan Fazil Məmmədov korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərini vergi orqanlarının fəaliyyətində şəffaflığın artırılmasında, vətəndaş-məmur təmaslarının minimuma endirilməsində, nəzarət mexanizmlərinin gücləndirilməsində, həmçinin, kadrların bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsində gördüklərini bildirib.
Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasının ən səmərəli üsulu kimi müasir informasiya texnologiyalarından istifadə edilməsi və elektron xidmətlərin tətbiqi olduğunu bildirən nazir bu sahədə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə danışıb, vergi sistemində şəffaflığın təmin edilməsinə imkan verən elektron xidmətlər barədə məlumat verib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət tərəfindən korrupsiyaya qarşı həyata keçirilən tədbirlər, bu prosesdə beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə aparılan işlər barədə danışıb. Natiq qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində kifayət qədər güclü normativ hüquqi baza yaradılıb və dövlət qulluqçularının etik davranış kodeksləri qəbul edilib. Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və müxtəlif beynəlxalq konvensiyalara qoşulub.
Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyətinin rəhbəri Martin Kreutner Azərbaycanda keçirilən konfransın əhəmiyyətini vurğulayaraq beynəlxalq antikorrupsiya hərəkatı barədə danışıb, korrupsiyanın cəmiyyətin inkişafına mane olduğunu, ciddi sosial-iqtisadi, mənəvi-hüquqi problemlər və vətəndaşlarda dövlət orqanlarına inamsızlıq yaratdığını bildirib. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində korrupsiyanın kökünü tamamilə kəsmək mümkün deyil və gələcəkdə də bu mümkün olmayacaq: “Amma dünyada korrupsiyaya qarşı mübarizə genişlənir. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində konkret addımlar atır və BMT-nin korrupsiya ilə bağlı konvensiyalarına qoşulub”.
M.Kreutner onu da bildirib ki, hazırda Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv olması ilə bağlı məqsədyönlü işlər aparılır.
M.Kreutner deyib ki, korrupsiyanın qarşısının alınmasında profilaktik tədbirlər mühüm rol oynayır, həmçinin, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin korrupsiya ilə mübarizə üzrə fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi də çox vacibdir. O, Akademiyanın beynəlxalq, innovativ mərkəz kimi tanındığını və bu sahədə peşəkar mütəxəssisləri birləşdirdiyini qeyd edib və bildirib ki, Akademiya BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının məqsədlərini rəhbər tutur, ölkələrə, təşkilatlara, korporasiyalara və digər maraqlı tərəflərə yardım və texniki dəstək göstərir.
BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçura isə bildirib ki, BMT Azərbaycanda korrupsiya ilə mübarizə üzrə beynəlxalq mərkəzin yaradılmasını təklif edir: “Bu sahədə Azərbaycanda beynəlxalq mərkəzin yaradılması məqsədəuyğun olardı. Mərkəzə qabaqcıl mütəxəssislər cəlb ediləcək”.
Onun sözlərinə görə, BMT bu işdə iştirak etməyə və zəruri dəstək verməyə hazırdır.
Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, QHT-lərin Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev və Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Aysu Məmmədova çıxış ediblər.
Konfransın sonunda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınmasını birgə təşviq etmək və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə Beynəlxalq Antikorrupsiya Akademiyası və Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

