Azərbaycan Ermənistanla Sazişə bu maddənin salınmasını istəmir?....
10.03.2024 [13:33]
Medianın xətasıdır, ya Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan yenə aranı qarışdırır?
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Bu nə bəyanatdır? Rus mənbələri də, erməni mənbələri də eyni məzmunu paylaşıblar. Mirzoyan deyib ki, guya " Azərbaycan 1991- ci ilin Alma - Ata bəyannaməsinə əsaslanan sərhədlər çərçivəsində ərazi bütövlüyünün tanınması barədə maddənin sülh sazişinə salınmasını istəmir, bununla da gələcəkdə Ermənistana ərazi iddiaları sürmək üçün əsaslar saxlamaq niyətindıdir"…
Formal qaydada elə rəy yaradırlar ki, guya Azərbaycan ərazi bütövlüyü prinsipini ümumən qəbul etmir və 2022- ci il oktyabrın 6- da Praqada üçtərəfli qaydada Alma- Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılaşmanı pozur .
Erməni diplomatiyasının məhz bu cür sətiraltı "tələləri" beynəlxalq miqyasda rəylər doğurur ki, "Azərbaycanın Ermənistana ərazi iddiası var, Azərbaycan Ermənistana hücuma hazırlaşır və sair.
Erməni diplomatiyasının yürütmək istədiyi böyük və çox incə yalanı tutmaq çətin deyil . Həqiqət budur ki, Azərbaycan ərazi bütövlüyünü sülh sazişinin 5 əsas prinsipindən biri kimi müharibədən dərhal sonra irəli sürüb. 1991- ci ilin Alma- Ata bəyannaməsini də qəbul edib. Ermənistanın pozuculuğu böyük ehtimalla onunla bağlıdır ki, Alma- Ata bəyannaməsini 1992- ci ildə ratifikasiya edərkən ona əlavə etdikləri 10 absurd maddəni də qəbul etdirmək istəyirlər. Eyni zamanda ermənilər belə bir pozucu anlayışın içindədirlər ki, guya Alma- Ata bəyannaməsi sərhədləri müəyyən edib, ona görə də sərhədləri yaratmaq yox, bərpa etmək lazımdır . Tutdunuzmu, erməni bicliyi haradadır? Alma- Ata bəyannaməsində sərhədlərin konkret coğrafi trayektoriyası göstərilib ki?! Əgər var idisə, Ermənistanın cinayətkar prezidentləri 1992- ci ildə niyə həmin sərhədlərdə dayanmadılar və Ağdama qədər təcavüzkar yürüşlə gəldilər? ( Sonra da it kimi qovuldular)
Aydın görünür ki, Mirzoyanın hədəfi saziş imzalamaq deyil, imzalanmanı pozan "ritorik labirintlər" yaratmaqdır .Bu labirintlərdən ən etibarlı çıxış üçün " Ariadna sapı "nı isə Azərbaycan prezidenti İlham Əliyev verib. Mirzoyan "düz yuvanın quşu olsa" , "düz yumurta döyüşdürən" olsa, İlham Əliyevin təklif etdiyi mexanizmə üstünlük verərlər. İlham Əliyev sərhədlərin coğrafi trayektoriyasını müəyyənləşdirmək üçün delimitasiya komissiyaları ilə bərabər müəyyən İşçi qrupların yaradılmasını da təklif edib. Bunun üçün eksklav olmayan 4 kəndimizin dərhal söz- söhbətsiz qaytarılması lazımdır. Qalan 4 kəndin və digər yerlərin "sərhəd trayektoriyasını” isə həmin İşçi qruplar işçi qaydada müəyyən edəcəklər .
Yalanların sonu gəlməz doğru olanı deməsək, cənab Mirzoyanlar …”
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22

