"Metsamor" AES region üçün təhlükə mənbəyidir
29.03.2012 [23:42]
Xəbər verildiyi kimi, bu günlərdə Koreya Respublikasının paytaxtı Seul şəhərində Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan bu qərarları yerinə yetirir, beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Dövlətimizin başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bildirib ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirib.
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyev sözügedən çıxışında dünyanı narahat edən ən aktual məsələlərdən birinə toxunub. Onun sözlərinə görə, ölkə başçısı Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə bir daha bəyan edib. Bu da təbiidir. çünki Azərbaycan nüvə ölkəsi olmasa da, nüvə təhlükəsizliyi sahəsində dünyanın aparıcı dövlətlərinin atdığı addımları dəstəkləyir. ölkəmiz MAQATE-yə üzv olduğu ilk vaxtlardan beynəlxalq prinsiplərə tam sadiqliyini fəaliyyəti ilə təsdiq edib: “Məlum olduğu kimi, nüvə enerjisindən istifadədə gənc sayılan ölkələr nüvə silahından istifadəyə cəhd göstərdi. Nəticədə isə İran və başqa dövlətlərlə bağlı problemlər meydana gəldi. Odur ki, 2010-cu ildən başlayaraq, dünyanın aparıcı dövlətlərini qlobal nüvə təhlükəsizliyi xüsusilə maraqlandırmağa başladı. Dövlətlər bu istiqamətdə ardıcıl addımlara həmin il Vaşinqtonda keçirilən sammitdən sonra start verdilər. Həmin tədbirə Azərbaycan dəvət olunmasa da, ölkəmiz bu il Seulda gerçəkləşən növbəti sammitdə iştirak hüququ qazandı. ölkə Prezidenti tədbirdə çıxış etdi və Azərbaycanın nüvə terrorizminə qarşı mübarizədə dünyanın qəbul etdiyi bütün konvensiyalara, sazişlərə qoşulduğunu bəyan etdi. Dövlət başçısı bu istiqamətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ümumi strateji xəttə sadiq qaldığını da bəyan etdi. Seulda keçirilən sammit nüvə materialları, nüvə qurğuları, onların fiziki müdafiəsi, yayılmaması, digər məqsədlər üçün istifadə etməmək kimi məsələləri əhatə edirdi. Məlum olduğu kimi, Azərbaycan həm nüvə istehsalçısı olan ölkə ilə, həm də nüvə istehsalına cəhd edən və bu istiqamətdə fəaliyyəti dünyanın diqqət mərkəzində olan ölkələrlə həmsərhəddir. Xüsusən son illər İranda nüvə materiallarının yayılması, nüvə texnologiyalarının mənimsənilməsi sahəsində dünya ictimaiyyətini narahat edən problemlər meydana çıxıb. Bu səbəbdən də Azərbaycanın sərhəd-keçid məntəqələrində nüvə materiallarını monitorinq edən və aşkarlayan qurğular quraşdırılıb. Bu barədə hazırlanan aylıq hesabatlar beynəlxalq təşkilatlara təqdim edilir. ümumiyyətlə, bu istiqamətdə Azərbaycanın fəaliyyəti, mübarizə metodları dünyanın maraq dairəsindədir. Məhz bu nöqteyi-nəzərdən Seulda Azərbaycan Prezidentinin qaldırdığı məsələlər hesabat xarakterli idi”.
A.Qəribovun sözlərinə görə, nüvə reaktorlarının təhlükəsizliyi hələ 1986-cı ildən dünyanı düşündürən məsələlərdəndir. Yaponiyanın “Fukusimo-1” Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra isə araşdırmalar xüsusilə fəallaşıb və dinc nüvə təhlükəsizliyi bu gün dünya, o cümlədən, Azərbaycan üçün mühüm məsələyə çevrilib. Seulda müzakirə olunan mövzulardan biri də məhz ömrünü başa vurmuş nüvə reaktorlarının fəaliyyətinin dayandırılması olub. Eyni zamanda, aktual olduğu üçün “Metsamor” AES-lə bağlı narahatlıq Prezident İlham Əliyevin çıxışında xüsusilə vurğulanıb: “Təbii ki, ölkə başçısı çıxışında Azərbaycanı narahat edən məsələləri də qaldırdı. “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı məsələ də həmin problemlərdəndir. Yəni, ayrı-ayrı AES-lərin yaratdığı problem müzakirə mövzusu olmasa da, Azərbaycan region üçün təhlükə olan bu məsələni tam haqlı olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.
