Almaniya - vasitəçi, yoxsa təşkilatçı?
28.02.2024 [10:35]
Berlin görüşlərinə start verilir...
Yunis Abdullayev
Yaxın zamanda Berlində Azərbaycan və Ermənistan arasında daha geniş tərkibli görüşlər keçirilə bilər.
Qeyd edək ki, fevralın 28-29 -da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş baş tutacaq.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın yerli mətbuata verdiyi açıqlamasına görə, bu görüş fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşündə əldə olunmuş razılıq əsasında keçiriləcək.
Həm Azərbaycan, həm də Ermənistan mətbuatında qeyd olunur ki, Berlində baş tutacaq XİN rəhbərlərinin ikitərəfli görüşündə Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin şərtləri, hər iki dövlətin şərti sərhəd ərazilərində eskalasiyanın qarşısının alınması, o cümlədən sərhəd ərazilərin delimitasiyası ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl, yəni 2022-2023 -cü illərdə Brüssel və Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycanın dövlət başçısı və Ermənistan hökumətinin rəhbəri arasında Azərbaycan-Ermənistan sülh prosesinin intensivləşməsi üzrə bir sıra üçtərəfli görüşlər keçirilib. Onu da vurğulayaq ki, 2022-ci il oktyabrın
6-7 -də Praqada və 2023-cü ilin iyunun 1-də Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan daxil olmaqla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə görüş də baş tutub.
Əlbəttə, Qərbin vasitəçiliyi ilə keçirilən istər üçtərəfli, istərsə də beştərəfli görüşlərdə bəzi məsələlər ilə bağlı müəyyən nailiyyətlər əldə olundu.
Ancaq təəssüf ki, Paşinyan hakimiyyətinin irrasional siyasəti və ölkənin daxilində revanşist qüvvələrdən çəkinməsi, ən əsası da Makron administrasiyasının təlimatları əsasında İrəvanın sülh prosesini ləngitməsi və Qərb dairələrinin anti-Azərbaycan mövqe sərgiləməsi bütün bu nailiyyətləri fiaskoya uğratdı. Məhz bundan sonra Azərbaycan üçüncü tərəfin vasitəçiliyi ilə keçirilən sülh danışıqlarından imtina etdi. Rəsmi Bakı çox yaxşı başa düşür ki, vasitəçilik təşəbbüsündə iddialı olan istənilən tərəf danışıqlarda yalnız öz geosiyasi maraqlarını təmin etməyə üstünlük verir. Bu da, təbii ki, sülh prosesinə ciddi əngəl yaradır.
Qərbin riyakarlığını nəzərə alan Azərbaycan Ermənistanla sülh prosesinin normal şəkildə nizamlanması və nəticəyönlü razılaşmaların əldə olunması üçün danışıqların ikitərəfli qaydada keçirilməsini təklif etdi. Sözsüz ki, rəsmi Bakı bu məsələdə tamamilə haqlı idi. Vurğulayaq ki, keçən il dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Respublikası Baş naziri Aparatının hər iki ölkənin sülhə nail olmaq niyyəti və qarşılıqlı etimadın möhkəmlənməsi ilə birgə bəyanatı məhz ikitərəfli qaydada aparılan təmasların nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində vasitəçilərlə bağlı çıxışında Ermənistanla sülh danışıqlarının yalnız bu qaydada davam etməyin zəruriliyini vurğulayıb.
O ki qaldı Berlində hər iki ölkənin XİN rəhbərləri arasında baş tutacaq görüşün əhəmiyyətinə, bəzi analitiklər iddia edirlər ki, Rusiya, Avropa İttifaqı, ABŞ və Fransadan sonra Almaniya da Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik etmək istəyir. Onların iddialarına görə, bu dəfə Berlin bu prosesdə təşəbbüsü ələ almaq istəyir. Doğrusu, indiyə qədər Almaniya bu məsələdə bitərəf mövqe sərgiləməyə üstünlük verirdi. Hətta Praqa və Kişinyov görüşlərində belə Berlin Aİ-nin mövqeyini dəstəkləyib.
Maraqlıdır, necə oldu ki, Almaniya öz mövqeyində dəyişiklik etmək qərarına gəldi? Əslinə baxanda Şolts hakimiyyəti Azərbaycan-Ermənistan sülh prosesində vasitəçi yox, təşkilatçı qismində çıxış etmək istəyir. XİN rəhbərlərinin görüşündən sonra Berlində Olaf Şoltsun təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşlərin keçiriləcəyi istisna deyil.
Sülh müqaviləsi imzalanana qədər Berlində hər iki ölkənin dövlət rəsmiləri arasında görüşlər davam edə bilər. Bir şərtlə ki, Almaniya bu prosesdə ədalətli mövqe sərgiləsin.
Almaniyanın təşkilatçılıq təşəbbüslərinə gəlincə, hər iki tərəfi qane edəcək yanaşmanı nəzərə alsaq, bu, həm rəsmi Bakı, həm də İrəvan tərəfindən yüksək qiymətləndirilə bilər. Həmçinin ABŞ və
Aİ-nin də Almaniyanın təşkilatçılıq təşəbbüslərinə müsbət münasibət sərgiləcəyi istisna olunmur.
Bildiyimiz kimi, Almaniya Avropa İttifaqının lider ölkəsi hesab olunur. Almaniya, həqiqətən Aİ-nin həm daxili və xarici siyasətində, həm iqtisadi siyasətində, həm də təhlükəsizlik strategiyasında ciddi və əhatəli təsir imkanlarına malikdir. Belə desək, Fransadan əvvəl Almaniya bu ittifaqda söz sahibidir.
Bir mühüm məqamı da nəzərə alaq ki, Rusiya, Fransa, Böyük Britaniya, Finlandiya və ABŞ-dan fərqli olaraq Almaniya münaqişələrin nizamlanması prosesində o qədər də geniş təcrübəyə malik deyil. Düzdür, Almaniya Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə “Normandiya” formatında Fransa ilə bərəbər vasitəçi ölkə olub, hətta münaqişənin həllinə yönələn “Minsk” razılaşmalarının hazırlanmasında birbaşa iştirak edib. Ancaq buna baxmayaraq, proseslər Rusiya ilə Ukrayna arasında müharibəyə gətirib çıxardı.
Almaniya Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı hər hansı təşəbbüs irəli sürərsə, bunun qiymətləndirilməsi yalnız Azərbaycan və Ermənistanın qərarından asılı olacaq.
Şübhəsiz ki, Berlində baş tutacaq görüşlər təkcə Almaniyanın yox, həmçinin Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın da təşəbbüsüdür. Onların bu yöndə əsas məqsədi Fransanı sülh prosesində neytrallaşdırmaq və ya bu prosesdən kənarlaşdırmaqdır. Çünki həmin ölkələr çox yaxşı bilir ki, Fransa öz ambisiyalarını və maraqlarını güdməklə yalnız sülh prosesinə ziyan vurur. Yəqin ki, Almaniya bu istiqamətdə lazımi addımlar atacaq.
Berlin görüşlərinin nəticələrinə gəlincə, bunun məqbul olub-olmayacağını yalnız gələcək göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

