Azərbaycan BMT TŞ-yə sədrliyi uğurla həyata keçirib
01.06.2012 [21:55]
Dünyada mövcud olan bir çox beynəlxalq təşkilatlar içərisində BMT-nin Təhlükəsizlik Şurası (TŞ) ən ali qurum hesab olunur. BMT-yə üzvlük dövlətin mövcudluğunun dünya birliyi tərəfindən qəbul edildiyini göstərir, TŞ tərkibində olmaq isə qlobal proseslərə təsir göstərən qərarları qəbul edən bir qurumun iştirakçısına çevrilmək deməkdir.
Bildiyimiz kimi, Azərbaycan may ayında TŞ-yə ilk sədrlik müddətini həyata keçirib. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər - beynəlxalq terrorçuluqla mübarizə, Suriyadakı vəziyyət və s. müzakirə olunub. May ayının əvvəllərində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən iclasda müzakirə olunan “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusu məhz Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilmişdi.
İclasda çıxış edən dövlət başçısı qlobal miqyasda əməkdaşlıq və birgə səy tələb edən terrorçuluqla mübarizənin önəmini qeyd edərək, Cənubi Qafqaz regionunda bu problemin başlıca mənbəyi olan Ermənistanın dövlət siyasətinin mahiyyətini də ifşa etmişdi. Beləliklə də, Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən aparıcı dünya dövlətlərinin liderlərinin diqqətinə çatdırmışdı.
Bundan əlavə, Azərbaycan nümayəndələri BMT TŞ-də keçirilən digər müzakirələrdə və səsvermədə fəal iştirak edərək, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi önəmi bir daha göstərmiş olub. Təsadüfi deyil ki, Azərbaycanın Təhlükəsizlik Şurasındakı iştirakını BMT-nin sədri Pan Gi Mun da yüksək qiymətləndirir. 28 May - Respublika Günü münasibətilə bir neçə gün əvvəl Prezidentə ünvanladığı təbrik məktubunda qurumun sədri Azərbycanın qlobal miqyasda rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, 28 May günü ölkəmizin zəngin mədəniyyətinə və qədim tarixinə nəzər yetirməklə yanaşı, “Azərbaycanın qarşılıqlı əlaqəli olan dünyamızda oynadığı rol haqqında ətraflı düşünmək üçün bir şansdır”.
“Azərbaycanın ümumi problemlərimizin həllinə kömək edən BMT-dəki iştirakını yüksək qiymətləndirirəm. İstədiyimiz gələcəyi yaratmaq üçün qlobal gündəliyimizə beş məsələ daxildir: davamlı inkişafı təşviq etmək, daha təhlükəsiz dünya yaratmaq, böhranların qarşısını almaq, keçid vəziyyətində olan ölkələrə kömək etmək və dünya qadınları və gəncləri üçün daha çox iş görmək. Əminəm ki, bu məsələləri qaldırmaq üçün biz təşkilatımızı gücləndirməliyik. Dünya əhalisi üçün daha çevik, təsirli və səmərəli BMT çox vacibdir. Mən bütün insanların daha ədalətli, dinc və çiçəklənən gələcəyi üçün axtarışlarımızda Azərbaycanın köməyini, sadiqliyini və liderliyini yüksək qiymətləndirirəm”, - Pan Gi Mun məktubunda qeyd edib.
Göründüyü kimi, Azərbaycanın bu vaxtadək BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirir.
Həlli uzanan münaqişələrdən biri də Cənubi Qafqaz regionundakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan TŞ-yə üzv olmazdan öncə problemin həlli yolunda aramsız fəaliyyət göstərib və təbiidir ki, rəsmi Bakı bu istiqamətdə fəaliyyətini qurum çərçivəsində də davam etdirir. Bu günlərdə Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev qurumun baş katibi Pan Gi Muna azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları və Ermənistanın həmin hüquqları pozmasına görə məsulliyyəti ilə bağlı məktub göndərib. Məktubda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən - Dağlıq Qarabağ və ona bitişik rayonlardan Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarının məcburi yerdəyişməsi nəticəsində onların hüquqlarının pozulması vurğulanır.
Məktubda işğal edilmiş Azərbaycan ərazilərində ermənilərin yerləşdirilməsi də qeyd olunur. Həmçinin, Ermənistanın azərbaycanlı məcburi köçkünlərin işğal edilmiş ərazilərdəki mülkiyyətinə girişinə mane olmasına diqqət yönəldilərək məktuba azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması hüququ haqqında bənd əlavə olunub.
Azərbaycan ictimaiyyəti haqlı olaraq dünyada sülhün və ədalətin təmin olunması missiyasını üzərinə götürən BMT-dən bu məsələyə ciddi reaksiya gözləyir. BMT sədrinə ünvanlanan belə müraciətlər Azərbaycanın qurumla əlaqələrində fəallığını göstərir. ümumiyyətlə, Azərbaycanın TŞ-dəki qeyri-daimi üzvlüyünün hələ çox hissəsi və daha bir aylıq sədrlik müddəti hələ qarşıdadır və bu o deməkdir ki, ölkəmiz qurum çərçivəsində hələ çox işlər görə bilər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