Ermənistan zəif, texnologiya köhnə, bölgə isə seysmikdir
Ekspertin fikrincə, “Fukusimo-1” AES-də baş verən qəzadan sonra bir sıra ölkələr nüvə enerjisindən istifadədən imtina edəcəyini bildirdi. Lakin sonradan məlum oldu ki, bu açıqlamalar sadəcə beynəlxalq nüfuza hesablanmış addımdır. çünki tükənməyən bu enerji növündən imtina etmək mümkün deyil. Söhbət yalnız istifadə müddəti bitmiş nüvə reaktorlarının fəaliyyətinin dayandırılmasından gedə bilər. Odur ki, AES-lərdə nüvə reaktorlarının ekspertizası gündəmə gəldi. Belə ki, ömrünü başa vuran nüvə reaktorları yerləşdiyi ərazinin təbii kataklizmlərinə davam gətirə biləcək durumda olmadığından ciddi təhlükə mənbəyi sayılırlar. Bu azmış kimi, o da məlum oldu ki, dövlətlər nəinki nüvə enerjisindən istifadədən, hətta istifadə müddəti bitmiş nüvə reaktorlarından da imtina etmək iqtidarında deyil. Məsələn, Almaniya 1970-74-cü illərdə tikilmiş 8 reaktorun fəaliyyətini dayandıracağını bəyan etsə də, hələlik bu istiqamətdə qəti addım atmayıb. “Metsamor”da isə 1980-ci ildə işə düşən blokun ömrü 25 ildir və artıq həmin texnologiya ömrünü başa vurub. Onsuz da 2005-2006-cı ildən ömrü bitmiş reaktorların istifadə müddəti 2010-cu ilədək uzadılmışdı. İndi isə bu müddətin yenidən uzadılması və 2016-cı ilədək istifadə hüququnun alınmasına cəhd göstərilir. Belə bir vaxtda Azərbaycan Prezidentinin çıxışında bu təhlükə mənbəyinin xatırladılması vaxtında atılmış addımdır. Dünya standartlarına uyğun olmayan reaktorlar təbii kataklizmlərin aktiv olduğu bir regionda xüsusi təhlükə mənbəyidir. üstəlik, Ermənistan kimi zəif bir dövlət baş verəcək təhlükənin qarşısını almaq, təsirini azaltmaq iqtidarında deyil. Bu mövqe Ermənistanla müharibə vəziyyətində olan bir ölkənin mövqeyi kimi dəyərləndirilməməlidir. Prezident İlham Əliyevin çıxışında “Metsamor”un simasında ömrü başa çatmış reaktorların fəaliyyətinin dayandırılması müzakirə mövzusu idi. Ermənistan Almaniya deyil. Almaniyada həmin reaktorların fəaliyyətinin istənilən vaxt dayandırılması problem yaratmır. Ermənistan üçün isə bu böyük kapital tutumlu məsələdir. Bu səbəbdən hər hansı problem olarsa, Ermənistanın iqtisadi imkanları reaktorların dərhal dayandırılması və problemin aradan qaldırılmasına imkan vermir. Ermənistan zəif, texnologiya köhnə, bölgə isə seysmikdir.
A.Qəribov hesab edir ki, Avropada bir sıra reaktorların fəaliyyətinin dayandırılması, “Fukusimo”da yeni işə salınacaq reaktorun fəaliyyətinə icazə verilməməsi dünyada yeni cərəyanın başlanmasından xəbər verirdi. Odur ki, köhnə reaktorların dayandırılması müasir dövrün ən böyük problemlərindən biridir. Belə bir şəraitdə Azərbaycanın qaldırdığı bu məsələ tam obyektivdir.
