24 saat keçməmiş...
29.02.2024 [11:10]
Makron təkzib edildi
Özünü Avropanın “lideri” kimi təqdim etməyə çalışan Emmanuel Makron yenidən özünü siyasi gülüş obyektinə çevirib. Verdiyi bəyanatlar bir gün belə keçmədən təkzib olunan Fransa prezidentinin “siyasi heç kim” olması növbəti dəfə təkrarlandı. Vurğulayaq ki, baş verənlər ilk hal deyil.
Belə ki, hazırda Ukraynaya hərbi yardımların azalması fonunda önə çıxmaq fürsəti “yaxaladığını” düşünən Makron özünü ortaya ataraq biabır edib. Fevralın 26-da onun təşkilatçılığı ilə çağırılan Ukrayna ilə bağlı təcili iclas gözlənilən nəticəni verməsə də, Fransa prezidenti mətbuata açıqlamasında “pozitiv mesajlar” səsləndirmişdi. Xatırladaq ki, Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilmişdi, lakin orada iştirak edənlər bu mövzuda konsensus əldə etməmişdilər. Makron isə görüşün yekunlarına dair mətbuat konfransında özündən uydurmalar səsləndirmiş və Ukraynaya yönəlik mümkün addımların atılacağı haqda fikirlər bildirmişdi.
Açıqlamaların üstündən 24 saat keçməmiş Fransa prezidenti təkzib olunub. Almaniya Kansleri Olaf Şolts Frayburq şəhərinə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib ki, Ukraynaya Avropa İttifaqı (Aİ) və ya NATO ölkələrindən hərbçi göndərilməyəcək. Almaniya hökumətinin rəhbəri Fransa Prezidenti Emmanuel Makronun Ukraynada NATO əsgərlərinin iştirakı ilə bağlı bəyanatını təkzib edərək vurğulayıb ki, bu, baş verməyəcək. Şolts qeyd edib ki, Makron Alyansın Qərb qüvvələrinin komandanı deyil. O, Ukrayna ərazisinə quru qoşunlarının və ya digər hərbi birləşmələrin hərbçilərinin göndərilməsi ilə bağlı mülahizələri rədd edib.
Məsələ ilə bağlı eyni mövqeni Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorus da nümayiş etdirib. O bəyan edib ki, Makronun təklifi ölkəsi tərəfindən dəstəklənmir və Ukrayna müharibəsində Alyans hərbçilərinin iştirakı mümkün deyil.
Makronun uydurmaları NATO-ya yenicə qoşulan İsveç tərəfindən də rədd edilib. İsveçin Baş naziri Kristersson Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbçi göndərilməsi fikri ilə bağlı danışarkən deyib ki, bir ölkə dünyanın istənilən nöqtəsinə ordu göndərirsə, bu NATO-nun ümumi qərarı deyil. Onun sözlərinə görə, İsveçin Ukraynaya qoşun göndərməsi üçün heç də uyğun zaman deyil. Baş nazir Kristersson bildirib ki, Emmanuel Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər. “Əgər bir ölkə dünyanın başqa yerinə qoşun göndərmək istəyirsə, bu, NATO-ya təsir etmir. Fransanın ənənəsi İsveç ənənəsi deyil”, - o əlavə edib.
Beləliklə, Makron NATO adından çıxış etməsinin növbəti zərbəsini aldı. Özünü qınaq və gülüş predmetinə çevirən Fransa prezidenti nəinki Avropada “söz sahibi” olduğunu sübut edə bildi, əksinə, sözlərinə güvənilməyən prezident statusu daşıdığını ortaya qoydu...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15