çaylar “ölüm daşıyır”
ümumiyyətlə Ermənistan ərazisində yerləşən bir AES-lə deyil, bütövlükdə fəaliyyəti ilə insanlığa və ətraf mühitə düşmən kəsilib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”inin əldə etdiyi məlumatlar da bunu təsdiq edir. Ermənistan nəinki nüvə təhlükəsizliyi standartlarını, eləcə də, ətraf mühitin mühafizəsi qaydalarını durmadan pozur. İşğal altında olan Azərbaycan əraziləri mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır. Onların indiyədək törətdiyi yanğınlar zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na” düşmüş müxtəlif sayda fauna və flora növünə ciddi ziyan dəyib.
Nazirliyin Ekologiya və Təbii Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadənin sözlərinə görə isə erməni terroru bu ərazilərdə həyata keçirilən vəhşiliklərlə də yekunlaşmır. Belə ki, Ermənistan ərazisindən keçib ölkəmizə gələn çaylar özü ilə zəhər daşıyır. Daha dəqiq desək, Ermənistanın Zod qızıl mədənindən çıxarılan qızılın yuyulması zamanı əmələ gələn zəhərli maddələr Araz çayına axıdılır. Gorus və Sisyanın sənaye müəssisələrinin tullantıları Həkəri çayı vasitəsilə, Qacaran və Qafanın mis-molibden emalı kombinatlarının zəhərli tullantıları Oxçu çayı vasitəsilə Araz çayına, Allahverdi-Şamlıq mədənlərinin tullantıları isə Debet çayı vasitəsilə Kür çayına axıdılır. Axıdılan həmin maddələr isə Azərbaycan təbiətinə, canlı aləminə, ekologiyasına öldürücü zərbələr vurur.
Yeri gəlmişkən, ermənilərin öz məkrli niyyətlərinə təbiəti də alət etməsi nəticəsində Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən Ağstafaçay su anbarında da təhlükəli vəziyyət yaranıb. Anbara toplanan suyun mənbəyi Ermənistan ərazisində olduğundan, düşmən sənaye müəssisələrinin tullantılarını çaylar vasitəsilə Ağstafaçay su dəryaçasına axıdır. Son illər tullantıların miqdarı xüsusilə artıb. Belə ki, İcevan rayonu ərazisində yerləşən bentonit-gil zavodu, tütün fermentasiya zavodu, xalçaçılıq kombinatı və Dilican şəhərində fəaliyyət göstərən hərbi zavodun tullantıları Azərbaycan ərazisinə daxil olan çaylar vasitəsilə sözügedən anbara axıdılır. Bundan başqa, İcevan rayonunun kanalizasiya suları da anbara tökülür. Artıq sözügedən anbarın suyundan istifadə etmək mümkün olmur. Gölün suyundan dəfələrlə nümunələr götürülərək yoxlamaq üçün paytaxta göndərilib. Anbarın suyu xəstəlik törətsə də, Qazax rayonunun əhalisi ondan içməli su kimi istifadə etmək məcburiyyətindədir.
Rasim Səttarzadə deyib ki, daha bir erməni vəhşiliyi isə İnciçayda müşahidə olunmaqdadır. Azərbaycanın işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən, mənbəyini Murov dağından götürən İnciçayda dəfələrlə çirklənmə müşahidə edilib. Başqa bir vəhşilik nümunəsi isə Kəlbəcərdə qeydə alınıb. Hazırda işğal altında olan Sərsəng su anbarı Tərtər çayı üzərində inşa edilib. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.
Bu faktlar sübut edir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan total müharibə həm də ekoloji metodlarla davam etdirilir. İndiyədək aparılan bu terrorun nəticəsidir ki, Dağlıq Qarabağ regionundakı müasir ekoloji durum müxtəlif mənşəli ekosistem pozulmalarından biri kimi diqqət çəkib.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

